4) Böhranın təsirindən yaranan optimallaşdırma, xərclərə yanlış yollardan qənaət etmə addımlarının atılması

Belə bir söz var, “Əgər yaxşı bir şey etmək istəyirsənsə, onu özün elə” bir çox hallarda bu metod işə keçir ancaq hər zaman yox, bu misal BÖHRANA aid deyil. Bəzən optimizasiyaya əl ataraq, nələrisə daha ucuz yollarla və ya daha ucuz məhsullarla əvəz edərək, bazarda fəaliyyət göstərməyə cəhd etmək cəhdləri. Əvvəllər əməkdaşlıq etdiyi peşəkar şirkətlərin xidmətlərindən imtina edərək daha ucuz qiymətə və qeyri-peşəkar şirkətlərin xidmətlərindən yararlanaraq, fikirində qənaət etdiyini düşünənlər, özlərinə bir çox hallarda çətinliklər və problemlər törədirlər.

“Xəsis iki dəfə xərcləyir “ misalı düşünürəm ki, yerinə düşərdi. Mən sizə bu məsələ ilə bağlı öz yerli şirkətlərimizdən birini misal çəkəcəm və ümid edirəm ki, mənim bu bənddə nə demək istədiyimi tam anlayacaqsınız. Azərbaycanın parfumeriya bazarında çox tanınan bir şirkət, loqistik xərclərini azaltmaq niyyəti ilə Fransadan ətir gətirmək üçün sifarişini 25 il peşəkar daşımacılıq təcrübəsi olan və daşınan məhsullara da tam zəmanət verən şirkətə yox, müstəqil sürücü kimi fəaliyyət göstərən fiziki şəxsə verir. Təbii ki, peşəkarın daşıma təklifində risklər “0”, fiziki şəxslə isə daşıma riskləri 100%. Səbəb isə peşəkar şirkətin təklif etdiyi qiymət və sözdə də şirkətin qənaət etmək məqsədi. Diqqət edin, daşınan məhsul – parfumeriyadır. Yəni əksəriyyətinin tərkibi spirt olan məhsullardır. Əvvəla deyim ki, 1000 və 1500 avro qiymət fərqinə görə imtina edən elə böyük şirkətin peşəkarlığına artıq şübhə edirəm. Baxaq görək bu necə baş verib? Deməli dostlar, bu işdə təcrübəli tərəf olan şirkətin TIR yük maşınları ən son avadanlıqlarla təchiz edilib, soyuducu, naviqasiya sistemi ilə yük maşınlarını izləmək, başqa ölkələrdə özünün TIR dayanacaqları, anabar xidmətləri, tam təhlükəsiz yük yeri və s. Fiziki şəxsin TIR yük maşın isə demək olar ki, heç bir avadanlıqla təchiz edilməyib. Sıradan bir TIR və istismar müddəti bitmiş yük maşını, naviqasiya yox, heç bir ölkədə “dayanacaq” xidməti olmayan və s. Riskləri hər halda hesablamaq elə də çətin deyil. Sizə nəticədən xəbər verim. Məhsullar Fransada yüklənir və TIR Azərbaycana istiqamət alır. Məhsullar Azərbaycan Gömrük Məntəqəsinə çatanda, məhsulların təxminən 90%-nin zay olduğu məlum olur. Necə? Burası isə daha maraqlıdır. Məsələ burasındadır ki, parfumeriya şirkəti ən önəmli olan bir nüansı nəzərindən qaçırtmışdı. Bilmirəm o şirkətdə bu işlərə baxanları niyə hələdə öz vəzifələrində və işdə saxlayırlar? Nüans? Məhsullar Fransadan Azərbaycana gələnə qədər, TIR ortalama 8 ölkədən keçməlidir. Bu isə 8 ayrı və 8 fərqli klimat deməkdir.

Başa düşürsünüzdə bu nə deməkdir? Belə bir məsafədə, parfumeriya kimi çox həssas məhsulun, heç bir texniki təchizatı olmayan bir yük maşınında zay olması 100% – dir və baş verdidə. Məncə “Xəsis iki dəfə xərcləyir” misalı tam bu şirkətlikdir. Odur ki, əlinizdə dəqiq hesablama olmadan, qənaət edəcəyiniz düşündüyünüz təqdirdə iki qat zərərlə üz-üzə qalacağınız qaçılmazdır.

5) Podratçı şirkətlərə tam güvənmək

Böhrandan ən çox daha güclülərin qalib çıxacaqları – bir faktdır. Bəzən xidmətlərindən yararlandığımız şirkətlərin imkanlarını audit etmədən, verdiyimiz qərarlara görə uğursuzluqlarla üz-üzə qalırıq. Ruslar demişkən, bizi “podvodit” edirlər. Nəticəsizlik isə marketinq menecerin üzərində qalır. Əvvəlcə podratçıların maddi durumunu nəzərdən keçirtməkdə fayda var. Əgər bir şirkət müstəqil olaraq öz maddi resursları üzərində dura bilirsə, baş verən fors-major hadisələr fonunda elə də ciddi risklər olmur. Ancaq gözlərini bizim ödəycəyimiz pullara dikən şirkətlərdən qaçmaq lazımdır. Qarşısı alınmaz fors majorları aradan qaldıra bilmək imkanları olmur ki, bu da öz növbəsində marketinq menecerin etimadına mənfi təsir göstərir. Podratçı şirkət deyəndə, burda nəzərdə tutulanlar əsasən: Dizayn xidmətləri göstərən şirkətlər, reklam xidmətləri göstərən şirkətlər, ATL-BTL aksiyalar xidmətlərini təklif edən şirkətlərdir. Böhranlı dönəmlərdə isə maksimum ehtiyyatlı olmaqda fayda var. Siz salamatı təhlükəsizlik yastıqları olanları seçin, işlərinizi daha sığortalı edin.

(52 dəfə baxılıb)