Şəbəkə marketinqinin müsbət cəhətləri

0
55
Organizational corporate hierarchy chart of a company of symbol people.

1. Daha çox pul qazanmaq imkanları – Teoretik olaraq burda həqiqət var. Praktikada hər şey şəbəkə marketinqi yolu ilə pul qazanmaq istəyən insanların xarakter və xüsusiyyətlərindən çox asılıdır. Məsələ burasındadır ki, kənardan şəbəkə marketinqi, bu sahə ilə tanış olmayanlara çox asan və hədəflər çox rahatlıqla əl çatılan görünür. Baxmayaraq ki, dünyada şəbəkə marketinqi həm də xidmət sahələrində də inkişaf etmiş və bu yolda olanlar ciddi gəlirlər əldə edirlər.

Azərbaycanda isə əvvəlki məqalələrimdə qeyd etmişəm, şəbəkə marketinqi ciddi zədələrlə yoluna davam edir. Ancaq bunlara baxmayaraq, bu sahədə gəlirlər əldə edən vətəndaşlarda var.

Şəbəkə marketinqinin Azərbaycanda inkişaf etmiş qolu əsasən kosmetika və dərman pereparatları məhsullarının satışlarıdır. Burda qazanc iki tərəfdən formalaşır. 1-şəbəkəyə adam qoşmaq, 2-satılan məhsullardan. Ən önəmli tərəflərindən bir odur ki, şəbəkəyə adam cəlb etməklə, qollar böyüyür, şəbəkədə pul xərcləyənlərin sayı artır və eyni zamanda da bu artımlar məhsulların satış həcmlərinin də artması anlamına gəlir. Bu biznesdə uğur bir başa köklü və möhkəm qurulan şəbəkədən çox asılıdır. Təbii ki, burdan distribyutorlarda pul qazanma imkanlarını əldə edirlər. Məhz elə buna görə də, biznesin təşkilatçıları, komandada fərqlənən əməkdaşlar üçün, insanları inandırma bacarıqlarını gücləndirə bilmələri üçün müxtəlif treninqlər təşkil edilərək, şəbəkələrini gücləndirirlər. Əslində burda iki çox vacib məsələ vardır. 1- Bacarıqlı adamlardan istifadə edərək öz məhsullarını daha geniş əhatəyə yaymaq imkan və fürsətlərini əldə edirlər, 2- Treninqlərin təşkili məsələsi: Burda öndə duran məsələ bacarıqlı insanların enerjilərindən maksiumum yararlanaraq, daha dərin köklər atmaq, səbəb isə şəbəkə qollarında qırılmalar yarandığı təqdirdə, liderləri əvəz edə biləcək distribyutorlar şəbəkəsinin yetişdirilməsi və beləliklə də şəbəkənin sonsuzluq halına salmaqdır. Qısası – heç kəs sizin qara gözünüzə, qara qaşınıza aşiq deyil.

2. Şəxsi biznes – Adətən şəbəkə marketinqi ilə məşğul olanların, ən çox istifadə etdikləri və insanları az qala hipnoz edə biləcək gücdə olan ifadə – Yəni Siz istəməzsiniz ki, heç bir kapital qoymadan, öz şəxsi biznesinizi qurasınız? Təəccüblü baxışlarla distribyutor bir daha sizi sezir.
Nəzərinizə çatdırım ki, o burda haqlıdır. Ancaq haqlı olmasına baxmayaraq, distribyutor eyni zamanda sizinlə dürüst deyil. Niyə? Çünki o sizə bu biznesdə uğurun əldə olunması haqqında vaxtı gizlədir.”Siz dəvət olunduğunuz biznes növündə uğuru əldə etmək fürsətlərini ancaq 1 ildən sonra əldə etməyə başalaycaqsınız, qeyd etdyim kimi, əgər möhkəm iradəli birisinizsə.

Bəs 1 il hardan çıxdı? Axı distribyutor mənə hər şeyin yağla-bal kimi olacağını dedi. Burda bir az gülümsəyirəm. Əvvəla nə dünya tarixində, nə də dünyanın heç bir yerində kapital qoyuluşu olmadan hər hansı bir uğurlu və gəlirli biznesdən danışmaq mənasızdır. Belə bir şey yoxdur.

Bunu bir mənalı olaraq unudun. Niyə 1 il? Axı, Siz bu işə başlayan kimi şəbəkəniz qurulmayacaq, üzürlü hesab edin orda heç kəs sizin üçün nəyisə hazır etməyib ki, siz gəlib oturasınız hazır və gəlirli işin başına, sizdə burdan minlərlə manat pul qazanasınız. Siz bir il ərzində bir çox uğursuzluqlarla, müxtəlif tip və xasiyyətlərdə olan insanlarla rastlaşacaqsınız, streslər yaşayacaqsınız, cinsinizdən asılı olmayaraq ağlayacaqsınız, normal maaşla dolananlara həsəd aparacaqsınız, qurduğunuz qollarda qopmalar olacaq, dəvət etdikləriniz sizi tərk edəcəklər, sizi aldadanlar və aldatmağa çalışanalar olacaq, siz aylarla evə bir manat pul apara bilməyəcəksiniz. Siz ancaq və ancaq xərcləyəcəksiniz? Nəyə? Nahara, yol xərcləri, vizit kartlar, elan tabloları, internetdə elanlar və s. necədi? Kapital var? Yenə gülümsəyirəm. Bu sistemdə uğurun bir resepti var.

Kim nə deyirsə, desin. Bu klassik yolla olan hərəkət planlarıdır. Sizə deyəcəklər ki, şəbəkə marketinqi, klassik marketinqdən fərqlənir, plan filan boş şeydi. Adamları inandır, pulunu qazan. Plansız heç bir biznes uğur qazana bilməz. Qazansa da onu sonu və ömrü çox qısa olur. Insan ömrü kimi. Siz bir il ərzində özünüzə güvənilir, savadlı, etibarlı kadrları toplamalısınız, onlara bu biznes növünün sirlərini açıqlamalısınız. Onları özünüzə inandırmağı bacarmalısınız. Bir sözlə minimum 1 il siz ən azından bunları nəzərinizdə saxlayın ki. Öz biznesinizi qura biləsiniz. Əks halda özünüzü bu yolda yormayın, sizlik deyil.

3. Kollektiv – Bu biznesin müsbət tərəflərindən biri. Belə ki, şəbəkə biznesi ilə məşğul olan şirkətlərdə öyrətməyə, xüsusi treninqlərə, seminarlara xüsusi diqqət ayırırlar. Bu yolla siz nəyinki şirkətin məhsul və xidmətlərini əldə etmiş olursunuz, siz eyni zamanda da sizi öyrədən müəllimi əldə etmiş olursunuz. Hansı ki, sizin bu yolda uğur qazana bilməyiniz üçün əlindən gələni edəcək. O sizi yetişdirməyə məcburdur, Siz yetişməsəniz, şirkət gəlirlərindən qalacaq.
Ona görə o bir tərəfdən də buna məcburdur. Şəbəkə marketinqi ilə məşğul olan şirkətlərdə əsas deviz: “Özün öyrəndiyini, başqasına da öyrət!” Ən maraqlısı isə budur ki, sizi bu sahədə az və ya çox, uğurlar əldə etmiş menecerlər öyrədirlər.

Azərbaycanımızda bu sahədə insanlara yardım etmək istənilsə də, şirkət daxili qruplaşmalar ucbatından şirkətin fəaliyyətində ciddi mənada problemlər yaranır ki, bu da gəlirlərin azalaması deməkdir.

(247 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here