Bu gün “MK təlim” klubunda “Brendinq və onun mərhələri”nə aid olan 2016-cı ilin ilk brendinq təlimim baş tutdu.

Türklər demiş – millətə, dövlətə hayırlı uğurlu olsun! Məqsədim həmkarlarımız və marketoloq olmaq arzusunda olan gələcək həmkarlarımıza brend anlayışını, müəssisə və istehlakçılar üçün, cəmiyyət üçün əhəmiyyətini izah etmək idi.

Diqqətimi çəkən və təqdir etdiyim məsələ gənclərimizin aktiv şəkildə bu cür mühüm təlimlərə qoşulmalarıdır.

Təlimdə əsas müzakirə obyekti brend və marka arasındakı ümumi bağlar, bunları bir-birilərindən fərqləndirən cəhətləri oldu. Ölkəmizdə fəaliyyət göstərən şirkətlərin ticarət markalarından və qlobal brendlərdən real misallar gətirildi.

Təlimdə əsas məqsəd brend anlayışının düzgün istiqamətdə təşkil olunması və bunun üçün hansı addımları atmalı olduğumuzu paylaşdım. Təbii ki, burda təkçə fərqli şirkətlərin deyil, özümün də təcrübədə yaşadıqlarımı təlim iştirakçıları ilə paylaşdım. Hesab edirəm ki, hər bir təlimçinin şəxsi təcrübəsindən paylaşmaları, təlim iştirakçılarına verə biləcəkləri ən dəyərli məlumatlar ola bilər.

Əvvəldə az da olsa arasında passivlik hiss edilsə də, təlim iştirakçılarının təlimin gedişatında göstərdikləri aktivliklərini çox bəyəndim. Demək ki, belə yerlərdə də öz xalqımızın ənənələrinə sadiqliyimizi nümayiş etdiririk. Yəni bir daha əmin oldum ki, çətini isinişənə qədərdir. Sonradan aktivlik çoxalır.

Hər kəsin özünün müstəqil fikirlər söyləməsi və bunun əsaslandırmağa çalışmalarını çox bəyəndim.

Təlim zamanı “Brendinq” prosesi zamanı bir brend menecerin üzərinə düşən vəzifə və öhdəliklər də geniş müzakirələrimizdən oldu.

Təlim zamanı aktivlik göstərən hər kəsə öz minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, təlim zamanı iştirakçılar, gələcək brendinq işlərində özlərinə gərək olan siqnalları aldılar.

Belə bir təlimi təşkil etdiyinə görə də “MK təlim” klubuna və kollektivinə də öz təşəkkürümü bildirirəm.

IMG_4924 (1) IMG_4944

(182 dəfə baxılıb)