Manat cırcırama, Dollar qarınca (2-ci yazım)

0
44

“İnflyasiya – iki devalvasiya arasındakı fasilədir.”  V. Sumbatov

Manatın devalvasiyası  yerli istehsalın inkişafına və ixracatın artımına təsir göstərə bilərmi?

Mən təsir edə bilər deyirəm, özü də 100% təsir edəcəkdir. Yəqin sizə də maraqlı gəldi ki, nə vaxtsa hamımızın sevimlisi olan manatımız necə ola bilər ki, ölkəmizin ixracatına və iqtisadi inkişafımıza maneələr törətsin? Bunun səbəblərini mərhələli şəkildə izah etməyə çalışacam.

Təbii ki, yerli istehsalın inkişafı və ixracın artması bir neçə göstəricilərdən asılıdır. Yerli istehsalçıların idxal etdikləri xammallara olan vergi, gömrük rüsumlarında nəzərə çarpacaq dərəcədə güzəştlər tətbiq olunmalı və yerli istehsal müəssisələrinə dəstək verilməlidir ki, ölkə başçısının da tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-cı il tarixindən etibarən əlavə dəyər vergisindən (ƏDV) azad olunub.

Buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azad olunması Azərbaycanda yerli istehsalı artırmağa və ölkədə istehsal edilən məhsulların rəqabət qabiliyyətini yüksəltməyə imkan verəcək. Qiymətlərin ucuzlaşması yerli istehsalçılar üçün də sərfəlidir, ölkəmizdə istehsal edilən məhsulların qiyməti aşağı düşəcək ki, unun ucuz idxal edilməsi deməkdir. Un olduqca sosial əhəmiyyətli məhsuldur və ƏDV-dən azad edilməsi belə bir dönəmdə olduqca vacib addımdır.

Bundan başqa ölkəmizdə inhisarçılıqla məşğul olan xammal istehsalçılarının və xammal satıcılarının özbaşnalıqlarına son qoyulmalı, azad rəqabət bazarı mühitinin yaranması istiqamətlərində sərt addımlar atılmalıdır. Əks halda yerli istehsalın inkişaf edəcəyini və ixracatın artacağını fikirləşmək mənasız olacaqdır. Əvvəla xammala olan vergi və gömrük rüsumlarında niyə güzəşt olunmalıdır?

Xatırladım ki, yerli istehsal müəssisələrimizin mövcud olmalarına baxmayaraq, əksəriyyətinin istehsal etdiyi məhsulların xammalları idxal olunur, özü də ABŞ dolları ilə. Burda isə tamamilə başqa və fərqli bir mənzərə yaranır.

Dünya praktikasında belədir ki, istehsal üçün ölkə ərazisinə idxal edilən xammala tətbiq olunan vergi, idxal olunan hazır məhsullara nisbətdə istehsalçı müəssisələrə daha ucuz başa gəlir ki, nəticədə istehsal olunan məhsullar da müştərilərə ödəyə biləcəkləri qiymətlətlərlə təklif olunur. Necə deyərlər, “Alan razı, satan razı”. Beləliklə də ölkədə bahalaşmanın qarşısı alınmış olur.

Məqaləmin əvvəlində də qeyd etdiyim kimi ölkəmizə idxal olunan xammallara olan gömrük rüsumlarında, vergi dərəcələrində istehsalçıların xeyrinə olunan güzəştlər və dəyişikliklər davamlı olduğu təqdirdə yerli müəssisələrin istehsalına təkan olacaqdır. Ancaq belə olan halda yerli istehsala investorları cəlb edə bilərik və eyni zamanda da öz sahibkarlarımız bu sahələrə daha böyük yatırımlar edə bilmələri üçün motivasiya olardı. Əks halda şirkətlərimizi düşmüş olduqları şok vəziyyətindən uzun müddət ayılda bilməyəcəyik.

Hə, unutmadınızsa yuxarıda qeyd etmişdim, xammalların əksəriyyəti ölkəmizə ABŞ dolları ilə idxal olunur. Aydın məsələdir ki, belə olan halda idxal edilən xammal, məhsulun bahalaşmasını qaçılmaz edəcəkdir. Sonrada başlayırıq sahibkarları topa tutmağa. Əvvəlcə sahibkarlara şərait yaradılmalıdır. Ancaq bütün bunlardan sonra sahibkarları nələrdəsə ittiham edə bilərik. Sahibkarlara bu gün hamımız dəstək olmalıyıq, iqtisadıyyatın nüvəsi onlardır.

Nə edə bilərik? Yaxşı deyiblər: “Meşə çaqqalsız olmur”, ümid edək ki, səlahiyyətli qurumlar meşələrimizi xalqa və dövlətin iqtisadiyyatının inkişafına mane olan və xəyanət edən çaqqal sürülərindən təmizləyə biləcəklər.

export positivo-production-line_550x367

Sual – Xammalı idxal etməkdənsə, yerli xammal istehsalçılarından ala bilməzlər? Buna iki cavabım var.

  1. Xammal tədarükçüləri olan yerli inhisarçı şirkətlər bəzi xammallara elə bir qiymət təklif edirlər ki, idxal xammal məhsullarının qiymətlərindən bir o qədər də fərqlənmir, hətta xaricdən idxal etmək daha sərfəlidir.
  2. Yerli xammal istehsalı müəssisələrinin təklif etdikləri məhsullar nəyinki dünya standartlarına, heç özümüzün ölkəmizdə qəbul olunan keyfiyyət standartlarına da cavab verə bilmir. Nəticədə yerli müəssisələrdən alınan xammallardan istehsal edilən hazır məhsullar olduqca keyfiyyətsiz olurlar. Bu da nəticə etibarı ilə xammalı hazır məhsula çevirən sahibkara başqa bir problem törədir. Müəssisələr alıcılarını itirir, məhsullara olan tələbat düşür, bazar paylarına təsir edən və bəzən də qarşısı alınmayan problemlər qaçılmaz olur. Hətta yerli xammal istehsalçıları vardır ki, onlar bilərəkdən daxili bazarda, yerli istehslaçılara qarşı inhisarçılığa yol verirlər ki, bu da yerli istehsalatla məşğul olan müəssisələrin işlərinə mənfi təsir edir. Müəssisə kiçikdirsə iflası qaçılmaz olur, nisbətən güclüdürsə zamanla bazarda zəifləyir.

Beləliklə də, az da olsa yerli istehsalın inkişafı istiqamətində görüləcək tədbirlərdən qismən məlumatlandırıldınız.

İndi keçək ucuzlaşan manatın hesabına ixracatın artımı məsələsinə, BU BARƏDƏ MƏLUMAT ALMAQ ÜÇÜN NÖVBƏTİ BLOQ POSTUMADƏK SƏBRLİ OLUN.

(143 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here