23.01.2016 tarixində, Globus Plaza – UNIVERSE Education&Consulting Center`də “MarketERAm” adlı növbəti marketinq təlimim baş tutdu.

Təlimin mövzusu bir çoxlarına da məlum olan “Marketinqin formalaşdığı tarixi mərhələr” və bu mərhələlərin Azərbaycan bazarına və marketinq mühitinə təsirləri əsas müzakirələrdən oldu.

Təlimin adının da “MarketERAm” adlandırılması məhz marketinqin tarixdə keçdiyi yollar, formalaşdığı mühit, onların yaranma və bir birilərini əvəz etmə səbəbləri real marketinq hadisələrinin fonunda təlim iştirakçılarına izah edildi. Xüsusilə də Azərbaycanda baş verən bazar prosesləri “Marketinq Era”ları mərhələli şəkildə  ölkəmizdə formalaşmış marketinq mühiti təlim iştirakçıları ilə birlikdə müzakirə olundu.

Məqsədim təlim iştirakçılarının özlərinin prosesləri təhlil edə bilmələri, marketinqin tarixdə formalaşmasına səbəb olan amilləri əsaslandırmaları və bunun fonunda yerli şirkətlərimizin durumu ilə əlaqələndirilərək müzakirə etmələrinə şərait yaratmaq idi.

Mənə görə maraqlı təlim oldu. 2 saatın necə keçdiyini hiss etmədim. Buna görə təlimin maraqlı olmasında fikirlərini paylaşan hər kəsə təşəkkürümü bildirirəm və əminəm ki, daha neçə belə təlimlərdə görüşmə fürsətlərimiz olacaqdır.

(106 dəfə baxılıb)