Marketmatik, yoxsa problematik?

0
38

Son zamanlar bir çox qruplarda, bloqlarda – Marketinqin tərifinə dair fərqli təriflər axtarılır və belə sorğulara da müxtəlif fikirlər yazılır. Yanaşmalar, mənə də maraqlı gəldi və qərara gəldim ki, bu trendə qoşulum. Ancaq mən araşdırmaq üçün yox, marketinqin tərifinə dair öz təcrübəmdən formalaşmış təəsüratlarımı yazmaqdır. Buna görə də məqaləmin adını “marketinq yoxsa problem?” adlandırmağa qərar verdim.

Marketinq nədir?

Məncə bu suala cavab yazmaq üçün burda uzun-uzadı yazmağın mənası yoxdur. Marketinqə iki mindən çox tərif verilmişdir və əksəriyyətini də əksəriyyətimiz əzbərə bilirik.

Bəs Famil Alməmmədov üçün marketinq nədir?

Mənə görə marketinqin bir funksiyası var – o, da şirkətlər tərəfindən istehlakçılara təklif olunan məhsul, marka və ya xidmətlərlə bağlı yaranmış bütün problemlərin həllinə yönəldilmiş fəaliyyət növüdür.

Problemləri həll edən?

Bəli, problemləri həll edən. Necə? Baxın, istehslakçılar zamanla bazarlarda müəyyən problemlər yaşayırlar. Təkmilləşdirilməyən məhsullar, yanlış qiymət siyasəti, yersiz qiymət artımları, təkmilləşdirilməyən istehsalat sahələri, keyfiyyətsiz məhsullar, etibarsız ticarət markaları, müştəri dəyərlərinə əməl etməyən onlarla şirkət, yanlış brendinq siyasəti, özünü doğrultmayan marketinq aksiyaları və s. Necədi? Problemləri sadalamaqla bitməz. Məhsulunda və ya xidmətlərində istehlakçılara bilərəkdən və ya bilməyərəkdən problemlər törədən şirkətlər, marketlər və s. zamanında yaranmış anlaşılmazlıqları, istehlakçıların xeyrinə həll etməlidirilər. Bəs problemlər həll edilməzsə nələr baş verə bilər? Şirkət loyal müştəriləri itirəcək, əsas hədəf kütlələri başqa şirkətlərə, rəqib məhsullara, rəqib markalara, daha doğrusu müştərilərə verdiyi vədlərə əməl edən tərəflərə üz tutacaqlar. Məhz elə bu hallara görə mən marketinqin əsas funksiyasını, bazarda yaranmış problemlərin həllinə yönəldilmiş fəaliyyət növü kimi dəyərləndirirəm.

Hə, dostlar! Əgər marketinq mütəxəsisləri istehlakçılarla şirkət, məhsul və markalar arasında yaranmış problemlərin həllinə zamanında reaksiya verməslər, bundan ən çox zərəri də məhz sadalananlar görəcəklər. Təkrar yazıram, Marketinq – Şirkətlə, istehslakçılar arasında yaranmış problemlərin həllinə yönəldilmiş fəaliyyət növüdür. Ümidvaram ki, bir çox həmkarlarım bunun fərqindədirlər və gərəkli olan tədbirləri də görürlər. Əsasən də belə bir böhranlı dönəmlərində. Unutmayaq ki, məhsulu satanda yox alanda qazanc verir.

Sizin marketinq bələdçiniz…

(121 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here