Onun arabası var…

0
58

Bir neçə gün olar, Apple şirkəti 2020-ci ilə istehsalını planlaşdırdığı yeni məhsulunu, Apple brendi altında “iCar” avtombilinin konseptini bəyan etdi.

Mənim fikirimcə “Apple” adı ilə, həm də şirkətin ana loqosu ilə olması uğursuz nəticələnə bilər. Ancaq bir qədər brendinqdən misallar çəkməklə fikirlərimi əsaslandırmağa çalışacam. Əvvəlcə belə bir yanaşmanın nə kimi fəsadları ola bilər? Özünü doğruldan brendin əlaməti – istehlakçıların ona üstünlük verilməsindən keçir. Sadiq müştəri məsələsi.

Bir çox dost və tanışlarım vardır ki, onlar “iPhone” telefonlarından başqa heç bir telefon markasından istifadə etmirlər, “İphone” brendinə çox sadiqdirlər. Hətta elələri də vardır ki, istifadə etdikləri “iPhone” telefonunun kreditini bitirməmiş, yeni seriyanı almağa can atırlar. Bu müştəri sədaqətidir. Bu çox böyük uğurdur. Ancaq bu demək deyil ki, “Apple” tank, avtomobil, təyyarə istehsalı ilə məşğul olarsa uğuru cari vəziyyətdəki kimi olacaq? Şəxsən mən belə olacağına inanmıram.

Əksəriyyətimiz bilir ki, hər bir güclü brendin özünə məxsus və onu digərlərindən fərqləndirən xüsusiyyətləri vardır. Fərqləndiyi xüsusiyyətlər hesabına da bazarda yaşayır və inkişaf edir. Mənə görə “Apple” brendi də məhz belələrindəndir.

Çoxlarınız fikirləşə bilərsiniz ki, Famil Alməmmədov hara? “Apple” şirkətinin atdığı addıma rəy bildirməsi hara? Baxaq görək bu necə olur? Çətir marka strategiyasından azdan çoxdan məlumatlıyıq, bu barədə qısa fikir yazmaqda da fayda var. Çətir marka siyasəti mənə görə çox risklidir. Sahibkarları “Çətir marka” strategiyasının şirkətə uğur qazandıracağına inandıran brend menecerlər, çox güman ki, “Ağ köpək” balığının ürəyini yeyiblər. Problem nədə ola bilər? Bir fikirləşin, müəssisə 10 adda məhsul isteshsal edir və bu məhsullarında “X” sayda marka adları var, bu markaların hamısı da “A” adlı çətir markasının adı ilə satışa çıxır.

Əgər 10 markadan birində problem yaranacaqsa bu əvvəlcə “A” adlı çətir markaya, daha sonra isə digər markalara mənfi təsirini göstərəcəkdir və bu da qaçılmaz olacaq. Məşhur markaya sahib olan şirkətlər məhsul portfellərini genişləndirdikləri zaman yeni adlı markalara çəkəcəkləri xərclərdən yaxa qurtarmaq üçün məhz “çətir marka” ya üz tuturlar.
Elə bu mərhələdən sonra sabit və uğurlu brendlərin istehlakçıların beyinlərində yuyulması prosesləri başlayır. Portfel genişlənir müştəri foksunu itirir. Brendin yeni sahəyə keçməsi “brendin dartılması” adlanır. “Apple” şirkəti də “İCar” avtomobil konsepti üzərində işlədyini elan etməsi ilə, şirkətin yeni sahəyə keçdiyini rəsmən bildirmiş oldu.

Mənə görə “Apple” şirkətinin rəhbərliyində olanlar deyəsən “Ulduz” xəstəliyinə tutulublar. Yuxarıda da qeyd etdiyim kimi, brend genişlənməsi böyük risk tələb edir. Misal – Kinoya gedirsiniz və seansı izləmək üçün “pop corn” almaq istəyirsiniz.

Satıcı qışqırır – ay müştəri gəl bəri, alan aldanmaz, evdə danlanmaz. “Mercedes Benz Pop Corn”larından alın. Heç dəxli var? Həmin mesajın müştəri beyinlərindəki partlayışları təsəvvür etmək çətin deyil. Siz belə bir pop corn alardınız? Yaxud da Filip Kotlerin buna bənzər verdiyi bir sual – siz “Coca-cola” markasında avtomobil alardınız? Məncə yerində verilən sualdır.

Bizim və yaxud gələcək nəsillərimizin nanotexnologiyalı avtomobillərə ehtiyacı varmı? Olacaqmı? Olacaq deyirəm. Ancaq imkan versinlər belə işlərlə – Mercedes Benz, BMW, Toyota və s. kimi brend avtomobilləri istehsal edən şirkətlər məşğul olsunlar. Demirəm ki, ümumiyyətlə “Apple” şirkəti belə bir şey etməsin və ya edə bilməz. Ancaq başqa ad altında etsəydi daha yaxşı olardı. Çox gümanki “Apple” şirkətində dillər əzbəri olduqları üçün fərqli bazara girməklə eyni müvəffəqiyyəti əldə edəcəklərini fikirləşirlər.

Bunları zaman göstərəcək, ona görə ki, belə bir addım böyük yatırım və resurslar tələb edir. “Apple” şirkət öz güclü brendləri ilə mənim fikirlərimə, mənim qavrayışıma bu günki halı ilə hopub. “Apple”ın adı bu gün təklif etdiyi məhsullarla daha çox assosasiya olunur, nəyinki fərqli bir məhsulla assosasiyası. “Apple” şirkəti başqa bir suala cavab tapmalıdır – “Apple” brendi bundan sonra da dartılsa mənasını itirməyəcək ki?

Larri Layt deyir: “Brendlərin ölmək kimi niyyətləri yoxdur. Lakin onları öldürmək olar”.
Sizin marketinq bələdçiniz…

(145 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here