Adı da özümüzün, dadı da özümüzün

0
258

Artıq bir aydır bloqum fəaliyyətdədir. Məqalələrimin maraqlı və faydalı olması üçün həm nəzəri, həm də praktiki məlumatları paylaşaraq faydalı olmağa çalışıram.

Bu dəfə isə fərqli bir bloqpost yazmaq qərarına gəldim. Bu məqaləm sırf marketinq fəaliyyətimlə bağlıdır. Bir növ gördüyüm işlər və fəaliyyətim barəsində kiçik bir hesabatdır.

Hər bir marketoloqun həyatında fəaliyyəti ilə bağlı mühitdən asılı olaraq müəyyən fürsətlər yaranır. Belə ki, marketoloq həm potensialını, həm də əməyini tam olaraq ortaya qoya bilir. Mənim də belə bir şansım yarandı. Belə ki, Marketoloq kimi fəaliyyətim və təcrübəm FMCG sektorla bağlıdır. 2009-cu ildən 2015-ci ilin ortalarına qədər fəaliyyətim istehsal və ticari marketinq sahələrində keçmişdir. Təkrar belə şansım olsa yenə də məmnuniyyətlə istehsal sahəsində işlər görə bilərəm. 2012-2014-cü illər ərzində “AVRORA” firmasında çalışmışam. Mətləbə keçməzdən əvvəl sizlərə kiçik sirr açacam. “AVRORA” firması Azərbaycan marketinq mühitini tam hiss edə bilmək və marketoloq kimi yetişmək üçün ideal məktəbdir. Bu şirkət həm istehsalçı, həm də distribyutor şirkətdir.

İstehsal sahələrində şəkərli peçenyelər, kreker peçenyelər, kreker çubuqlar, vafli, kolbasa və makaron məhsullarının istehsal edilir. İşlədiyim dövr ərzində bir çox məhsulların həm istehsal proseslərini izləmək, həm də ticarət markaları üzərində işləmək nəsibim oldu. İnanın, “Marketinq miks” prosesini istehsal marketinqindən başqa heç bir sahədə görmək mümkün deyil. Düzü 4P-ni burda da tam sistemli tətbiq etmək mümkün olmasa da, prosesləri mərhələli şəkildə yaşamaq mümkün oldu. 2014-cü ilin əvvəllərində yeni istehsal sahəmiz fəaliyyətə başladı və ilk şəkərli peçenye və taxta peçenye məhsullarımız satışa buraxıldı. Əslində həmin məhsulları əksəriyyətiniz market vitrinlərində görmüsünüz, bəlkə istehlak da etmisiniz. Hazırda AVRORA firmasında işləməsəm də işləri dəyərli dostum Müşfiq Azəryar davam etdirir və inanıram ki, daha neçə belə uğurlu işlər görəcəkdir. Məqaləmi yekunlaşdırmazdan əvvəl yeni məhsullar istehsal edilənə qədər mənə asistentlik etmiş iki dəyərli dostuma da burdan minnətdarlığımı bildirmək istərdim, peçenye məhsullarında mənə yardımçı olan Nuranə Cəfərovaya, vafli məhsullarında isə yardımçı olan Məcid Mustafayevə öz təşəkkürümü bildirirəm. Ticarət markaları aşağıdakılardır.

  • “Сладёна” çətir markası altında:
  • Borowski`s biskvit məhsulları 9 çeşid (adı xaric)
  • Сладёна” şəkərli və taxta peçenye
  • Москва
  • Наш Молочник
  • Спорт
  • Юбилейное
  • Petit Beurre
  • “Сладёна” vafli məhsulları
  • “Сладок” ticarət markası altında vafli məhsulları 4 çeşid
  • “Colibri” ticarət markası altında vafli məhsulları 5 çeşid. Bu ticarət markası üçün əvvəllər fərqli dizayn işlənilmişdir, ancaq görünür zamanın tələbi hazırki dizayn olaraq üstünlük verilib. Məncə uğurlu dizayndır.
  • “KreKi” ticarət markası altında, kreker çubuqları 4 çeşid.

Dadmağınızı tövsiyə edirəm, istəsəniz hamısını birdən dadın, ya da ağız tamınıza uyğun dadın. Narahat olmayın məhsullar keyfiyyətli xammallardan istehsal olunur.

Necə deyərlər? Adıda özümüzün, dadıda özümüzün. Nuş olsun!..

Aşağıda məhsulların şəkillərinə baxa bilərsiniz.

Sizin marketinq bələdçiniz..

Bu slaydşou üçün JavaScript lazımdır.

(504 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here