Marketinq nadir sahələrdəndir ki, mövcud olan bütün sahələrlə əlaqəlidir. Bir sözlə marketinq hər şeydir (Marketing is everything).

Mən də bir marketoloq kimi hər gün çalışıram ki, fərqli sahələrdən məlumatlı olum. Tarixi kitab oxuyurdum, hadisələr lampa ixtiraçısı Edisonun dövrünü və bu illərdə baş vermiş bir sıra biznes hadisələrini də qismən əhatə edirdi. Bu da məqalənin yazılmasına səbəb oldu.

Moda aləmində geyim tərzləri 30 ildə bir təkrarlanır və günümüzün dəb trendi həmin geyim tərzləri ilə müəyyən olunur. Fikirləşdim ki, bəs biznes mühitində necə, təkrarlamaq olar? Bir anlıq özümü və fəaliyyətimi marketoloq kimi həmin illərdə təsəvvür etdim və mən də suallar yarandı. 1880-ci ildir və mən hansısa məhsulun inkişafına görə məsuliyyət daşıyıram. Görəsən nə edərdim? Necə davranardım? Məhsul və ya markanı necə inkişaf etdirərdim? Ya Siz necə davranardınız? Bəs görəsən günümüzün dil pəhləvanları 1880-ci ildə necə davranardılar?

Beləliklə 1880-ci il

  • Kompüter (notebook, planşet və s.) yoxdur
  • Elektron poçt (gmail, yahoo, outlook və s.)yoxdur
  • Sosial şəbəkələr (facebook, instagram, linkedin və s.) yoxdur
  • Heç bir biznes modeli yoxdur
  • Mobil telefon yoxdur
  • Faks yoxdur
  • Televiziya yoxdur
  • Radio yoxdur
  • Xreox yoxdur
  • Asfalt yollar yoxdur
  • Avtomobil yoxdur
  • Metro yoxdur

Təcili əlaqə saxlamaq və ya tez xəbərdar etmək üçün məktub, teleqram vasitəsi ilə yollanardı. Məktublar əllə yazılırdı, çünki o dövrdə çap maşınları da ixtira edilməmişdi. Baxmayaraq ki, telefon 4 il idi artıq kəşf olunmuşdu, zəng etmək yenə də çox çətin idi. Ona görə ki, vahid telefon şəbəkəsi mövcud deyildi. 1880-ci ildə praktiki olaraq bu gün istifadə etdiyimiz, biznesimizi, həyatımızı təsəvvür edə bilmədiyimiz predmetlərin heç biri yox idi. Mən artıq fikirləşirəm, bir az da siz fikirləşin. Əminəm ki, bu məqaləni oxuyanlarda çox suallar yaranacaq. Suallara cavab tapanlar demək ki, siz doğru yoldasınız və siz bu sahənin adamısınız. Suallara cavab tapa bilməyənlərə isə məsləhətim o olar ki, özünüzlə səmimi olun.

Sizin Marketinq Bələdçiniz..

(91 dəfə baxılıb)