Əlbir olub bir ayı, bir şir ilə

0
724

Son  günlər  Geocell`dən,  Gürcüstana yaxın rayon, qəsəbə və kəndlərimizdə yaşayan sakinlərin mobil telefonlarına fərqli mesajlar gəlir və buna görə balanslarından pulda çıxılır. Mesajlar arasında ən çox gələni “Gürcüstana xoş gəlmişsiniz, Siz Gürcüstan ərazisindəsiniz” və s. Əvvəlcə fikirləşdim ki, yəqin operatorun şəbəkəsində nasazlıq ola bilər. Ancaq sonradan məlum olur ki, əslində bu iki operatorun Azərbaycan abonentlərinə qarşı əlbir olub törətdikləri soyğun xidmətidir. Azercell, bu problemi – rayon, qəsəbə və kəndlərimizin Gürcüstan sərhədlərinə çox yaxın olması ilə əlaqələndirir. Hətta belə problemlə üzləşən abonentlərin müştəri xidmətlərinə müraciət edərək, öz rouminq xəttini bağlatmalarını tövsiyə edir. Bax, belə bir cəfəngiyata ilk dəfədir ki, rast gəlirəm. Axı necə ola bilərki, operator – abonentin razılığı olmadan, onun şəbəkəsini “ROUMİNQ” rejiminə keçirdir? Allah, Abbas Səhətə rəhmət eləsin, böyük ədibimiz demişkən:

Əlbir olub bir ayı, bir şir ilə,

Ovladılar dovşanı tədbir ilə.

Mənim fikirmcə bu iki misra tam bu iki operaTORLUqdur. “Azercell və Geocell” əlbir olub ovladılar region abonentlərini tədbir ilə, desəm heç yanılmaram. Ayı (Azercell), Şir (Geocell), dovşan isə (abonent). Mənim fikirimcə bu iki operatorun bir şirkətə tabe olmaları bütün kartların üstünü açır. Mənə görə yerli  operator imkan yaratmasa, qonşu ölkədə fəaliyyət göstərən mobil operatorun şəbəkəsinin gücündən asılı olmayaraq, başqa operatorun şəbəkəsinə nə təsiri ola bilər, nə də ki, həmin abonentlərə mesaj yollaya bilər. Sual – Bəs görəsən Azərbaycan sərhədlərinə yaxın bölgələrdə yaşayan “Geocell” abonentlərinə, Azercelldən “ Azərbaycana xoş gəlmişsiniz, ya da siz Azərbaycan ərazisindəsiniz” mətnli mesajlar gedir? Sanmıram ki, Geocell öz abonentlərinin nömrələrini onlardan xəbərsiz rouminqə keçirə və onlara qarşı belə “Allahsızlıq” edə.

Belə məqamda “Yol əhvalatı” filmindən bir fraqment yadıma düşür  – “Bunu heç bir bacıoğlu etməzdi, amma sən elədin.” Məncə də özünə, abonentlərinə hörmət edən və dəyər verən heç operator öz abonentləri ilə belə davranmazdı, ancaq Azercell etdi və yoluna da davam edir. Deyirəm nə yaxşı ki, nömrənin köçürülməsi var və qərara gəldim ki, nömrə köçürülməsi kampaniyasına mən də qoşulum. Düzü elə o biri operatorlar da bir bezin qırağıdılar. Ancaq nə edək, bu dəfə də belə olsun.

Sizin marketinq bələdçiniz…

(270 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here