Olimpə doğru

0
68

Artıq neçə gündür ki, Bakı Olimpiya Stadionunda toy mərasimlərinin keçirilməsinə verilən izn, ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı.

Sosial şəbəklərdə buna dair yazılan şərhlər, çəkilən karikaturlar və daha nələr? nələr? Şəxsən mənə görə tələsik reaksiyalardır. Ola bilsin ki, kimlərsə məqaləni oxuduqdan sonra mənimlə razlaşmasınlar. Olsun, bu normal haldır. Ancaq mən bu məsələyə bir qədər fərqli yanaşıram və hesab edirəm ki, verilən qərar gəlirlilik baxımından hesablanmış bir addımdırsa, mən buna bir əlli hə deyirəm.

Marketinq baxımından –  Sağlam və uzunmüddətli PR strategiyası ilə “Bakı Olimpiya Stadionunu” təbliğ edərək, paytaxta tursitlərin cəlb olunmaları və ərazilərin tanınması istiqamətində ciddi işlər görmək olar. Burda şişirdiləcək elə də qorxunc bir hal yoxdur. Bakımızın memarlıq və sənətkarlıq yerlərinin tanınması, biznes maraqlarımız çərçivəsində həm də şəhər ətrafı bölgələrimizin təbii və texnogen zonaların turizm baxımından inkişafının təmin edilməsi istiqamətində ciddi işlər görmək olar.

Belə bir prinsipial siyasət ölkəni, başqa ölkə vətəndaşları üçün də əsas maraq hədəfinə çevirə bilər. Ona görə yersiz şərhlərin verilməsinə və yazılmasına lüzum görmürəm.

Unutmayaq ki, ölkə brend anlayışının xüsusiyyətləri ilk olaraq xaricdə, ölkə hüdudlarından kənarda formalaşır. Böhranlı zamanlarda belə addımların atılması və ölkənin PR – ı istiqamətində atılan gözəl addımdır. “Bakı Olimpiya Stadionu”nun tanınması və bu məkanda belə xidmətlərin göstərilməsi, toy və nişan mərasimlərinin keçirilməsi, əvvəlcə ölkə büdcəsinə qənaətdir. Stadiona baxmaq külli vəsait tələb edir ki, bu cür tədbirlərlə özü xərclərini ödəyəcək. Bu özü özlüyündə artıq iş yerlərinin açılması və işsizlərin işlə təmin olunması deməkdir.

Son olaraq düşünürəm ki, bu addım paytaxtımızın tanıtımında maraqlı PR alətlərindən birinə çevrilə bilər. Türklər demiş: “Millətə, dövlətə, hayırlı, uğurlu olsun!”.

Sizin marketinq bələdçiniz…

(73 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here