Hər bir qadın, üzəri paltarla örtülmüş bir sirrdir…

0
161

Bu dəfə sizinlə həyata keçirtdiyim maraqlı rebrendinq işlərimdən birini paylaşmaq qərarına gəldim. Məqalənin də başlığından bəlli olduğu qədər, iş zərif cinsin nümayəndələrinə müxtəlif çeşiddə multi brend, qadın geyimləri təklif edən şirkətin fəaliyyəti ilə bağlıdır. Bu “Lady Sharm” şirkətidir.

2015-ci ilin yayında bu şirkətə qısa müddətli marketinq konsultasiyası vermişəm. Qısa müddətli də olsa, mənim üçün maraqlı təcrübə və böyük təcrübə oldu. Əksəriyyət bilir ki, rebrendinq olduqca riskli addımdır. Əsasəndə şirkətin rebrendinqi məsələsi. Çox çək-çevirdən sonra qərara alındı ki, “Lady Sharm” şirkəti rebrendinqə getməlidir. Moda dünyası ilə bağlı xarici və daxili bazarda olduqca böyük layihələri həyata keçirdən bir şirkətdir “Lady Sharm”. Sizə sual – “Lady Sharm”ın əvvəlki loqosunu xatırlayırsınız? Məncə yox, elə xatırlamasanız yaxşıdı.

Əslində şirkətin fəaliyyəti və layihələrə can atması mən də belə bir ideanın yaranmasına səbəb oldu. Şirkətin o vaxtki loqosu firmanı çox dar bir çərçivəyə salmışdı və demək olar ki, bu loqo ilə fərqli və daha geniş bazarlara girmək imkanı yox idi. Loqo yeniləndikdən sonra isə qadın geyimləri bazarında fərqli və daha çox bazarlara da girə bilmək imkanları yarandı.

Yeni loqonu “Corn Advertising” şirkətinin peşəkar dizaynerləri hazırlamışdır. Sağ olsunlar ideamı loqo ilə gözəl ifadə edə bildilər. Şirkətin rəhbəri, Tural Məmmədxanlıya göstərdiyi dəstəyə və şirkətin Art Direktoru olmuş Pərviz Alisoya da burdan öz təşəkkürümü bildirirəm.

Əksəriyyətimiz bilirik ki, loqotip şirkət üçün çox önəmli və vacib elementdir. Özünüz fikirləşin, qadınlar üçün brend fəlsəfəsini yaradırıq və həyata keçirdirik. İnanın səmimiyyətimə brendin fəlsəfəsini yaza bilmək üçün mən deyərdim ki, qadın psixologiyası üzrə çox məqalələr oxuyası oldum.

Bundan başqa brend fəlsəfəsinin yazılmasında mənə dəstək olan Ruslan Eminliyə də təşəkkür edirəm. Ruslan çox sağ ol ki, fikirlərini əsirgəmədin.

Çox uzatmayım, keçək brendimizə – Loqotip xüsusi şrift ilə yazılmış «LADY SHARM» ifadəsindən ibarətdir.

Simvol isə loqotipin rəngində olan çevrədən, çevrənin perimetri üzərində, 40°   bucaq altında çevrəni kəsən nöqtədən və «women’s fashion» ifadəsindən, çevrənin mərkəzində isə  «LDY SRM» hərflərindən ibarətdir.

Forma  >  Loqotipin  simvolunda  çevrə  –  şirkətin əhatəsini  (auditoriyasını),  nöqtə  –  əsas  hədəf kütləsini əks etdirir. Çevrə – universal və mükəmməl həndəsi fiqur hesab olunur. Çevrənin başlanğıcı və sonu yoxdur. Çevrə bütünlük, davamlılıq, mükəmməllik rəmzidir. Bəşəriyyətin tanıdığı ilk simvol hesab olunur. Günəş və Ayın formasından gələn çevrə dinamiklik, sonsuz hərəkət deməkdir. Simvol şirkətin fəaliyyətinin davamlı olacağını bildirir.

Rəng  >  Qırmızı  rəngin  çaları  olan  «karmin»  rəngi  təbiətdə  ən  nadir  və  gözəl  rəng çalarlarından hesab olunur. Təbii halda rubinin və holland qızılgülünün rəngidir. Rənglərin  psixologiyasında  karmin  rəng  çaları  –  iddialılıq,  ideyalara sadiqlik, ciddilik və ləyaqət simvoludur.

Ümidvaram ki, qadın tərzi üçün loqotipin və brend fəlsəfəsinin yazılması heç də pis alınmamışdır. Son olaraq inanıram ki, “Lady Sharm” şirkəti qadın dəyərləri üzərində qurmağa çalışdığı bütün vədlərinə əməl edəcək və bu istiqamətdə daha çox xanımların könüllərini fəth edəcəkdir.

Sizin marketinq bələdçiniz…

(202 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here