Araşdırma metodları və yerli firmalarımızın istifadə etdikləri

0
194

Hər marketer bilir ki, bazara məhsul və ya xidmət təklif edilməzdən öncə, hədəf bazarların araşdırılması mütləqdir. Bazara təcrübələrə arxayın qalaraq, koranə və biganə yanaşma nəticəsində təklif olunan əmtəə və ya xidmətlərin çoxusunun uğursuzluqları qaçılmazdır. İstər istehsalçı, istər distribyutor firmalar olsun, istər xidmət təklif edən firmalar, istərsə də televiziya  kanalları. Xüsusilə də bizim yerli kanallar. Çoxusunun uzun müddətli marketinq strategiyaları olmadığına görə verilişlər uzun müddətli olmur, bəxtləri gətirsə aparıcının reytinqi ilə gündəmdə olurlar. Elə buna görə də kanal aparıcıdan asılı vəziyyətdə qalır. Bu normal deyil. İzləyicilərimiz isə demək olar ki, yerli kanallarımızı heç sevmirlər. Müştəri məmnuniyyətsizliyi. Bir neçə il əvvəl  çalışdığım şirkətlərdən birinin sahibi marketinq departamentinin bazar araşdırmasına əks gedərək avadanlıq sifarişinə özü qərar verdi. Nəticədə zərərlər qaçılmaz oldu. Qismən nəzəriyyədən, qismən də təcrübədən yazaraq sizlərə faydalı olacağına ümid edirəm. Dünyada və ölkəmizdə ən çox istifadə olunan metodlara xüsusilə diqqət edin. Keçək araşdırma metodlarına. Araşdırma paneli nədir?

Bazarlardan ilkin statistik informasiyaların alınması araşdırma paneli adlanır. Rəqiblərin analizi, bazarların analizi, sorğuların keçirilməsi və s. Buna statistik metod da demək olar. Çox şükür, ölkəmizdə də araşdırmalar və analizlər qismən aparılır, ancaq təəssüf ki, ayrıca bir sahə kimi inkişaf edə bilmir. Ən populyar araşdırma panelləri:

  • Pərakəndə ticarət panel nöqtələri (Retail Audit)
  • Bazarın həcmi+
  • Bazar payı+
  • Distribusiya+
  • Pərakəndə satış qiymətləri+
  • İstehlakçı paneli (Consumer Panel)
  • İstehslak həcmi –
  • Bazar payı+
  • Ortalama pərakəndə satış qiymətləri+
  • İstehlakçı davranışları –
  • Istehlakçı vərdişləri –
  • İstehlak profil –
  • Televiziya paneli (TV Panel)
  • Telebaxışların həcmi –
  • Reytinqlər +
  • TV kanalların payı –
  • Telekanallara baxanların vərdişləri +

Yerli bazarda araşdırmalara üstünlük verən şirkətlər əsasən qida sektorunda fəaliyyət göstərənlərdir. Onların müraciət etdikləri metodların qarşısında (+) işarəsi, istifadə etmədikləri qarşısında isə (-) işarəsi var. Faydalı olacağı ümidi ilə.

Sizin marketinq bələdçiniz…

(168 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here