Tanıdım, yoxsa tanıtım?

0
63

Əksəriyyətimiz bilirik ki, bir çox brendlərin tanıtımları istiqamətində, dünya kino və incəsənət ulduzları mühim yer tutular. Belə ki, belə bir birlik hər iki tərəfin xeyrinə işləyən bir mexanizmə çevrilir.

Məşhurların simaları reklam roliklərində, plakatlarda bir daha qabardılır, tanıtımı nəzərdə tutulan brendlər isə ulduz simaların sayəsində böyük fanat kütləsinin diqqət mərkəzinə keçir ki, bu da potensial müştəri kütləsi deməkdir. Təbii olaraq bu da brendi təmsil edən şirkət üçün arzu olunan haldır. Ancaq çox təəssüf ki, zamanla sifarişçilər, brendlərin tanıtımı zamanı reklam müqaviləsi bağladıqları ulduzlarla tərəfdaşlıq etdiklərinə görə sözün əsl mənasında peşiman olurlar.

Belə ki, reklam çarxlarında çəkilən ulduzların günlük həyatlarında zamanla böyük skandallar olur ki, bu da brend üçün arzu olunan hal deyil. Belə vəziyyətdə ən çox zərər görən tərəf brend və sifarişçi şirkətlər olur. Ona görə ki, ulduzun reklama çəkilişləri zamanı külli miqdarda pul vəsaitləri xərclənir, skandal baş verdiyi zaman isə bu ik olaraq öz əks təsirini brenddə göstərir. Bu isə brendin gələcəyi üçün çox böyük risk amilinə çevirlə bilər.

Madonna ilə Pepsi arasında bağlanmış $5 mln – reklam kontraktının 1 aydan sonra ləğv edilməsi. Belə ki, 1998-ci ildə Madonna ilə Pepsi brendi arasında reklam kontraktı bağlanır. Bu reklam roliki tam 250 mln nəfər tərəfindən izlənilmişdi və bu gündə ən çox izlənilən reklam çarxlarındandır. 1 ay sonra isə Madonna “Like a Prayer” klipini çəkdirir. Hansı ki, musiqi klipində “Pepsi” brendinin adı belə çəkilmirdi. Ancaq sən saydığını say, gör istehlakçı nə sayır? Klipdə xaçın yandırılması və kilsə atributlarının təhqir edilməsi, katolik kilsəsinin böyük etirazına səbəb olur.

Belə ki, Texas ştatının yepiskopu olan Rene Qrasido, Madonnanın bu davranışına görə əhalidən “Pepsi” qazlı içkisini almamağa çağrışlar edir. Çağrışların fonunda isə diqqətdə olan əsas ifadə bu idi: Əxlaqsızlığı, mədəniyyətsizliyi dəstəkləyən bir içkini içməyin. Bu açıq çağrışdan çəkinən Pepsi, müqaviləni ləğv edir. Uçurumun astanasından xilas olur.

Təsəvvür edirsiniz də bu nə deməkdir? Hə, dostlar! Gördüyünüz kimi heç də tanınmış simalar hər zaman brendin inkişafına yardımçı ola bilmirlər. Belə simalar cəmiyyətdə çox tanındıqlarına görə, ictimaiyyətin nəzəri daima üzərlərindədir. Ani bir səhv, ulduzun – ulduzunu söndürür.

Sevindirici haldır ki, ölkəmizdə də zamanla müəyyən brendlərin tanıtımında yerli tanınmış simalardan istifadə edilir. Ancaq zamanla cəmiyyətizmiz müəyyən skandalların şahidi olur. Mənə görə belə bir addım atmazdan öncə tanınmış simanın keçmiş və cari reputasiyası nəzərə alınmalı, daha sonra nəyəsə qərar verilməlidir.

Unudulmamalıdır ki, tanınmış simanın həyat tərzi, onun cəmiyyətdə olan halı, brendin gələcək inkişafına bir başa bağlıdır. Yoxsa, sırf tanınmasına görə brendin reklamında şəxsə yer vermək yanlış qərardır. Əsas səbəblərindən biri odur ki, ölkəmizdə hələ də tanınmış simaları kütləvi şəkildə dəstəkləyən seqment tam formalaşmayıb.

Unutmayın ki, hər bir brend müştərinin etibarını, ailə, cəmiyyət dəyərlərini zədələmədən öz yükünü daşıya bilən olmalıdır. Bunları itirmək bir brend üçün həyatın sonu deməkdir. Brend üçün tanınmış simalar belə seçsəniz, simanı brenddən önə buraxmayın.

Sizin marketinq bələdçiniz…

(112 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here