Ağa deyir sür dərəyə, sür dərəyə…

0
169

Əslində bu məqaləni yazmağıma səbəb başıma gələn hadisə ilə bağlıdır. Marketinq şöbəsinin müdiri kimi çalışdığım şirkətlərdən birində ixracat şöbəsinin fəaliyyəti ilə bağlı analizləri apardığımız ərəfələrdə Rusiya Federasiyasının, Krım yarımadasını ilhaq elədiyi vaxta təsadüf edirdi. Rusiyaya qarşı kütləvi sanksiyalar tətbiq edilməyə başlandı.

PEST analizə başlamağımız üçün əsas var idi. PEST-in “P”-sı (Political) – Siyasi. Əslində ixracatla məşğul olan şirkətlərin mütəmadi olaraq “PEST” (siyasi, iqtisadi, sosial və texnoloji) analizi aparması, hava və su kimi lazımdır. Necə deyərlər? Sanksiyaların bir ucunun MDB ölkələrinin iqtisadiyyatına da təsir edəcəyi demək idi. Şirkət orta Asiya ölkələrinə (Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan) aylıq ortalama 200 tondan yuxarı məhsul ixrac edirdi. PEST – in, 2-ci hərfi “E”-si (economical). İxrac olunan ölkələrə diqqət edin. Bunlar bir başa Rusiya iqtisadiyyatından asılıdır.Baş verən siyasi proseslərin və sanksiyaların bizim ixracata nə kimi mənfi təsirləri ola bilərdi? Sualına cavab tapmaq idi. Sanksiyaların təsiri ilə Rusiyada devalvasiyanın olacağına və iqtisadiyyatı da bu ölkədən asılı olan ölkələrdə də fəsadını göstərəcəyi qaçılmaz idi. Yəni  həmin ölkələrdə də bahalaşma qaçılmaz hal olacıydı. PEST-in, 3-cü “S”i (sosial) vəziyyətin pisləşəcəyi, bahalaşmanın təsirindən istehlakçı davranışlarına təsir etməklə, müştərilərlə əlaqələrimizə də təsir edəcəkdi. Etdi də.

Burada başqa bir problemlə üzləşdik. Belə ki, ixracat şöbəsinin fərsiz müdirinin yaratdığı maneələr ucbatından analizlərin vaxtı uzandı, bu isə qabaqlayıcı tədbirlərin hazırlanması üçün şirkət real şanslarını əldən buraxmışdı. Əsas da risklərimizi hesablaya bilmədik.O vaxt 1 dollar 30 rubl idi, sanksiyalardan sonra isə 1 dollar 64 rubl oldu.Hər keçən gün də rubl dəyər itirməkdə yoluna davam edirdi. İxracat şöbəsinin əməliyyatları hansı şəkildə apardığını bilmədiyimizə görə, risklərimiz demək olar ki, hər keçən gün artırdı. PEST – analizi sanksiyalarla yanaşı başlatmışdım. 3 ay aparılan araşdırma və analizin nəticələri özünü Noyabr ayında şirkətdə bir bomba partlayışı kimi göstərdi. Bu barədə sonda.

Sahibkar – Görülən işə əbəs yerə boş-boş vaxt itirdiyimizi və faydasız bir iş olduğunu bildirdi. Mən isə bu analizin bizim ixracatla bağlı işlərimizdə baş verə biləcək hər hansı bir riski əvvəlcədən biləcəyimizə və gərəkli tədbirləri görmək imkanı yaradacağını bildirdim. Sahibkar – Tutalım ki, bu analizin nəticələri ilə davrandıq və siz də mənə müştərilərlə əlaqələri qeyri müəyyən vaxta dondurmağı təklif etdiniz. Bəs mənim halım, şirkətin halı necə olacaq? Cavab verdim ki, müştərilərlə əlaqələri tam olmasa da, qismən dondurmaq kimi ehtimallarımız var. Bu dəfə mən sual verdim. Bəs yaxşı, siz analizin cavablarına uyğun davranmayacağınız təqdirdə, müştərilərlə problemlərimiz yaransa və cari sifarişlərdən imtina etsələr necə? Onda nə edəcik? Şirkət daha böyük zərərlərlə üz-üzə qalmazmı? Nəysə. Ağa deyir sür dərəyə, sür dərəyə. Mən də sürdüm.

Marketinq araşdırmalarının nəticələrinə güvənməyərək, analizlərin tam əksinə hərəkət edən ilk sahibkar deyildi. Bildiyiniz, vərdiş halı. Təəssüf ki, şirkət 2014-cü ilin Noyabr ayında 500.000 ABŞ dollarından da çox zərərə uğradı. Rəqəmlər ortalamadı. Necə baş verdi? Rublun birdən birə dəyər itirməsi, bizim müştərilərin şirkətə verdikləri sifarişlərdən imtina etmələri oldu. Səbəb isə fərsiz şöbə müdirinin ağıllara sığmaz “peşəkarlığı” oldu. Bütün sifarişləri şifahi götürürmüş, yəni müştəri zəng edir, bu isə burada sifarişləri hazırladırmış. Bu da belə. Diqqətli olun, bir analizə səthi baxmaq, biganə qalmaq, özü də bu siqnal marketinq departamentindən gəlirsə, şirkətdə nələrə səbəb olur? İllahda ixracat şöbəsinin başında duran qeyri peşəkar biridirsə.

Şirkətlərdə çalışan kadrların İR-rı tərəfindən nəzarətdə saxlanılmaları və dəyərləndirilmələri vacibdir. Yəqin ki, İR sahəsində çalışan dostlar məni başa düşərlər.

Sizin marketinq bələdçiniz..

(166 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here