Reklam daşıyıcılarındakı gizlin şifrələr…

0
150

Sizcə, bazarda yüzlərlə növ və çeşiddə məhsul olduğu halda, insanlar niyə məhz markalaşmış əmtəələri alırlar? Nələrin təsirləri altında məhz markalaşmış əmtəələri almağa qərar verirlər? Reklamlar zamanı nələri əsas aksentə çevirmək lazımdır ki, istehlakçını nəzərdə tutulan markanı almağa təşviq edə bilsin? Bilirsiniz? Elə az büdcəli reklam alətləri vardır ki, onun təsiri ilə satışları ən azı iki dəfə artırmaq olar. Ona görə də real keyslərdən əldə edə bildiyim maraqlı bir reklam nümunəsini sizlərlə paylaşmaq istəyirəm və güman edirəm ki, məqaləni oxuduqdan sonra özünüz artıq fərqli reklam fəndləri barəsində fikirləşəcəksiniz.

Marlboro – Qlobal brendlər arasında ən çox tanınan papiros markalarından biridir, bəlkə də birincisidir. Zamanla tarixdə mövcud olan şirkətlər hansısa kreativ ideaları və fərqli marketinq yanaşmaları ilə biznes proseslərin gedişini dəyişən yenilikləri ilə tarix yazırlar. İlk dəfə olaraq, məhz “Marlboro” sərt karton kağız materialından olan kiçik həcmli qutularda papiros məhsullarını satışa buraxmışdır. Demək olar ki, həmin qutu forması ilk gündəki standartı ilə günümüzdə də mövcudluğunu qoruyur. Hətta bu qutu ölkəmizdəki papiros istehlakçıları arasında “vinçester” adı ilə də məşhurdur. İlkin mərhələlərdə “Marlboro”nun o dövrə görə bazara qəribə  qutu ilə məhsul buraxması, rəqibləri bir o qədər də narahat etməmişdi.

Sən saydığını say, gör fələk nə sayır ? O vaxtlar, papiroslar tez əzilən paçkalarda satışa buraxılırdı, bədbəxtlər hardan biləydilər ki, “Marlboro” bu addımı ilə artıq tarix yazır. Bəs belə bir addımı atmağa nə vadar etmişdi? Uzun araşdırmalardan sonra, kreativ qablaşdırma ilə “Marlboro brendi uzun müddətli marketinq kommunikasiyalarını təmin etdi. Yeni sərt karton qablaşdırmaya qədər papiros çəkənlər, ciblərindəki kağız paçkaları heç vaxt çıxartmazdılar. Elə buna görə də “Marlboro” sərt karton paçka vasitəsi ilə adını reklam etmək şansını əldə edərək daha geniş kütlə arasında tanınmasını təmin edə bildi. Həm də unutmayaq ki, yeniliklər həmişə diqqət çəkir. “Marlboro”nun yeni qabalaşdırması papiros çəkənləri, paçkanı cibdən çıxartmağa vadar edirdi. Ətrafdakılar brendin “Marlboro” olduğunu rahatlıqla görürdülər ki, bu da brendin geniş kütlə arasında tanınmasına və daha böyük ərazilərə yayılmasına səbəb oldu. “WOM” marketinqin (ağızdan ağıza) də rolu böyük idi. Zamanında aşkarlanan və tətbiq edilən reklam aksentləri həmişə işə yarayıb və uzun müddət də belə davam edəcəyinə şübhə etmirəm. Ona görə ki, bu cür reklam aksentləri və daşıyıcıları ilə istənilən istehlakçı kütləsinin nəbzini tutmaq olur. Ümid edək ki, zamanla bizim bazarda da bu cür aksentli reklam daşıyıcılarına rast gəlinəcək və özümüzün reklam məktəbimiz formalaşacaqdır.

Sizin marketinq bələdçiniz…

(183 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here