Əşşi, nə tafootu var bunun? səs hardan gəlir, burdan eşit, burdan da oyna da

0
151

Ara sıra reklam haqqında məqalələr yazıram. Bu dəfəki məqaləmdə reklamla bağlı qarşılaşdığım fikirləri, yaranmış sualları cavablandırmağa çalışacam. Reklam barəsində tez – tez eşitdiyimiz və qarşılaşdığımız fikirlər var – reklam satışların artımı üçün əvəzsizdir, reklam olmazsa satışlar olmaz, məhsulu satan reklamdır və s. olsun, nə deyirəm? Bu dəfə isə mən təcrübədən qazandığımı yazıram. Məhsulu satan reklamdır – mən bu fikirə yox deyirəm, yox, yox, bir daha yox.

“Məhsulu satan reklam yox, əksinə reklamda məhsulu satan marketerdir”.

 “Əgər siz özünüzü müştərinizə çevirə bilmirsinizsə, yaxşısı budur siz reklam biznesini tərk edin”- Leo Barnett

Bizim reklamçılar niyə hər zaman ciddi layihələri tuta bilmirlər? Ona görə ki, bütün işləri reklam xidmətini təklif edən şirkətlərin başında duran şəxslər özləri icra etməyə çalışırlar. Marketer olmadan, ondan bir kəlimə belə soruşmadan, sadəcə illərin təcrübəsinə güvənərək yanlış addımlarını iri-iri atırlar. Nəticələr isə göz qabağındadır. Unudulan odur ki, reklamçılarımız reklamın əsas müştəriləri barəsində düşünmürlər belə. Bilməkdə faydalı olan odur ki, reklamın müştərisi  reklamı sifariş verəndən daha qəliz və çətin biridir.

 Reklam prosesində – 3 tərəf iştirak edir.

  • Sifarişçi
  • Reklamçı
  • Reklam kimin üçündürsə, o

Burada başqa bir sual çıxır – belə olan halda “müştəri” deyə kimi adlandırmalıyıq? Təbii ki, reklamın əsas müştərisi onu sifariş verən yox, kimin üçün təyin edilibsə odur, yəni reklamın əsas istehlakçısı.

Uğurlu reklamın təminatı – reklamçılarımızın istehlakçıları yaxından tanımalarından çox asılıdır. Ancaq nə yazar ki, reklamın istehlakçısı kimin nəyinə lazımdır? Reklamı istehlak edəcək şəxsdən soruşan yoxdur ki, səni nə maraqlandırır? Nə istiyirsən? Ümumiyyətlə reklam barəsində nə düşünürsən? “Bəyin oğurlanması” filmindəki rejisor personajını xatırlayırsnız yəqin, kənd camaatını süni olan ssenari ilə, filmin çəkilişinə cəlb etmək istəyirdi. Hətta, kolxoz sədri də bu işdə ona yardımçı olmaq üçün cəhdlər edirdi.  Məncə sədrin dediyi yerinə düşər, “Əşşi, nə tafootu var bunun? səs hardan gəlir, burdan eşit, burdan da oyna da “ mənə görə belə düşünərək, istehlakçıları qıcıqlandırmaq risklidir. Hesab edirəm ki, “tafootu çoxdur”. Gəlin bir onun özündən soruşaq.

  • Reklamlar – sevdiyim filmlərə baxdığım zaman mane olur.
  • Sünilik çoxdur
  • Çox tez əsəbləşirəm və s.

Bəs yaxşı, reklamın istehlakçısını qane edən tərəfləri necə, var? Gəlin yenə özündən soruşaq. Baxdığınız reklamlarda diqqətini çəkən tərəf heç yoxdur? Bir məhsulun alışına qərar verməzdən əvvəl onun barəsində məlumatlara sahib olmaq istəyir.

Bəs yaxşı, başqa nə? Yenə də reklam istehlakçımızdan soruşaq.

O, reklamda təqdim olunanı anında qavramaq istəyir. O, istəyir ki, reklam onunla ünsiyyətdə olsun və onu başa düşsün.

Gəlin başqa bir şey soruşaq.

Reklamda nəyi görmək istəməzdi? Reklamlar zamanı özünü axmaq kimi hiss etmək. Məncə reklam istehlakçımızla razılaşsaq daha düzgün seçim olardı. Ona görə ki, zamanla əksəriyyətimizi “axmaq” yerinə qoymağa çalışan reklam çarxları yüzlərlədir. Əslində bunu əksəriyyət reklam agentlikləri anlayırlar. Hətta bir müddət əvvəl facebook səhifəmdə bir reklam çarxı barəsində status paylaşmışdım. Qısa yazacam – sən demə mənzil almaq üçün mən və yaxud başqa mənzil istehlakçıları  iqtisadçı olmalıdır. Mən reklamda çəkilən tərəfi yox, belə bir reklam süjetini yazanı və bunun üçün çəkilişlər aparan şəxsi çox qınayıram. Bu absurddan başqa bir şey deyil. Tutalım ki, mən iqtisadçı deyiləm, ancaq mənzil ala bilmək üçün kifayət qədər pulum var. Nəysə çox uzatmayım. Yəqin ki, dostlar məndən inciməzlər. Unutmayaq ki, insanlar çox nadir hallarda reklam vasitəsinə müraciət edirlər. İstehlakçı reklama diqqət etdikdən sonra məhsulun axtarışına başlayır. Müşahidələr zamanı müəyyən olunmuşdur ki, əslində reklamın özündə nəsə reklam olunursa, alıcıların həmin məhsulu almalarına mənfi təsir göstərir. Belə ki, reklamın öz istehlakçısı ilə razılaşdırmadan reklam məhsullarının ortaya çıxması. Belə bir yerdə, təklifim olacaq. Dostlar, reklam məhsulları üçün heç olmazsa foks qruplar təşkil edin. Online, offline və s. Bundan başqa şirkətlərinizdə “istehlakçılar üzrə ekspert”, ya da sadəcə marketer vakansiyası açın və imkan verin adam iş görsün. O, bilir nə edir. Bəhrəsini mütləq görəcəksiniz.

Sizin marketinq bələdçiniz..

(119 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here