Sual: Brendin adı və şüarı nə qədər vacibdir?

0
428

Bir çox uğurlu brendlərin – istehlakçılara təsir edən adları və şüarları var. Bu isə başlıca olaraq strateji mövqelənmə ilə bağlıdır. Misal:

Apple – Think different

BMW – Sheer Driving Pleasure

Lego – The best is never too good

Lexsus – The Pursuit of Perfection

Mercedes – The Best or Nothing

Hə, necədi? Bəyəndiniz? Az da olsa şüarların təsiri altına düşdünüz?

Brendinq məsələsində ən başlıca amil bilirsiniz nədir? Konsepsiyanı bütünlüklə, brendin adına və şüarına sığdırmağı bacarmaqdır. Brendin adı və şüarı  uğurlu gələcəyinin tək zəmanətidir. Əgər  bunu bacarsanız, həqiqətən də böyük nailiyyətlər sizin olacaq. Məhz elə buna görə də brendin adı (naming) seçimində çox diqqətli olmaq lazımdır. Bunun səbəbini misallarla  izah edəcəm. Zamanla piştaxtalarımızda qarşımıza tez – tez çıxan məhsullar var. Xüsusilə də yerli istehsal olan qida məhsulları. Birdə oxuyursan ki, belə bir söz yazılıb: Əsl alman keyfiyyəti; Ən dadlı; Yeganə istehsalçı və s. kimi şüarlarla rastlaşırıq. Belə yanaşma əvvəldən sonadək yanlışdır. Adama sual verərlər – Əgər şüarın belədirsə, bəs niyə səni tanımıram? Niyə brend deyilsən? Niyə insanlarımız sənə görə izdiham yaratmırlar? Buna nə markalaşma demək olar, nədə ki, nə bilim? Adını siz verin.

Sizə kiçik bir məsləhət, əgər üzərində işləmiş olduğunuz ticarət markasını gələcəkdə hansısa bir ölkəyə ixrac etməyi planlamırsınızsa, öz yerli adlarımızdan marka adı kimi seçə bilərsiniz. Yox, əgər ixracat nəzərdə tutulursa, onda mütləq şəkildə linqvistik araşdırma vacibdir. Yəni markanın adında (ç, ə, ü, ö, ş) hərflər olmasın. Əks halda xarici bazarda mövqelənməniz mümkün olmayacaq, yerli istehlakçılar sizləri qəbul etməyəcəklər. Türkiyə brendi olan Arçelik kimi. Yəqin bilirsiniz, “BEKO” məhz “ARÇELİK” brendidir və şüarı da “Bir dünya markası” dır. “ARÇELİK” brendinin dünya bazarına “BEKO” adı ilə çıxmasına səbəb “Ç” hərfi oldu. Belə ki, əvvəlcə avropa bazarına “ARÇELİK” adı ilə çıxdı və tez bir zamanda da necə deyərlər? burnu daşa dəydi. İstehlakçılar “Ç” hərfinə görə markanın adını tam deyə bilmirdilər. Uzun sözün kəsəsi, elə bu səbəbdən də hamı tərəfindən tələffüzü asan və heç bir yanlış anlama gəlməyən “BEKO” brendi yarandı. BEKO (BE=Bernar , KO=Koçyəhudi əsilli və türk əsilli iş adamlarının ortaq brendi kimi dünya bazarlarına ixrac olunur.

      Linqivistik analiz etməməyin fəsadları:

  • Mitsubishi Pajero (İspancada – şillə vurmaq)
  • Fiat Uno (Fin dilində – avam)
  • Lada Nova ( İspancada – getmiyən bir şey)

Hə, necədi? Dilimizdə bu cürə məna verən əmtəələrə sahib olmaq istərdiniz? Məncə yox, elə mən də. Özünüz şahidi oldunuz ki, linqivistik analiz aparılmadan, ixrac olunan ölkələrdə bir brendin adının təsir gücü nə qədər əks effket verə bilər. Elə buna görə də ticarət markası üçün seçilən adların və marka şüarlarının strategiya ilə uzlaşmasına maksimum səy göstərin. Ən əsası isə hər zaman istehlakçılarınızın ehtiyaclarını prioritet tutun.

Sizin marketinq bələdiçiniz…

(167 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here