Sən saydığını say, gör istehlakçılar nə sayırlar?

0
48

İstehlakçı davranışları 20-ci əsrin sonlarından başlayaraq, inkişaf etmiş şirkətlər tərəfindən mütəmadi olaraq araşdırılır, təhlil edilir. İlk dəfə istehlakçıların araşdırılması məsələsi ABŞ şirkətləri tərəfindən həyata keçirilməyə başladılmışdır. Günümüzdə isə demək olar ki, öz hədəf kütlələrinin istehlak davranışları dünya miqyaslı şirkətlər üçün ən prioritet məsələlərdəndir. Bəs buna səbəb nədi? Səbəb şirkətin özünün gələcək gəlirlərini öz hədəf kütlələrinin dəstəyi sığortalamaq və bizneslərinin gələcəyini təmin etməkdir. Necə deyərəm, “məhsulunu ən effektiv şəkildə sata bilənlər, öz müştərilərini ən yaxşı şəkildə tanıyanlardır”.  Keçmiş Sovet məkanında isə istehlakçıların xüsusi olaraq araşdırılması məsələsi, Rusiya Federasiyasında daha aktualdır. Ancaq təəssüflər olsun ki, yerli şirkətlərimizdə belə bir yanaşma tərzi ilə çalışanlar demək olar yoxdur. Hədəf kütlələrin ehtiyaclarının araşdırılması və təhlili, bazara məhsul təklif edən şirkətlərə istehlakçıların davranışlarındakı dəyişikliklərə anında reaksiya verə bilmələrini və marketinq fəaliyyətlərinin məhsuldarlığını artırmaq imkanlarını artırır. İstehlakçılarını təhlil etməyən şirkətlər, hədəf kütlələri hesab olunan seqmentin ticarət nöqtələrində nə vaxt? və hansı qərarları? verəcəkləri bir çox hallarda onlar üçün naməlum olaraq qalır. Ancaq daimi olaraq istehlakçılarını nəzarətdə saxlayan və təhlil edən şirkətlərdə isə tam əksidir. Belə ki, bu cür şirkətlər istehlakçılarının bütün istək və tələblərini dəqiq araşdırır, onlarla bir növ dostlaşaraq özünün sadiq müştəri kütləsini formalaşdıraraq şirkət barəsində müsbət obrazın yaranmasına nail olur. Bu isə bir şirkət üçün böyük uğurdur. Müştərilərinin qeydinə qalmayan, onların qayğısını çəkməyən, müştərilərinin istək və ehtiyaclarını heçə sayan şirkətlərsə gec ya da tez iflasa doğru addımlarını atmış olurlar. Bilirsiz, kim nə deyirsə desin. Şirkətlərimiz böhrandan sonra belə mövqelərini hələ uzun müddət istehlakçılara qarşı dəyişməyəcəklər. Etiraf edirəm ki, ilk devalvasiya baş verəndə düşündüm bəlkə şirkətlərimiz artıq istehlakçılara yönəlik buraxmış olduqları yanlışları düzəldərlər. Ancaq sən saydığını say, gör şirkətlərimiz nə sayır. Olmadı, heç tərpənmədilər də. Devalvasiyanın ilk günündə, saat 12:00-a qədər yerindən duran məhsulların qiymətini qaldıraraq, bir anın içində istehlakçılara qarşı olan qeyri – səmimi münasibətlərini də göstərmiş oldular. Şirkətlərimiz isə belə bir yanaşmaları ilə heç ağıllarına da gətirmədilər ki, qərarları ilə bir başa istehlakçıların gələcək davranışlarına təsir edirlər. İndidə düşüblər küçələrə, satışların düşməsindən şikayət edirlər. Bu dəfə isə sən saydığını say, gör istehlakçılar nə sayırlar? İndi bildiniz niyə ölkəmizdə brendinq inkişaf etmir? Ona görə ki, brendinq prosesi bir başa istehlakçıların maraqlarını güdən bir prosesdir. Bu prosesə isə hələ çooooox şirkətlərimiz riayət etmirlər.

Sizin marketinq bələdçiniz…

(92 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here