Əslində bu məqaləni yazmağıma səbəb, telekanallardan birində belə bir ifadə eşitdim. Sahibkarlar iqtisadiyyatın xilaskarıdır, tamamilə razıyam. Bu sözlərdən sonra gözlədim ki, bu fikiri söyləyən dahi az da olsa izah verə. Həmişəki kimi yarımçıq fikirlər və son. Bilirik ki, ölkəmiz artıq ikinci ilə ciddi iqtisadi problemlər keçdi və hamımızda bundan nəsibimizi alırıq.  Bəs yaxşı, sahibkarlarımız hansı şəkildə və necə xilas edici ola bilərlər? əvvəlcə sahibkarlarımızın neçə tip olduqlarına baxaq. Mən təcrübəmdə rastaşdığım tiplər haqqında yazıram. Sahibkarlarımız 2 qisimdir. Birinci qisim konservativ sahibkarlar, ikinci qisim qismən konservativ və qismən də idealara açıq olanlar.

Birinci qisim – Son dərəcə konservativdirlər, özlərindən və öz idealarından başqa heç kəsi bəyənmirlər. Tənqidi fikirləri heç qəbul etmirlər. Sanmıram ki, bu tip sahibkarlar iqtisadiyyatı xilas edə bilərlər. Adam birmənalı olaraq o dünya ilə əlləşir. Bu tip sahibkara biznes krediti ayırmaq mənə görə çox riskli olar. Bilirsiniz niyə? Ona görə ki, türklər demiş: “Bir çuval inciri bərbad edər” nə verilən krediti zamanında ödəyər, nədə ki, işlərini inkişaf etdirər. Belə adamların, şirkətin xilası olan kadrları işdən necə çıxartdıqlarının şahidi olmuşam. Başa düşürsünüzdə bu nə deməkdir. Bu cür sahibkarlarla şirkətin ixracat siyasətini qurmaq isə son dərəcə çətin və hətta keçilməzdir. Motivasiya isə riyaziyyat elmində “0”dan aşağı nədirsə bax odur. Bir sözlə şirkətin anası ağlar qalır.

İkinci qisim – Birinci tip sahibkarlardan elə də böyük %-lə fərqlənmirlər. Qismən yazsam yerinə düşər. Bu qisimdən olan sahibkarlarla çox yüksək faizlə olmasa da bəlli bir işləri, bəlli yerə qədər aparmaq olar. Ancaq bəlli yerə qədər.Buna da şükür deyək.

Bəs xilaskarın özünü xilas edəcək xilaskar kimdir?

Adı gözəl və özü gözəl olan marketer. Çox uzun yazmayacam. Deməli 2 il əvvəl bir şirkətdə çalışırdım. Təhvil – təslim zamanı bəlli oldu ki, mən kamikadze kəməri geyinib özümü ölümün qucağına atmışam. Yanlış istehsal planlaması və yanlış satış proqnozları ucbatından, anbarda 930 ton məhsul yığılıb qalmışdı. Məhsulun isə istehlak müddəti hər keçən gün azalmaqda idi. O vaxtlar Ruslan Eminli ilə birlikdə çalışırdıq. Sağ olsun, çox dəstəyi oldu. Nəysə, bu 930 tonun canına necə düşdüksə, həmin ilin avqustunda anbarda qalan məhsulun həcmi 12-15 ton idi. Mənim üçün çox böyük təcrübə oldu. Eyni ilə də başqa şirkətlərdə tanıdığım güclü və istedadlı marketerlər vardır ki, inanın dağı yerindən oynadarlar. Aqşin RəhimovRosko kolbasalarının brend meneceri, Əli İbrahimov – Lafarella, Doymak və s. markaların brend meneceri, Müşfiq Azəryar – “Сладок”“Сладёна” kimi markaların brend meneceri və s. baxın belə təcrübəli həmkarların timsalında tam məsuliyyətimlə yazıram ki,  sahibkarların xilaskarı məhz təcrübəli və uzaq görən marketerlərdir.

Sizin marketinq bələdçiniz…

(144 dəfə baxılıb)