Brendinq təlimim barəsində qısa hesabat

0
50

Ölkəmizdə baş verən böhran – brendinqin əhəmiyyətini nəzərə çarpacaq dərəcədə üzə çıxardı. Elə buna görə də zamanla brendinq proseslərinin qurulması və idarə edilməsinə yönəlik təlimlərin keçirilməsinə təşəbbüs göstərən dostlara və  təlim şirkətlərinə dəstək olmağa çalışıram. Ən əsası isə mən kimlərəsə nəyisə öyrətməyə yox, sadəcə 11 il ərzində qazandığım təcrübəni paylaşıram. Bu cür təlimlərdən biri də 13.03.2016 – cı il tarixində “HEADWAY LANGUAGE & DEVELOPMENT”in ofisində, “BRENDİNQ və MƏRHƏLƏLƏRİ” adlı maraqlı təlim baş tutdu. İştirakçılarla birlikdə brendinq prosesində baş verən açıq və qapalı bir çox məqamlara toxunduq. Təlim zamanı həm özümün tərəfimdən işlənmiş və hələ də mövcudluqlarını qoruyan markalar barəsində, həm də digər yerli markaların reputasiyası və şirkətlərin brendinq istiqamətində apardıqları işlər müzakirə mövzularından oldu. Təlimdə toxunduqlarım aşağıdakılardır:

  • Əmtəə nə vaxt brend hesab olunur?
  • Nələr brend deyil?
  • Brend nədir?
  • Brendinq nədir?
  • Marka üçün hədəf kütlənin müəyyən edilməsi
  • Marketinq araşdırmaları
  • Brend imicinin yaradılması
  • Brendin idarə olunması strategiyası
  • Brendi tanıtma
  • Brendin monitorinqi və effektivliyinin qiymətləndirilməsi
  • Ədəbiyyatlar

Siz də brendlərin necə yarandığını və necə idarə olunduğunu bilmək istəyirsinizsə, zamanla özünüzü inkişaf etdirəcək təlimlərə qoşulmağı tövsiyə edirəm. Ara sıra mənim də apardığım təlimlərin qapısını döyün və qonağım olun.

Sizin marketinq bələdçiniz…

(216 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here