Satışlara innovativ yanaşılma və tədarükçülərə şəraitin yaradılması prinsipləri (4-cü yazım )

0
441

Bu yanaşma ilə marketerlər alıcıları, məhsulu almağa təşviq edir və eyni zamanda da alıcıların zövq, istək kimi ehtiyaclarını da müəyyən etmiş olurlar. Misal: Əl silən kağızlar istehsal edən şirkət bazara eyni vaxtda iki marka buraxır – kağızlardan biri möhkəm, cırılması çətin olan. Digəri isə – çox yumşaq. Bəs necə etmək lazımdır ki, şirkətin satışları artsın? Sadə izah – şirkət yeni məhsullardan test etmək imkanını alıcılar üçün təmin etməklə. Əgər marketerlər məhsulları hiss edə bilmələri üçün alıcılara fürsət verirlərsə, həmin məhsulun satılmamaq kimi ehtimalları çox azdır. Belə ki, alıcılar tanımadıqları markaları və ya məhsulları böyük həcmdə almaqdan ehtiyat edirlər. Şirkətlər güvən qazana bilmələri üçün belə addımlar atsalar daha uğurlu və faydalı olar. Başqa bir misal – düşünün ki, siz tozsoran satırsınız. Ancaq tozsoranlar standart olaraq karton qutudadırlar. Satdığınız əmtəə də çox güclüdür, bəs nə edək? Mənim fikirimcə bu tozsoranlardan istifadə qaydalarını elə yerindəcə alıcılara (shopper)lərə test etdirməklə satışlara ciddi mənada dəstək olmaq olar. Alıcı məhsulun gücünü və imkanlarını, texniki passportdakı imkanlarını  birmənalı olaraq özü test edib, hiss etməlidir. Bu alıcının (shopper)in məhsula qarşı arxayınlıq və güvən hissini təmin edir. Başqa bir misal: Baku Electronics`də telefonların maqnitli cihazlara qoşulu və menyularının açıq şəkildə alıcılara təqdimatı da (shopper marketing) dir. Əziz satıcılar və marketerlər, məhsulunuzu hiss edə bilmələri, dada bilmələri üçün alıcılara yaxın olun.

Alıcılar da bəzən hiyləgər davranırlar. Onlar harasa getməzdən əvvəl, həmin ticarət nöqtəsindəki məhsul çeşidləri, qiymətləri ilə bağlı internet üzərindən araşdırma aparırlar. Yəni məhsulları ən aşağı qiymətə harda əldə etmək olar? Hansı yerlərdə aksiyalar var? və s. Necə ki, ABŞ-da “Walmart”a getməzdən öncə online araşdırma aparırlar. Səbəb marketin hədsiz böyük olmasıdır. Belə ki, onlar bu yolla nələri alacaqlarını online müəyyən edirlər, səbəb həmin məhsul kateqoriyalarının piştaxtalarının yerlərini, satıldıqları şöbələri dəqiqləşdirirlər. Eyni zamanda da online və market qiymətləri eyni olmalı, hər hansı bir aksiya keçirilirsə saytda, sosial şəbəkələrdə mütləq paylaşılmalıdır. Eyni zamanda da sosial şəbəkələrdə paylaşılan kampaniyalar barəsində mağaza və ya marketlərdə çalışanlar xəbərdar olmlıdırlar. Əks halda alıcı ilə ciddi problemlər qaçılmaz olacaq.

Tədarükçülərə şəraitin yaradılması prinsipi

Tədarükçülərin ümumi bir məqsədləri var – satışları maksimum artıraraq, pul qazanmaq. Təbii ki, onların satışlarının və gəlirlərinin artımı, marketlərin, mağazaların və s. ticarət nöqtələrinin də gəlirlərinin artımı deməkdir. Ona görə də tədarükçü şirkətlərə, ticarət nöqtələrində alıcılara yönəlik aksiyaların və ya tədbirlərin keçirilməsində yardımçı olsalar hər iki tərəf üçün faydalı və gəlirli olacaqdır.

Bununlada “shopper marketing” barəsində olan məqaləmi yekunlaşdırmış oldum. Ümid edirəm ki, sizləri nə yordum, nə də ki, bezdirdim. Necə deyiblər? Göydən üç alma düşdü – biri mənim, biri oxuyanın, biri də sadəcə maraqlananın.

Sizin marketinq bələdçiniz…

(140 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here