Son dərəcə maraqlı, hətta mən deyərdim ki, macəra dolu vasitə, effetktiv marketinq alətlərindən biridir. Əvvəlcə sizlərə (ritail) riteyl barəsində qısa məlumat vermək istəyirəm. Əksəriyyət riteyl (ritail) sözünü bir çox hallarda doğru anlamır və bu anlaşılmazlıq da gətirib yanlış qərarlar verməyə səbəb olur. Bəs yaxşı, “ritail” nədir? Burada türk dilində sevdiyim sözü yazmalı olacam.

Riteyl – Son tükəticilərə (istehlakçılara) məhsulları kiçik həcmlərlə satmaq konsepsiyasıdır. Bəs riteylin məqsədi, qayəsi nədir? Belə ki, müştəri yaxınlıqdakı marketə və ya mağazaya gedib, şəxsi istehlakı üçün məhsulu əldə etməsini təmin etməkdir. Məhsulların düzgün şəkildə düzülüşü, istehlakçıların diqqətini çəkmək üçün başlıca rola malik olduğu qədər, istehlakçıların davranışlarına ciddi təsir etmə gücünə malikdir. Məhsulların vitrinlərdə düzgün təqdimatı istehlakçı şüuraltı konstruksiyasında, pozitiv mövqe tutmasına təsirləri var. Belə ki, bütün bunların hamısını formalaşdıran marketinq aləti – merçandayzinqidir.

Merçandayzinq – ticari məkanda, vitrinlərdə təmsil edilən marka və məhsullara tələbatı formalaşdıran və müxtəlif komplekslərdən ibarət olan xüsusi texnologiyalar toplusudur. © Famil Alməmmədov

Merçandayzinq  özü də, böyük qardaşı marketinq kimi çox zəngindir. Merçandayzinqin bir neçə növü var. Onlardan biri də oxuduğunuz “cross merchandising” dir.

Bəs “cross merchandising” in qayəsi nədir?

Fərqli kateqoriyaların məhsulları yanaşı düzülür və marketə gələn alıcı evində qərarlaşdırdığı məhsulların alış-verişini etdikdən sonra, planlaşdırmadığı başqa məhsulları da almasına  təsiredən  marketinq mexanizmidir.

Misal – Müştəri marketə çay almağa gedir, çayı səbətə qoyduqdan sonra nəzəri, çay vitrininin yanındakı mürəbbə düzlüşü olan vitrinə yönəlir və bunun da təsirindən mürəbbə almağa qərar verir. Bu artıq nədir? bəli düz tapdınız – “cross merchandising” – dir.

Bu metodun təsiri ilə, istehlakçılar özləri də bilmədən planlaşdırılmayan alışları edirlər. Ötən məqalələrimin birində impulsiv alışlardan yazmışdım. İmpulsiv alış prosesinin baş tutmasına təsir edən başlıca faktor məhz bu xətakar, “cross merchandising”- dir.

  • Bir birinə yaxın və yaxud bir birini tamamlayan məhsullarla yanaşı düzülürlər. Misal: makaron – souz, çay – qənd, qadın çantası –ayaqqabı, kişi ayaqqabısı – ayaqqabı kremi, ayaqqabı fırçası – ayaqqabı kremi, dəftər – qələm və s.

Satıcı – müxtəlif kateqoriyalı və bir birilərini tamamlayan məhsulları birləşdirməklə ciddi gəlirlər əldə edir.

  • “Cross merchandising”

Satıcıya böyük gəlirlər gətirməklə yanaşı, eyni zamanda da alıcılar üçün də faydalıdır. Necə? Belə ki, “Cross merchandising” alıcılara bir birinə yaxın olan, istehlak və ya istifadə zamanı bir birini tamamlayan məhsulları tanımaq imkanını yaradır. Marketdə, mağazada boşuna itirəcəyi zamana da qənaət etmiş olur.

Əlavə misallar:

  • Mobil telefon vitrinlərinin yaxınlığında mütləq qaydada, çexolların olması
  • Note book – siçan
  • Benzin doldurma məntəqələrində – benzinin keyfiyyətini artıran qatqılar

İzahlı bir misal:

Aysel, gödəkçə almaq üçün geyim mağazasına daxil olur. Bəyəndiyi gödəkçə isə maniken üzərindədir. Ancaq Aysel eyni zamanda da maniken üzərində, gödəkçəni tamamlayan şalvarı, koftanı, çantanı və ayaqqabını da görür və bunun da təsirindən ya bunların hamısını almağa qərar verir, ya da gödəkçəni tamamlamaq üçün ən azından çantanı da alır. Diqqət edin, satıcı eyni zamanda Ayselin gödəkçəyə ən uyğun olan aksessuar seçimində də yardımçı oldu. Bəlkə də Aysel gödəkçəni almağa qərar verdiyi zaman artıq, bu gödəkçəyə uyğun çantanı haradan tapacağını da fikirləşirdi. İndi özünüz şahid oldunuz ki,  “Cross merchandising” satıcının gəlir əldə etməsinə, alıcının isə vaxtına qənaət və zövqlü seçiminə yardımçı oldu. Necə deyərlər alan razı, satan razı.

To be continued…

Sizin marketinq bələdçiniz…

(228 dəfə baxılıb)