“Cross marketing” nədir? satışlara təsir faktorları

0
51

Bizneslər durmadan cari müştərilərin əldə qalmaları, yeni bazarların və yeni müştərilərin axtarılması üçün müxtəlif alətlərdən istifadə edirlər. “Cross marketing” bu istiqamətlərdə əvəz olunmaz marketinq silahıdır. Belə ki, kross aksiyalar vasitəsi ilə iki tərəfdaş şirkətin qarşılıqlı əlaqələri ilə bazarda daha effketiv və uzunmüddətli işlər görmək mümkündür. Sual versəniz ki, bu münasibətlərin “cross marketing”lə nə əlaqəsi? Yaxşı sualdır. Cavab olaraq deyirəm ki,  kross aksiyanın tərifi elə bu qarşılıqlı əməkdaşlıqların nəticəsində yaranıb.

Bəs yaxşı Cross marketing – nədir? İki və daha artıq şirkətin qarşılıqlı əməkdaşlıqları ilə bir-birini tamamlayan xidmətlərin və ya məhsulların birgə inkişaf etdirilməsini təmin edən yeni marketinq fəaliyyətidir.

“Cross merchandising” məqaləmi oxuyanlar unutmayıblarsa, burada düzülüşlər zamanı satılması nəzərdə tutulan eyni qrup məhsulların bir birini tamamlaması barəsində yazmışdım. Kross aksiyalarda da bənzəri tərəflər var. Ancaq burada məhsullar və ya xidmətlər bir çox hallarda eyni qrupdan olmurlar. Fərqli şirkətlər, fərqli xidmət və məhsullar. Bunları qarışdırmamağınız məsləhətlidir.

“Cross marketing”in şərtləri:

  1. İmkan daxilində məhsul və ya xidmətlərin bir-birini tamamlaması
  2. Kross aksiyalar keçirildiyi zaman cinslərin, yaş kateqoriyalarının nəzərə alınması vacibdir: Misal- keçirilən aksiyanın ancaq uşaqlara yönəlik olması, ya sürücülərə yönəlik, ya tələbə qızlar və s.
  3. Kross aksiyalar zamanı çox sayda şirkətlərlə əməkdaşlıq etməyə dəyməz. Bunun faydalı tərəflərindən başqa, zərərləri daha çox ola bilər. Ona görə ki, keçirilən hər aksiyanın sonunda hesabat durur. Bunu nəzərə almaqda fayda var. İki və ya bir neçə tərəfli aksiyalarda iştirak etmək üçün maksimum 3 şirkətlə əməkdaşlıq etmək olar.
  4. “Cross marketing”də ən vacib məsələ, reklamları nəzərdə tutulan məhsullar arasında rəqabət olmamalıdır.
  5. Kross aksiyalar ödənişli tədbirdir. Aksiyada nəzərdə tutulan iki məhsul və ya xidmətlərdən biri ödənişli, digəri isə bonus ya da hədiyyə şəkilində təqdim olunmalıdır. Əks halda kross aksiya hesab olunmur.

Kross aksiya tədbirləri zamanı qiymətləndirməyə maksimum dərəcədə ehtiyatlı yanaşılmalıdır. Belə ki, təklif olunan məhsul və ya xidmətlər qiymətlərinə görə bir birindən bir o qədər də fərqlənməməlidir.

Misal: Aksiya zamanı siz müştəriyə elit məhsul təklif edirsinizsə, onun üzərində nəzərdə tutulan hədiyyə məhsul və ya xidmət də elit qiymətlər kateqoriyasına daxil olan məhsul, ya da elit xidmət qrupundan olmalıdır.

“Cross marketing” aksiyası keçirilməzdən əvvəl müəyyən edilməlidir:

  • Aksiyanın keçirilməsi hansı hədəf kütləsi üçün nəzərdə tutulur?
  • Sizə tərəfdaşlıq edəcək şirkətin bu aksiyaya getmək və ya da dəstək olma kimi imkanları var mı?
  • Aksiya üçün hədəfdə olan kütlənin tələbləri nələrdir? və s.

Kross aksiyasını əvvəlcədən yaxşı reklam etmək lazımdır. Elə olmaldır ki, bu aksiya barəsində ilk öncə şirkətlərin hədəfində olan müştərilər məlumatlandırılsınlar. Bununla yanaşı reklam elə bir şəkildə təşkil olunmalıdır ki, hər iki tərəfin maraqları sadə və açıq şəkildə təmin edilsin.

“Cross marketing” in üstünlükləri

  • Reklam xərclərinə qənaət (ona görə ki, xərclər bir neçə şirkət arasında bölüşüdürülür)
  • Fərqli biznes sahələrindəki şirkətlərlə uzunmüddətli əlaqələrin qurulması imkanları
  • İstehlakçıların kross aksiyalara tez reaksiya vermələri, çünki belə aksiyalardan 2 qat yararlana bilirlər
  • Aksiyadan sonra nəticələrin tez əldə edilməsi
  • Birgə keçirilən kross aksiyalardan daha çox effketivliyin əldə olunması
  • Xidmət və ya məhsul çevrəsinin genişlənməsi
  • Brendlərin inkişaf üçün mühim şəraitin yaranması
  • “Cross marketing” vasitəsi ilə bazarda şirkətin reputasiyasının yaxşılaşması

Əslində bir çoxlarınız “cross marketing” tədbirləri ilə günlük həyatınızda da rastlaşırsınız. Ona görə də bu barədə məqalə yazıb sizlərin daha geniş məlumatlı olmağınızı istədim.

Misal 1: Siz 2lt həcmində olan “Coca-cola” alırsınız, açılan qapağın altından uduş şifrəsi çıxır və siz həmin şifrəni nəzərdə tutulan operatora sms halında yollayırsınız və cavab olaraq nəzərdə tutulan kampaniyaya uyğun olan aksiyadan 10 dəqiqəlik danışıq, ya 100 pulsuz sms, ya 30 mb internet trafiki udursunuz. Baxın bu iki şirkətin birgə fəaliyyəti ilə keçirilən aksiyaya qoşulmaqla özünüz “cross marketing”in iştirakçısına çevrilirsiniz. Bundan başqa siz hər iki şirkətə də qazanc vermiş olursunuz.

Misal 2: Avtosalonlardan avtomobil alındığı zaman, 3 illik kasko sığorta paketinin hədiyyə kimi əldə edilməsi də “cross marketing”dir. Burada da hər iki tərəf qazanc əldə etmiş olur.

Misal 3: Mobil telefon satan mağazalarda, telefon alan müştərilərə hədiyyə nömrə + 5 manatlıq pulsuz danışığın hədiyyə edilməsi də “cross marketing”dir.

Yekun olaraq – Kross aksiyalar zamanı nəzərə alınması olan vacib nüanslar.

  • Partnyorlarla qarşılıqlı anlayışın olması
  • Korss aksiyalar zamanı reklam kampaniyalarının keçirilmə şərtlərinin partnyor şirkətlə razılaşdırılması
  • Xərclər barəsində qarşı tərəfi şəffaf informasiya ilə təmin etmək və s.

Xüsusi qeyd: Effektivlik ancaq bir halda ola bilər. Belə ki, “Cross marketing” də hər iki tərəfin dərin və birgə düşünülmüş strateji yanaşmaları olduğu halda aksiyalar mükəmməl nəticələr verə bilər.

Sizin marketinq bələdçiniz…

(293 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here