Dual branding (Sən mənim üçün, mən də sənin üçün)

0
470

İki qat brendinq (dual branding) kənardan çətin görünsə də, əslində çox rahat və asan başa gələn brend marketinq strategiyasıdır. “Dual branding” nədir?  – Bazarda reputasiyaları olan, iki və ya bir neçə tanınmış şirkətlərin qarşılıqlı razılaşmaları, siyasi dildə yazsam – koalisiyalarıdır.

Belə koalisiyalardakı hədəf – pərakəndə bazarlarda satışda olan məhsulların faydalı və sərfəli şəkildə istehlakçılar tərəfindən əldə olunmasını təmin etməkdir. Fikirimə geniş izah yazmazdan əvvəl, diqqətinizi başqa yönə çəkmək istəyirəm. Məqalələrimi ardıcıl oxuyanlar bilirlər, yazdığım bloqpostlar arasında hər zaman bir bənzərlik, bir ardıcıllıqlar var. Belə ki, “dual branding” məsələsini daha yaxşı anlamaq istəyirsinizsə, onda bir zəhmət çalışın iki məqaləmi də təkrar oxuyun. Oxumamısınızsa, oxuyun. Bu məqalənin (cross  marketing  və  cross  selling`) sıx bağlılıqları var. “Dual branding” strategiyası ilə hərəkət edən şirkətin marağı, yuxarıda da qeyd etdiyim kimi məhsulların satışlarına, istehlakına faydalı və sərfəli şəkildə dəstək olmaqdır. Əgər bu marketinq strategiyanızın baş tutmasını istəyirsinizsə, onda (cross – marketing cross – selling)i ciddi mənada tanış olun və nəzərdən keçirdin. Mexanizmin effektivliyi daha çox bu marketinq və satış növlərini dərindən bilməyinizdən asılıdır.

“Dual branding” iki qat brendinq strategiyasının, satışlardakı effektivliyi müştərilərə  rahat və onlar üçün əlçatan xüsusi təkliflərin verilməsindədir.

“Dual branding” – Mağazada bank (in – store banking) əməliyyatlarıdır. Banklar satış nöqtələrində öz xidmətlərini müştərilərə təklif edirlər. Bu cür xidmətlərlə xanımların daha yaxın tanışlıqları var. Misal: Xanımlar banklarımızın təklif etdikləri istehlakçı kredit kartları vasitəsi ilə geyim, kosmetika, parfumeriya və s. kimi əmtəə və xidmətlərdən yararlanaraq, ticarət  nöqtələrində  hissəli ödənişlərlə istədiklərini və arzuladıqlarını əldə edə bilirlər. Baxın bu açıq – aşikar iki qat brendinqdir, yəni (dual branding).

Dual branding – strategiyası  hər 3 tərəfi də qazandırır. Qazanan tərəflər – Banklar, mağazalar və müştərilər.

  1. Banklar – mağazalara, ticarət nöqtələrinə özlərinin kreditlə ödəmə xidmətlərini təklif edərək, TM vasitəsi ilə müştəri bazalarını genişləndirmək imkanlarını da əldə edirlər. Bundan savayı, banklar həm müştəriləri və həm də ticarət nöqtələri vasitəsi ilə qazanmış olduqları yeni müştərilərlə özlərinə böyük pul dövriyyəsini də təmin etmiş olurlar. Banklar “Dual  branding” vasitəsi ilə həm müştərilərini məmnun edir, həm də onları daha çox pul xərcləməyə vadar edir. Bundan savayı, bank mağazalarda istehlakçı kredit kartları üçün qeydiyyata aldıqları müştəriləri gələcəkdə daha böyük kreditlərə cəlb etmək imkanlarını da əldə edir.
  2. Mağazalar – ticarət nöqtələri isə bankların bu xidmətlərindən yararlanaraq həm bankın yönləndirdiyi müştərilərlə öz CRM bazasını genişləndirir, həm də cari müştəriləri uzun müddət əldə saxlamaq imkanlarını əldə edirlər. Əlavə olaraq bank kartları vasitəsi ilə alış – verişi təklif edən mağazalar bu yolla həm məhsul assortimentlərini genişləndirir, həm də bahalı məhsulları daha çox satmaq fürsətlərini əldə edirlər. Eyni zamanda da “dual branding” vasitəsi ilə özünə vip tərəfdaşı, yəni bankı qazanır.
  3. Müştərilər isə “dual branding” vasitəsi ilə istədikləri məhsulları uzun müddətli aylıq ödəmələrlə əldə edə bildiklərinə görə belə bir xidmətdən razı qalaraq, həm bank xidmətlərindən yararlanırlar, həm də kredit kartının təklif etdikləri mağazaları daha çox ziyarət edirlər.

Diqqət olunası çox vacib məqam“Dual branding” vasitəsi ilə mağaza və ticarət nöqtələri özləri kapital qoymadan distribusiya kanallarını artırma, yeni seqmentlərə çıxışlar və “crm” (müştəri əlaqələrinin idarə edilməsi) bazalarını genişləndirmək kimi çox böyük imkanları əldə edirlər.

“Dual branding” strategiyasının başqa bir qolu da “yolüstü  market və ya qonşu  market” anlayışıdır. Belə ki, yanacaq doldurma stansiyalarında rastınıza  çıxan marketlər də “dual branding” strategiyasının bir hissəsidir. Bu nədir? Və bunun “dual branding”lə nə əlaqəsi? Yuxarıda da qeyd etdiyim kimi iki tanınmış brend koalisiya quraraq müştəriləri özlərinə cəlb edirlər. Belə ki, ABŞ-da və inkişaf etmiş qərb ölkələrində belə nöqtələrin inkişaf göstəriciləri çox yüksəkdir. Bu metoddan pərakındəçilikdə meqa brendlərdən olan  Home DepotWal-Mart kimi şəbəkələr geniş istifadə edirlər. Misal – Tək ABŞ-da YD-də mövcud olan belə nöqtələrin sayı 125.000 –dir. İllik dövriyyə isə 2,5 milyard ABŞ dolları təşkil edir. Böyük Britaniyada isə 11.000-dir.

Vətənimiz neft ölkəsi və kifayət qədər də YD mərkəzlərinin də mövcud olmasına baxmayaraq, ölkəmizdə bazarın bu seqmenti demək olar ki, inkişaf etməmişdir. Təəssüflə yazıram ki, bizim yanacaq doldurma stansiyalarında belə marketlərin əhəmiyyəti hələ də anlaşılan məcrada deyil. Effektiv etmək olar mı? Məncə olar.

Misal 1 – Əslində məsələyə düşünülmüş marketinq strategiyası ilə yanaşılsa idi, YD yə gəlmiş müştəriləri market xidmətlərindən yararlanmaları üçün  gündəlik xırda tələbat mallarını əldə etmələrinə ehtiyac yaratmaq olardı. Belə yolla müştərilər həm vaxtlarına və həm də xərclərinə qənaət edərdilər. Belə ki, YD ilə tanınmış market arasında əldə olunan razılaşma ilə yanacaq çeki ilə müştərilərə müxtəlif endirmlər vermək, onlara müxtəlif bonuslar təklif etmək və s.

Misal 2 – Ayda davamlı yanacaq dolduran sürücülərə marketdən 10%-lik, bir dəfəlik endirim kartı vermək və s.

QEYD: Bizimkilərin bu istiqamətdə buraxdıqları  səhvlərdən ən başlıcası, yanacaq doldurma stansiyalarında olan marketlərin  fəaliyyətinə YD-lərin özlərinin nəzarət etmələridir. Məsələ burasındadır ki, YD xidmətindən yararlanan müştərilər onlara tanış olmayan market xidmətindən yararlanmaqda ehtiyatlı davranırlar ki, bu da YD marketlərin günlük satışlarına bir başa öz mənfi təsirini göstərir. Ancaq YD market, şəhərimizdə tanınmış hər hansı bir şəbəkə marketin adı ilə olsa satışları qaldırmaq mümkün olardı. Ona görə ki, YD-yə gələn sürücü müştərilər həmin marketi tanıyır və bu marketin xidmətindən yararlanıb. Bir sözlə ortada etibar və güvən var.

Beləliklə də siz dual branding iki qat brendinq barəsində bildiyiniz və bilmədiyiniz məsələlər barəsində məlumatlandırıldınız. Ümidvaram ki, sizə faydalı gəldi.

Sizin marketinq bələdçiniz…

(228 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here