Hər şey cəbhə üçün, hər şey qələbə üçün

0
207

Bəlkədə çoxları fikirləşəcək ki, əşşi rəhmətliyin nəvəsi, millət nə hayda? sən hayda? bəlkə də haqlısınız. İnşeallah ki, növbəti məqaləm Qarabağın işğaldan azad edilməsi ilə bağlı olar. Əslində bu məqaləmi yazmağıma səbəb müdafiə nazirliyimizində xəbərdarlıq etdiyi kimi, harda gəldi, nə gəldi fikir, şəkil və video paylaşan soydaşlardır. Başa düşürəm sevindirici haldır ki, ordumuz cəbhə bölgəsində ciddi nailiyyətlər əldə edir və günbə gün irəliyə doğru hərəkət edir. Ancaq bu o demək deyil ki, biz bütün bu halları sosial-şəbəkələrdə paylaşmalıyıq. Belə bir şeyə heç birimizin ixtiyarı yoxdur. Biz ordumuza dəstək olmalıyıq. Ön cəbhədə olmasaq da, ən azından arxa cəbhədə bacardığımız yardımlarla dəstək ola bilərik. Xüsusilə bu hadisələrədən qızışaraq, başına da bir iki dəlini yığıb gedənlər. Yol kənarlarında olan hərbi texnikalarımızın, şəxsi heyətimizin ya şəkillərini, ya da videolarını çəkib internetdə paylaşmaları məni sözün əsl mənasında əsəbləşdirir. A bala başını salla öt keç. Yan-yörənə baxma, hələki sənlik, bizlik deyil. Başa düşmək lazımdır ki, belə yersiz paylaşmalarla biz birliyimizə xidmət etmirik. Əksinə qarşı tərəfin ordumuzun mövqelərini, yerlərini, təyinatlarını, qoşun növlərini bilmələrinə yardımçı oluruq. Bəzən fikirləşirik ki, yolda çəkilən video və fotoşəkillər bizlərə faydalıdır, ancaq elə deyil. Ona görə ki, bu tam hərbi sirrdir və təkrar olaraq yazıram ki, heç bir halda heç Azərbaycan vətəndaşının belə paylaşımları etmək haqqları yoxdur. Əziz oxucu, sizə də tövsiyəm budur ki, sosial şəbəkələrdə belə informasiyalar paylaşmayasınız. Sual yarana bilər ki, bəs cəbhədə baş verənlərlə bağlı məlumatları hardan alaq? Bunun tək bir cavabı var. Müdafiə Nazirliyimizin rəsmi facebook və rəsmi saytından əldə edə bilərsiniz. Məndən son tövsiyə, heç telekanların da yayımladıqlarına inanmayın. Ona görə də hər birimiz maksimum çalışmalıyıq ki, informasiya sızıntılarımız olmasın. Belə hərəkətlərlə qarşı tərəfə informasiya müharibəsi apara bilmələri üçün imkanlar verilir ki, bununla da dünya miqyasında ölkəmizə və ordumuza qarşı ciddi qarayaxma kampaniyaları aparılır. Allahu Təala, ordumuzu başlamış olduğu yürüşlərdə qalib etsin, qarşıya qoyulan hərbi hədəflərə çatmağa da müvəffəq etsin.

(98 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here