Böhranlı dönəmlərdə, rəqabət şəraitində aroma marketinq, müasir bizneslər üçün vacib marketinq alətinə çevrilib.

Marketinq kommunikasiyaları üzrə ixtisaslaşmış mütəxəsisilər, iş prosesində potensial müştərilərlə əlaqələrin qurulmasında iki əsas kanaldan istifadə edirlər – “görmə eşitmə”.

Bu addım nə ilə izah olunur? mütəxəsislər  informasiyaları elektron daşıyıcılar (televiziya, radio) vasitəsi ilə daha uzaq məsafələrə ötürürlər. Bəzən də məhsul və ya marka barəsində olan informasiyanı qoxu, ətir vasitəsi ilə ötürmək zərurəti yaranır. Belə informasiya ötürücüsü isə aromamarketinq adlanır.

İndisə qısa olaraq onun insanlara təsirləri barəsində. Belə ki, qoxuların insan orqanizminə həm psixoloji, həm də fizioloji təsirləri vardır.

Aromamarketinq – müasir marketinqdə istifadə edilən ən güclü və ən effektiv alətlərdəndir. Havanı, məkanı məqsədyönlü şəkildə konseptə uyğun olaraq havalandırmaqla müştərilərə pozitiv təsir edərək, satışları stimullaşdırırlar. Qoxu – brendlə, istehlakçı emosiyaları arasında əlaqələrin qurulmasında ən güclü marketinq vasitəsidir.

Marketinq araşdırmalarının nəticələrinə görə, aromamarketinq strategiyasından yararlanan brendlər, müştərilərini məkanlarında, adi məkanlardan 15-20% daha çox saxlaya bilirlər. Aydın məsələdir ki, bu satışlara öz təsirini göstərir. Almaniya marketinq araşdırmaları mərkəzinin nəticələrinə görə, aromamarketinq strategiyası, satışlara minimum 6% təsir edir.

Əziz oxucu, aromamarketinqin effektivliyinə təsir edən bir sıra amillər vardır ki, onlardan yararlanmadan, aromarketinqin effektiv təsirlərinə nail olmaq çətin olur. Bəs bu amillər nələrdir?

Aromadizayn – Qoxu atmosferinin yaranması üçün, mütləq şəkildə interyerin dizaynı ilə məkan arasında bir bağlılıq olmalıdır. Buna nail olmaqla marketinq mütəxəsisləri və interyer dizaynerlər, məkanla, müştərilər arasında emosional bir bağlılıq qura bilirlər.

Aromadizayn(aromamarketinq aləti kimi) nəzərdə tutulan marketinq konsepsiyasının davamı kimi olmalıdır. Aromatizasiya sxemləri hazırlandığı zaman aşağıdakı nüansları nəzərə almaqda fayda var.

  • Korporativ üslub, hədəf kütlə və məkanın səviyyəsi (VİP, orta səviyyə, mass market)
  • Eksteryer və interyerin üslubu, rənglər
  • Məkanların parametrləri və xüsusiyyətləri
  • Havalandırma və ventilyasiya sistemlərinin xüsusiyyətləri
  • Məkanların ixtisaslaşmaları (ancaq içki satan, ancaq qızardılmış ət satan, ancaq təbii meyvə şirələri satan məkanlar və s.)

Aromamarketinqin tətbiq olunduqları sferalar

  • Restoran, kafe, gecə klubları, parfumeriya
  • Böyük təşkilatların ofisləri ( banklar, əmlak şirkətləri, VİP zallar və s.)
  • İxtisaslaşmış mağazalar və supermarketlər
  • Kinoteatrlar (popkornlar, qızardılmış kartoflar və s.), əyləncə mərkəzləri
  • SPA salonlar, gözəllik salonları, fitnes klublar və s.
  • Klinikalar, apteklər
  • Hotellər, motellər, hostellər
  • Avtosalonlar, metrolar, təyyarə salonları, vaqonlar
  • İncəsənət qalereyaları, muzeylər, dizayn studiyaları
  • Toy məclisləri
  • Promo aksiyalar, sərgilər (PR, BTL, Event & Promo)

Aromamarketinqin hədəfləri

  • Rəqiblərdən fərqlənmə
  • Üslubun, imicin və məkanın statusunun möhkəmlənməsi
  • Satış həcmlərini artırmaq
  • Müştərilərə təklif olunan məhsul və xidmətlərin yüksək keyfiyyətli olmasına nail olmaq
  • İmpulsiv alışları stimullaşdırmaq
  • Məkanların müştərilər tərəfindən təkrar ziyarətinə nail olmaq
  • Personal üçün motivasiya proqramlarının hazırlanması, xidmət səviyyələri üçün keyfiyyətin artımı
  • Eksklyuzivlik və individuallıq
  • Əlavə PR proqrtamlarının təşkili

Aromamarketinq nə kimi üstünlüklər verir?

  • Qoxu (aroma) hesabına satışların 6 – 27% arası artışlarına nail olmaq olur
  • Stresin səviyyəsini 30-40% aşağı salır
  • Məkanların müştərilər tərəfindən təkrar ziyarət olunmaları 15-20% artır
  • Məkana gələn müştərilər, salonlarda 15-20% daha çox qalırlar
  • Brendə bağlılıq 20-25% artır
  • Personalın əmək effektivlikləri 20% -ə qədər artır
  • Personalın iş prosesi zamanı buraxmış olduqları səhvlər 15-20% azalır
  • Təklif olunan məhsul və xidmətlərə qarşı tələbat 10-25% arası dəyişir
  • Pis qoxuların təsirlərinin azaldılması (nəmlik, papiros və s.)

 

(211 dəfə baxılıb)