Mən hər zaman doğru qurulan ünsiyyətin və doğru müraciət formasının tərəfdarıyam. Məni narahat edən başqa bir məsələdir. Əslində biz marketinq mütəxəsislərinə xitabən edilən müraciət formasıdır. Məqalənin yazılmasına da məhz bu səbəb olmuşdur.

        Bəs yaxşı biz marketoloquq mu? Yoxsa nə? İşin maraqlı tərəfi burasındadır ki, hələki bu terminlə bağlı məsul olan kəslər ciddi bir təkliflə ortaya çıxmayıblar, əslində mənim üçün də maraqlıdır. Kiçik bir araşdırma apardım. İngilis dilində “marketing specialsit”, türk dilində “pazarlama elemanı”, rus dilində isə “marketoloq” kimi ifadə olunur. Ana dilimizdə isə məlum oldu ki, marketinq fəaliyyəti üzrə ixtisaslaşmış mütəxəsislər Azərbaycan dilində termin olaraq “bazarşünas” kimi keçir. Bu termindənsə demək olar ki, Azərbaycan marketinq mühitində heç kəs istifadə etmir. Bunun və ana dilimizin tam əksi olaraq, rus dilində işlədilən “marketoloq” sözündən daha geniş istifadə olunur. Sual yaranır. Bu yaxşı haldır mı? Mən öz adımdan “yox” cavabını yazıram. Demək olar ki, əksər dillərdə marketinq mütəxəsislərinə edilən müraciət şəkili, bizim ölkəmiz xaricində formalaşmışdır. Mən ara sıra əcnəbi tanışlarla, xüsusilədə türk dostlarla bir məclisdə bərabər oturub Azərbaycan marketinq mühitini müzakirə etdiyimiz zaman, bu mövzu daha çox qabardılır. Mənə ilk deyilən ilk söz bu olur , diqqət edin – Famil bəy, axı sizdə hələ marketinq mütəxəsislərinə xitab olunan müraciət formasının özü formalaşmayıb, hərə özünü bir cürə adlandırır. Sizcə ilk olaraq buradan başlamaq gərəkmir? Necə deyərlər? Hər yerdə bolluca danışan və hər zaman dilini sevdiyini söyləyən Famil bəyin, bu məqamda nitqi quruyur. Bəli, etiraf etməliyəm ki, biz marketinq mütəxəsisləri bu ifadənin bayağı formalaşmasında başlıca səbəbkarlarıq. Özümüzü təqdim edəndə nədənsə “marketoloq”am deyə ifadə edirik. Məncə biz bu məsələlərə çox səthi yanaşırıq. Azərbaycan dilində termin olaraq marketinq mütəxəsisinin – “bazarşünas” adlandırıldığını bildik və eyni zamanda da müəyyən etdik ki, bu ifadədən demək olar ki, heç kəs istifadə etmir. Tam əksi olaraq, rus dilində səsləndirilən “marketoloq” sözündən daha çox istifadə edirik.

        Bəs belə olan halda nə etməli? Mənim fikirimcə, ədəbiyyatda qəbul olunan “bazarşünas” termini belə yazım da, əgər istifadəyə yararlı deyilsə. Heç olmazsa bu ifadəni, marketinqin ana dili olan “ingilis” sözü ilə ifadə edək. Yəni, heç olmazsa rus mənşəli sözdən yox, sadəcə “marketinq mütəxəsisi” sözündən istifadə edərək, qismən də olsa eyiblərimizi ört – basdır etsək yerinə düşər. Bəzən məni ən yaxın dostlarım belə qınayırlar ki, sən təlimlərində hərdən şovinst və milliyətçi ifadələrdən istifadə edirsən. Əziz dostlar, üzürlü hesab edin. Bu məmləkətin dili “Azərbaycan türk” dilidirsə və qanunvericilkdə də Azərbaycan Respublikasının dövlət dili, Azərbaycan dili təsdiq olunubsa. Mən niyə də bu dilin köklü və zəngin bir dil olmasını bildirməyim?

         Sizə bir şeyi etiraf edim? Kim deyirsə ki, Azərbaycan dili marketinq dili deyil, bu dillə heç nə əmələ gəlmir. Mənim fikirmcə belə insanlar əslində öz dilimizin dəyərini tam dərk etməyənlərdir. Yaxşı, bu dil marketinq dili deyilsə və ya bir işə yaramırsa, onda bu dilin “ölü” adlandırılan dillərdən gələcəkdə nə fərqi olacaq? Bu dilə biganə yanaşanların, özləri mənim üçün artıq”ölüdür”lər. Nolar, dilimizi öldürməyək. Mən hər dəfə belə hallarla qarşılaşanda, həmin kəslərə sual verirəm. “Ay yoldaş, axı sən nə vaxt bu dildən istifadə etməyə çalışdın ki, bu dildə olan söz və ifadələr də sənin işinə yaramadı?”

         Bəli, dostlar! Dilçilərimiz qədər, marketinq mühitinin və bu mühitdə də bəlli proseslərin parçası olan bizlər də, dilimizin inkişafında və dilimizdə olan şirin və məzəli sözlərin marka və ya məhsullarda tətbiq edilməsində və termin olaraq da digər ifadələrin inkişafında məsuliyyət daşıyırıq. Əks halda, birdə gözümüzü açacıyıq ki, dilimizə ən böyük zərərləri vuran dil düşmənləri ilə eyni cərgədəyik. Mən bilmirəm, bu məqalə sizə nə dərəcədə təsir edəcək? Ancaq bu dili sevən biri olaraq, az da olsa cəmiyyət qarşısında ciddi bir problemə çevrilmiş və çevrilməkdə də davam edən bu bəlanın artıq içimizdə olmasını bildirmək üçün bu məqaləni yazdım.

Mən “marketoloq” deyiləm, mən “marketinq mütəxəsisiyəm”

Mən dil və milliyyət düşməni deyiləm, ancaq öz dilimədə düşmənlik etmək istəmirəm. Çox istərdim ki, bu məsələnin ciddiyyətini dərk edib, marketinq sahəsində fəaliyyətimizdə bunlara diqqət edək. Əks halda, sözdə “ana dilimizi sevirik” kimi ifadələrimiz çox yersiz olacaqdır. Unutmayaq ki, bir milləti yox etmək üçün onun mədəniyyətini və dilini məhv etmək lazımdır. Bu dəfə məqaləmin sloqanını Orxan Fikrətoğlunun sözləri ilə bitirəcəm.

Köhnə azərbaycanlı, Famil

 

(177 dəfə baxılıb)