Avtomobil brendləri və mənaları

0
247

   Həvəslə izlədiyimiz, sahib olmağa çalışdığımız və bir çoxlarımızın da barələrində qurduqları xəyalların, ayrılmaz parçası olan, avtomobil brendlərinin, nə məna daşıdığını bilirsiniz mi? İndi oxuyacağınız məqalədə, məhz  avtomobil brendlərinin adları ilə bağlı olan maraqlı faktları sizə təqdim edirəm.

“Mitsubishi”– Yaponiyanın nəhəng avtomobil şirkətlərindən olan “Mitsubishi” adını qədim yapon savaşçıları olan samurayların emblemlərindən alıb. Emblem, yaponcada Mitsu (üç) və bishi (almaz, brillyant) mənalarını verən kəlmələrin birləşməsindən yaranıb. Məna etibarı ilə, 3 brillyant deməkdir.

“Mercedes-Benz” – avstraliyalı tacir Emil Jelinek 1897-ci ildə yarış qazanan maşınına, qızı Mersedesin adını qoyub. Bunun şərəfinə şirkətin yaradıcıları olan Qottlieb DaimlerKarl Benz istehsal etdikləri maşına “Mercedes” adını qoydular.

“Mazda”– Şirkətin emblemində qanadlarını açan at təsvir edilir. Bu işarə, rəvayətlərdə Zərdüştlərin xeyir tanrısı kimi keçən, Ahura Mazddın adından alınıb.

“Hyundai”– Koreya dilində “müasir, çağdaş” deməkdir.

“Kia” – Koreyanın ikinci böyük avtomobil şirkətinin adı “Asiyada doğulan” deməkdir.

“Cadillac” – 1902-ci ildə qurulan şirkət, öz adını ABŞ-ın Detroyt şəhərini quran və 16-cı əsrdə yaşayan fransız səyyah Antoine de la Mote Kadillakın şərəfinə belə adlandırmışdır.

“Pontiac” ABŞ – ın məşhur  avtomobil markası, adını 1700-cü illərdə yaşayan hindu polis rəisi olan Pontiak Obvandiyaqın şərəfinə belə adlandırmışdır.

“Dacia”– Rumıniyanın ən böyük avtomobil şirkətidir. “Dakia” adı, qədim Roma imperiyası zamanından qalmış, antik bir bölgənin adıdır.

“Lexus” – Latın dilində “qanun” mənasını daşıyır.

“Škoda” – Çexiya şirkəti olan avtoistehsalçı adını qurucusu olan Emil von Škodadan alıb. “Škoda” bir zaman ən böyük silah istehsalçılarından biri olmuşdur. Çex dilində isə mənası qəribədə səslənsə, “zədəli” deməkdir.

“Audi” – latın dilində “eşitdim, duydum” mənası daşıyır.

“Aston Martin” – İngiltərənin idman maşını istehsalçısıdır,  adı da – sınaqdan çıxarıldığı ərazidə yerləşən Aston təpəsinin şərəfinə adlandırılıb.

BMW – “Bayerische Motoren Werke” (Bavariya Mühərrik Zavodu) deməkdir.

FIAT – İtalyan avtomobil firmasının adının mənası “Fabbrica Italiana Automobili Torino” ( İtaliya Torino Avtomobil Fabriki) deməkdir.

“Nissan” – 1934-cü ildə Jidosha-Seizo co. və Nihon Sangyo co. şirkətləri birləşib. Bu iki adın birləşməsinin yapon dilində qısalması “Nissan” adlanıb. Eyni ildə şirkət “Nissan Jidosha Kabushiki Gaisha” (Nissan Mühərrik şirkəti) adını alır.

“İnfiniti” – “Nissan”ın ABŞ avtomobil bazarı üçün istehsal etdiyi lyuks avtomobil. Adı ingilis dilindən tərcümədə “ucsuz, bucaksız” mənasına gəlir.

“Ford” – Adını yaradıcısı Henri Forddan alıb.

“Opel” – Adını yaradıcısı olan Adam Opeldən alıb.

“Porsche” – şirkət “Volkswagen”in məşhur tısbağa modelini dizayn edən mühəndis Ferdinand Porşenin oğlu Ferri Porşe tərəfindən qurulub.

“Jaguar” – İngiltərənin lyuks maşın istehsalçısı olan şirkət adını Cənubi Amerikadakı yırtıcı heyvan panteradan alıb. İlk dəfə şirkətin adı “SS Jaguar” adlanıb. İkinci dünya müharibəsindən sonra SS yığışdırılıb.

“Ferrari” – adını şirkətin qurucusu Enzo Ferrarinin şərəfinə adlandırılıb.

“Bugatti” – lyuks avtomobil firması adını Ettore Bugatti`nin adından alır.

“Peugeot” – ilk qəhvə dəyirmanı və velosiped markası olan şirkət adını Emille Pujodan alıb.

“Hummer” – avtomobilin adı yüksək hərəkət qabiliyyəti çox funksiyalı vasitə mənasına gələn “Humvee”dən götürülüb.

“Land Rover” – müflüs olan İngilis “Rover” şirkətinin “Tata”ya satdığı yolsuzluq maşınıdır. Rover “səyyah” mənasına gəlir. Suv markası “Range Rover”.

“Rolls-Royce” – əl işi olan nadir lüks maşınları ilə fərqlənən avtomobil markası adını yaradıcıları olan Steven RollsHenri Roysdan götürüb.

“Volkswagen” – alman dilidə “xalq maşını” mənasını daşıyır.

Ümidvaram ki, paylaşdığım bu məqalə sizin üçün faydalı oldu, daha maraqlı məqalələri oxumaq üçün, bloqu izləməyə davam edin.

Sizin marketinq bələdiçiniz…

(159 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here