“5M” modeli əsasında reklam strategiyalarının hazırlanması metodları

0
130

      Mənim çox yaxın bir dostum var. Demək olar ki, onunla hər görüşəndə marketinq haqqında dərin müzakirələrimiz olur. Təbii ki, marketinqdən söhbət düşürsə, orada mütləq qaydada hər hansı bir modelin də müzakirəsi olur. O gün bu gün, qərara gəlmişəm ki, bloqpostlarda zamanla marketinq modelləri haqqında nəzəri və praktiki tərəfləri paylaşım. Bu dəfə isə ən maraqlı marketinq modellərindən olan, “5M” dən və onun istifadə sahələri haqqında olan məqaləni paylaşıram.

“5M” marketinq modeli nədir? 

 Bu modeldən, şirkətin reklam strategiyalarının hazırlanmasında istifadə olunan əsas reklam modellərindəndir. “5M” marketinq reklam modeli, düzgün reklam strategiyasının hazırlanmasında önəmli yer tutur. Bu marketinq reklam modeli, marketinq mütəxəsisslərindən – reklam strategiyası hazırlandığı zaman, hansı məqamlara toxunmalı olduqlarını həm izah edir, həm də tələb edir. Mütəxəisslərin rəyinə görə, məhz “5M” marketinq modeli, effektiv reklam stratetgiyalarının və reklam mesajlarının hazırlanmasında faydalı ola bilər. Bu marketinq modeli həm də reklam bazarında fəaliyyət göstərən şirkətlərində strateji planlamaları zaman istifadə edilir.

 Mission (Missiya)

1-ci “M”, Başqa sahələrdə olduğu kimi, reklam strategiyası da işləndiyi zaman, onun missiyasına diqqət etmək lazımdır. Qısası, şirkətin nəzərdə tutduğu reklamın missiyasının nədən ibarət olduğu müəyyən olunmalıdır. Belə ki, reklam strategiyası işləndiyi zaman, ən çox nəyə diqqət olunacağı əvvəlcədən müəyyən olunmalı, kimlər üçün və nə üçün nəzərdə tutulduğu bilinməlidir. Burada, brendin tanınması, seqmentlərin müəyyən edilməsi və s. nəzərdə tutula bilər.

Misal:

Reklam materialı hazırlanmadan öncə keçirilən aksiyanın hədəf kütləsi uşaqlardırsa, materialda daha çox buna önəm verilməlidir. Ona görə ki, reklamın missiyası, uşaqların diqqətini çəkmək üçün hazırlanır. Və ya reklam çarxı hazırlanan zaman, valideyn personajından da istifadə etməklə, müştəri olan valideyni pul xərclədərək, məhsulun əsas istehlakçısı olan uşağı ehtiyaclarını ödəmək olar.

 Money (Pul)

     2-ci “M”, Büdcəyə qənaət etmək və qənaət etməyə cəhdlər, demək olar ki, biznesin istənilən sahələrində mövcuddur. Əksər şirkətlərdə, bəzən marketinq mütəxəsisiləri tərəfindən təklif olunan reklam strategiyaları çox hallarda ya təxirə salınır, ya da ümumiyyətlə qəbul olunmur. Əslində bunun da başlıca bir neçə səbəbi var.

Birincisi marketinq və reklam fəaliyyətlərinin qısa müddətdə nəticə verməməsi.

İkincisi isə təəssüflə yazıram ki, bir çox yerli şirkətlərin biznes sahələrində cari bazarda mövcud olan məhsulların inkişafı üçün brendin yaradılmasına ehtiyac olmadığı qənaətində olmaları məsələsi.

Mən isə bunun tam əksini düşünrəm. Belə ki, şirkətin inkişafı və böyüməsi üçün brendin yaradılması, brend imicinin formalaşdırılması olduqca vacib şərtdir. Məhz elə buna görə də, mütəxəsislər 2-ci “M”də diqqəti, məhsulun və ya xidmətin reklamı və ya tanıtımı üçün büdcənin ayrılmasının vacibliyinə və əhəmiyyətinə çəkirlər. Hətta böhranlı dönəmlərdə belə, marketinqin fəaliyyəti və inkişafı, şirkət üçün ən prioritet məsələ olmalıdır prinsipində, mütəxəsislər israrlıdırlar. Şirkətin və brendin inkişafı üçün investisiya qaçılmazdır. Əks halda şirkətin böyüməsi mümkün olmayacaq. Məhsul və ya markaların gələcəyi və inkişafı üçün “pulun” ayrılması lazımdır.

Misal:

Şirkət hər hansı bir ticarət nişanı altında məhsul istehsal edir, ancaq bu məhsul və ya markanın inkişafı üçün büdcə ayırmağı planlamırsa, bu məhsulun şirkət üçün gələcəkdə həm gəlirlilik, həm də imic baxımından faydalı ola bilməz. Gəlirlik olsa belə zamanla, gəlirlər zərərə çevriləcəkdir.

 Message (Mesaj)

3-cü “M” reklam, yaradıcı bir prosesdir. Şüarlar, mövzular, mətn tərtibatları və s. Bunlar hamısı kreativ və yaradıcı yanaşma şəkilində hazırlanmazsa, istehlakçıları onlar üçün hazırlanmış reklamlara cəlb etmək mümkünsüz olacaqdır. Reklamların tərkib hissəsi olan, açıq və qapalı mesajlara yaradıcı aspektdən baxmaq lazımdır. Əks halda fiasko qaçılmazdır. Mesajlar hazırlananda diqqətli olmaqda fayda var. Ona görə ki, mesajlar istehlakçıların diqqətini çəkmək üçün ötürülür. Qısası, göndərilən mesaj – markanın səsidir. Markanın səsi, istehlakçının xoşuna gəlməzsə, gerisini özünüzü fikirləşin.

Misal:

Apple (Think different)

McDonalds (İ`m lovin`it )

Media (Kütləvi İnformasiya Vasitələri)

    4-cü “M” isə sırf kütləvi informasiya vasitələri ilə bağlıdır. KİV – şirkətlərin, istehlakçılara öz mesajlarını ötürə bilmələri üçün ən önəmli vasitədir. Bura daxildir: Televiziya, radio və s. Mütəxəsislər bu mərhələdə də doğru addımların atılmasında ehtiyatlı olmağı tövsiyə edirlər. Bir sözlə, reklamın və reklamdakı mesajların hədəf kütləyə düzgün çatdırılması üçün, doğru KİV-i seçmək lazımdır. Yanlış seçilmiş KİV-lə mesaj hədəf kütləyə çatmır və belə olan halda da, həm reklamın effektivliyi aşağı, çəkilmiş xərclər isə zərər olur. Bunun üçün, marketinq mütəxəsisləri əvvəlcədən müəyyən etməlidirlər ki, onların hədəf kütlələri harada olur və hansı KİV vasitələrindən istifadə edirlər. Ancaq belə olan halda, reklam strategiyası effektiv və faydalı olur. Doğru mesajı, doğru vasitələrlə yollamaq lazımdır.

 Misal:

Əgər sizin hədəf kütlələriniz, günün əksər vaxtlarında, informasiyanı ancaq radiodan alırlarsa və sizdə bunun əksinə olaraq, reklamı televiziya kanalında yayımlayırsınızsa, onda sizin əsas hədəf kütləniz üçün göndərilən reklam mesajınız ünvan sahibinə çatmayacaq. Mesajı alan digər kütlələr üçünsə sizin mesajınızın heç bir önəmi yoxdur.

Measurement (Ölçmək)

    5-ci “M”, bu mərhələdə şirkət, onun yolladığı mesajın hədəf kütləyə təsirlərini ölçməlidir. Ölçmə metodu əksər hallarda satış göstəriciləri, bazar araşdırmaları və keçirilən istehlkaçı sorğuları ilə həyata keçirilir. Əksər hallarda reklamın insanlara təsir miqyasını ölçmək çətin olur. Hazırda ən asan ölçülən vasitələr, sosial media üzərindən aparılan reklamlardır. Bura Facebook, İnstagram və s. kimi vasitələrlə daha dəqiq ölçülür. Reklamların ölçülə bilən olması üçün, mütləq KİV vasitələrini düzgün seçmək lazımdır. Əks halda göstəriciləri əldə etmək çətin olacaqdır.

“5M” marketinq modeli haqqında bu qədər. Ümid edirəm ki, faydalı oldu.

Sizin marketinq bələdçiniz…

 

(353 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here