Yaratmış olduğum məhsul və markalar haqqında, bəzi bilgilər

0
184

        Mən hər zaman deyirəm ki, əgər bir marketinq mütəxəsisi hər hansı bir işi görübsə və gördüyü iş də ortadadırsa, o mütəxəsis bu barədə mütləq bildirməlidir. Məncə burada yekəxanalıqdan da çox, öz əməyi ilə ərsəyə gətirdiyi bir iş barəsində ətrafındakılara məlumat verir və verməlidir də.

       Elə bu minavalla, sizləri gördüyüm işlərdən biri ilə tanış etmək istəyirəm. Sizə kiçik bir sirrin üstünü açım, əgər güclü marketinq mütəxəsisi olmaq istəyirsinizsə, onda nəyin bahasına olursa olsun, mütləq qida sektorunda (FMCG) təcrübə keçin, özü də istehsal sahəsində. İnanın marketinqin ruhunu A-dan Z-yə, buradan başqa heç bir yerdə hiss edə bilməyəcəksiniz.

Filip Kotler deyir: “ FMCG marketinq, marketinqin beşiyidir”.

      Məhsulun əmələ gəlməsi, qiymətlərin formalaşması, məhsulun satılması üçün ərazilərin təyini, tanıtımlar (ticari marketinq), məhsulun qablaşdırılması, qablaşmaların materialları və onlar arasında olan fərqliliklər, özəllikləri və s. haqqında dərin təcrübə qazanmaq mümkündür. Sizcə istehsal sahəsindən başqa, marketiniqi belə gözəl şəkildə hiss etmək və ya yaşamaq olar? Məncə yox.

    Şəkildə gördüyünüz məhsullar və marka bəlkə də bir çoxlarınıza tanışdır, ya istehlak etmisiniz, ya da sadəcə marketlərdə vitrinlərdə görmüsünüz. Düzdür, qablaşdırma yekunlaşana qədər, mən layihədən uzaqlaşası oldum. Ancaq necə deyərlər iş 99% icra olunmuşdu. Qalan tərəf qablaşma üçün materialları sifariş vermək idi. Geridə qalan mərhələ, məhsulun inkişafı mərhələsi idi. O vaxta kimi də mən layihədən uzaqlaşası oldum.

     Əslində bu məhsulların ərsəyə gəlməsi mənimlə satış arasında ciddi problemlər yaratdı desəm yalan olmaz. Bu mərhələdə də bir daha marketinqin satışdan nə qədər üstün olduğu ortaya çıxdı. Mən hər zaman demişəm və deyirəm də, satış bazara heç vaxt strateji baxmır və baxa da bilməyəcək.

Məhsul ideal idisə, bəs niyə satışla qırğın düşdü?

     Məhsul marketinq araşdırmaları və aparılan bazar, rəqib analizlərinin nəticəsi olaraq ideal məhsulun formatını ortaya çıxartmışdı deyə, mən sırf satışın istəyi ilə hərəkət edə bilməzdim. Satış marketinqdən hər zaman sata biləcəyi məhsulu tələb edir və edəcək də, ancaq marketinq satışın sata biləcəyi məhsulu yox, istehlakçıların almaq istədiyi məhsulu verəcək və verməlidir də.

     Oxuduğunuz məqaləni yaratmış olduğum məhsul haqqında heç də özümü tərif etmək üçün yazmamışam. Əksinə, bu məhsulu parametrləri haqqında düşündüyüm zaman, atmış olduğum strateji marketinq addımları haqqında yazmaq istəyirəm. Belə ki, markalar artıq mövcud idi. Ancaq məhsulların xarici görünüşlərinin, həm şrift, həm naxışlar və həm də peçenyelər üzərində şəkillərin dəyişilməsi, tam yenilənməsi 100% mənə aiddir.

Məhsul niyə bu formatda oldu?

     Qısa bir xüslasə – Yuxarıda da qeyd etdiyim kimi, istehsal marketinqində təcrübə qazanan marketerlər, mənə görə bəxti gətirənlərdir. Mənimsə bəxtim iki qat gətirdi. Belə ki, mən həm markanın  və paralel olaraq da məhsulun özünü rebrendinq etdim. Yəni istehlakı nəzərdə tutulan məhsulun özünü də dəyişdim. Dostlarım bilirlər, mən həvəskar rəssamam. Bu qabiliyyət mənə imkan verdi ki, məhsulun görünüşünü tam dəyişəm.

Bəs atdığım addımlar nələr idi?

   Marketinq mütəxəsisi kimi təcrübəm, daha çox strateji marketinq üzrədir. Təbii ki, bu da mütəxəsisləri daha dərindən düşünməyə və məhsul, ya da marka haqqında gələcəyə olan baxışları bir qədər də geniş əhatə edir.

   Gördüyünüz məhsulun, əvvəlki forması və ölçüsü bundan təxminən iki ya da üç dəfə böyük idi. 4 il əvvələ nəzər salsaq, iri ölçülü məhsula olan tələbat daha çox idi. Ancaq mən bu məhsulun cari vəziyyətinə yox, gələcək vəziyyətini analiz etməli və gələcək satışlarının uğurunu artıq 2012 – ci ildə qərarlaşdırmalı idim. Düzdür verdiyim qərar, satış şöbəsini narazı saldı. Ancaq bu narazılıqların olmasına rəğmən, həminki vaxtda axarın əksinə üzməli oldum. Bilirdim ki, ildən ilə istehlakçıların davranışları dəyişir və dəyişən davranışlar da bir neçə vaxtdan sonra məhsulun satışlarında da özünü göstərəcəkdi. Bunun belə olacağını isə təxmin etmək elə də çətin deyildi. Pərakəndə sektorda, şəbəkə marketlərin və hiper marketlərin artması templəri bu ehtimalları hər gün artırırdı. Satışın mövqeyi belə idi ki, çəki peçenyelərə tələbat paçka məhsuldan daha çoxdur. Mənsə deyirdim ki, bu gün siz deyəndir və sizin dediklərinizin isə vaxtı bitməkdədir, gələcəyi yoxdur. Yəni bu tələbat dəyişəcək, insanlar daha az həcmli məhsulları istehlak etməyə başlayacaqlar. Marketlər isə öz vitrinlərində zamanla çəki peçenye məhsullarının sayını azaldacaq və paçka məhsullara üstünlük verəcəklər. Bəs o zaman biz nə edəcik? Necə davranacıyıq? Biz yenidən istehsal xəttimi qurmalı olacıyıq? Ya yeni qəliblərmi almalıyıq? Etiraf edirəm, bu məhsullar bazara ilk çıxdığı dövrlərdə həm istehlakçıların və həm də supermarketlərin etirazları ilə qarşılaşdı. Hətta şirkətdə düşünənlər də oldu ki, zərərlər çox olacaq. Mənsə heç zaman ruh düşkünlüyü yaşamadım, bilirsiniz niyə? Ona görə ki, gördüyüm işə və atdığım addımlara inanırdım. Əmin idim ki, mənim atdığım addım, hazır olduqdan sonra 2014-cü ildə mənə və malıma etiraz edən istehlakçıların belə davranışlarını dəyişəcəm. Məncə nail olduqda. Anormal, köhnə ölçülərdə qalası olsa idik, bu gün ki, kimi çeşidlərin hamısının düzülüşlərini vitrinlərdə asan şəkildə təşkil edə bilməzdik.

Bəs niyə peçenyenin həcmini azaltdım?

Burada da sizə bir sirr açacam. Məsələ burasındadır ki, peçenyelər iri olanda istehlakçı bir peçenye ilə azı iki stəkan çay içirdilər. Keçirtdiyim real müşahidlərin nəticəsi idi. Mənə isə bu lazım deyildi. Mənə lazım  olan, istehlakçıların bir və ya iki stəkanla daha çox peçenye istehlak etmələrinə nail olmaq idi. Çox şükür artıq işlər tam planlaşdırdığım kimi gedir. Yəni peçenye istehlakı artır. Üstünlük daha çox paçka peçenyelərə verilir. Gələcəyə qəti və inamlı baxış, düzgün analiz, istehlakçıların davranışlarını köklü dəyişmə gücündədir. Gördüyüm işlərdən biri haqqında bu qədər. Ümid edirəm ki, faydalı oldu.

Sizin marketinq bələdçiniz…

 

(638 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here