Lady Sharm və Mən

0
231

    Daha bir işim haqqında sizlərlə öz təcrübəmi paylaşmaq istəyirəm. Məqalə, icra etdiyim rebrendinq işi haqqındadır. Bu dəfə özümü geyim sahəsində, daha doğrusu qadın geyimləri sektorunda da sınayası oldum.

    Bilirik  ki, rebrendinqin əsas mahiyyətləri: rəqiblərin bazarlarına daxil olmaq, bazar payını artıraraq, yeni istehlakçı qruplarını əldə etmək və zamanla özü istehlakçıları ilə korlanmış münasibətlərini düzəldə bilməsi üçün, bir növ şirkətin özünə vermiş olduğu bir şansdır.

       Yəqin ki, bir çoxlarınıza “Lady Sharm” qadın geyimləri mağazaları azdan – çoxdan və ya çoxdan-azdan tanışdır. Əslində bu layihə haqqında bir məqalə yazmışdım. O məqaləm daha çox brendin fəlsəfəsi haqqındadır. Bu dəfə isə, rebrendinqin mahiyyəti və ona gedilməsinin səbəbləri haqqında yazımı təqdim edirəm.

   “Lady Sharm” qadın geyimləri mağazaları, ölkə geyim sektorunda oturuşmuş şirkətlərdəndir. Düzdür digər şirkətlərimizdə mövcud olduğu kimi, problemləri və qüsurları var. Ancaq etiraf etmək lazımdır ki, bu vəziyyətində belə bazara kifayət qədər təsir etmə gücünə sahibdir.

Bəs yaxşı bu qədər güclüdürsə, rebrendinqə nə ehtiyac var idi?

      Mətləbə keçməzdən öncə, qısa bir məlumat. “Lady Sharm” ilkin dövrlərdə, bazarda əsasən qadın ziyafət geyim və aksessuarlarının satışı ilə məşğul olmuş və zamanla vitrinlərinə multi brendlər də çıxartmışdır. Bir müddət sonra isə “Lady Shram” öz axarı ilə, fərqli tərz və üslublarda olan geyimlərin tapıldığı bir ticarət nöqtəsi kimi mövqelənmişdir. O ərəfələrdə isə “Lady Sharm” ın loqosu, ziyafət geyimləri ilə daha sıx əlaqəli idi. Belə vəziyyətdə isə şirkət demək olar ki, bir çox seqmentlərə daxil ola bilmirdi. Elə buna görə də, şirkət məcburi şəkildə öz konservativ loqosunun cızdığı ərazilərdə hərəkət etmək məcburiyyətində qalırdı.

      Aparılan araşdırmalar və sezon analizlərindən sonra, belə bir qənaətə gəlindi ki, şirkət mütləq şəkildə rebrendinqə getməlidir. Əks halda, zamanla bazarda daha ciddi problemlərlə üzləşəcəkdi. Başqa bir tərəfdən isə ilk devalvasiya zərbəsi, rebrendinqi qaçılmaz hala gətirmişdi. Eyni zamanda da loqonun və markanın bazar strategiyasının dəyişilməsi ilə, istehlakçıların tələblərini ödəmə və bir neçə seqmentə rahatlıqla daxil olmaq imkanını əldə edəcəydi. Başqa bir tərəfdənsə, devalavsiyanın təsirindən dəyişən istehlakçı davranışlarında baş verə biləcək hər hansı bir təsirlərə də hazır olmalı idi.

  Atılan strateji addımlar, şirkətin həm sezon problemlərini, həm də istehlakçılarla əlaqələrin normallaşması məsələsini də kökündən həll etmək əsas hədəflərə çevrilmişdi. Əksəriyyətimiz, yaxşı bilirik ki, ziyafət geyimləri sezon geyimləridir. Yəni ilin 12 ayı toy olmur, hər gün ziyafətə gedilmir və s. “Lady Sharm”ın sezonıla bağlı durumunu da nəzərə alsaq, təkçə ilin 3 ayı – Ramazan, Məhərrəm və Səfər aylarına görə satışları düşürdü. Bunun qarşısı alınmalı və şirkət bu aylarda da stabil satışları təmin etməli idi. Bunu isə təmin edəcək tək yol, rebrendinqdir.

    Digər bir tərəfdənsə şirkət paralel olaraq, özəl marka (private label) siyasətini də yürüdürdü. Ancaq köhnə loqo, özəl marka siyasətinin də effektivliyini aşağı salırdı. Başqa ad altında isə özəl marka sifarişlərinə bir o qədər də maraq göstərmirdi. Belə ki, şirkət sahibləri “Lady Sharm” markasının bazarda ciddi və möhkəm brendə çevrilməsində daha iddialıdılar.

Bəs loqo yeniləndiyi zaman nələr baş verdi?

Loqo yeniləndiyi zaman aşağıdakı kateqoriyalar nəzərdən keçirilərək, şirkətin əsas hədəflərinə çevrildilər:

  • İdman geyimləri
  • İdman ayaqqabıları
  • İdman çantaları
  • İdman aksessuarları
  • Günlük geyimlər
  • Günlük ayaqqabılar
  • Yeniyetmələr
  • Uşaq
  • Hamam geyim və aksessuarları

Loqonu kim ərsəyə gətirdi?

   Yeni loqonu, əməyinə çox dəyər verdiyim, öz işinin peşəkarı olan Pərviz Alisoy hazırlamışdır. O vaxt Pərviz bəy, Corn Advertising şirkətində Art Direktor vəzifəsində çalışırdı. Ən çox bəyəndiyim xüsusi bir özəlliyi var. O da səni ilk andan anlaması və sənin ehtiyaclarını təmin edəcək işləri görə bilməsidir. Buna görə də hər zaman deyirəm ki, kreativ mütəxəsislə, marketinq mütəxəsisi arasında cüzi bir anlaşılmazılıq olsa, hər iki tərəfin peşəkarlıq səviyyələri nə olursa olsun, o iş heç bir vaxt uğurlu alına bilməz. İnanın ki, bunun üçün də özünüzü belə yormağa dəyməz. Gördüyüm işlərdən biri haqqında da bu qədər, faydalı olduğuna ümid edirəm.

Sizin marketinq bələdçiniz….

(383 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here