Alan razı, satan razı

0
18

      Çox istərdim ki, ölkəmizdə, özəl marka (private label) siyasəti bir trend halına gəlsin. Ara sıra özəl marka məsələsinə yazdığım məqalələrdə toxunmuşam. Bu dəfə isə ayrıca olaraq, özəl markanın (private label) in müsbət tərəfləri haqqında fikirlərimi sizlərlə paylaşmaq istəyirəm. Əslində məqalənin yazılmasına Samir Eyyubovla bu barədə olan söhbətimiz səbəb oldu.

Bəs private label – nədir?

     Özəl marka (private label) kənar istehsalçılar tərəfindən, marka sahiblərinin sifarişləri əsasında istehsal etdikləri məhsul və ya xidmətlərdir.

         Belə bir marketinq strategiyasının meydana gəlməsində “Carrefour” marketlər şəbəkəsi böyük rol oynamışdır. Marketinq tarixində ilk dəfə olaraq, məhz bu market şəbəkəsi özünə aid brendlər üçün məhsul istehsal etdirməklə, marketinq tarixində və marketinqin inkişafında yeni bir mərhələnin başlanğıcına start verdi. Bir sözlə bu ənənə ilk dəfə olaraq marketlər arasında sürətlə yayılmağa başladı. Sonrakı mərhələlər də isə digər istehsalçı və tədarükçü şirkətlər də, bu marketinq strategiyasından yararlanmağa başladılar. Bu barədə çox yazmıyacam.

       Ümumi götürsək, bu marketinq strategiyası ölkəmizdə hələ də ciddi olaraq nəzərə alınmır və bir o qədər də yayqın hala gəlməyib. Ancaq inkişaf templəri artsa əminəm ki, müsbət mənada bu özünü bazarın istənilən sahəsində göstərəcəkdir. Burada həm istehsalçı, həm tədarükçü və ən nəhayət də, istehlakçı məmnun qala bilər. Necə deyərlər, alan razı, satan razı.

      Ölkəmizdə inkişaf etməməsinin başında duran səbəblərdən birincisi, özəl marka üçün müraciət etmiş tərəfləri, bir çox hallarda istehsalçıların təklif etdikləri qiymətlərin qane etməməsidir. Məncə də bu belədir. Burada əslində bəzi qaranlıq nüanslar aşkara çıxır. İstehsalçı yüksək qiymət təklif etməklə, özünə bazarda marka rəqibinin yetişməsini istəmir. Ya da zamanla istehsalında yarana biləcək problemlər və s.

      Private label (özəl marka) məsələsinin, marka sifarişçiləri üçün  önəmli bir xüsusiyyəti var. Bu iki tərəf arasında özəl marka üçün məhsul istehsalı haqqında razılşama varsa, özəl marka sahibinin məhsulun istehsalından tutmuş, anbarlaşmasına qədər nəzarət etmək imtiyazları vardır. Əks halda sonraki mərhələlərdə, məhsulların keyfiyyətində yarana biləcək problemlər və xətalar qaçılmaz olacaqdır. Ona görə də qarşılıqlı razılaşma olarsa, bu hər iki tərəfin işinə yarıyar. Əks halda, istehslaçının, müəssisəsinin istehsal imkanlarının artmasında rolu olan müştərini itirmək riskləri var. İstehsalçının ucbatından da, öz istehlakçılarını keyfiyyətli məhsul ilə təmin edə bilməyən, marka sahibi də istehlakçıları itirir ki, sonda hər 2 tərəf itirir.

Marka sahibi üçün, özəl marka (private label) strategiyasının müsbət tərəfləri

  • Köməkçi materiallar xaricində, istehsal xərclərinin olmaması; (Özəl marka sifarişi zamanı, marka sahibi qablaşdırma üçün lazım olan xərclərin özünün üzərində olacağını bilməlidir.)
  • Məhsul portfelinin genişlənməsi imkanları;
  • Arada tədarükçülərin olmamasına görə, məhsulun dəyərinin ucuz başa gəlməsi;
  • Qiymətlərə təsir imkanları;
  • Sezon problemlərindən kənar qalmaq imkanları;
  • Marketinq xərclərini daha effektiv səviyyədə inkişaf etdirmək imkanı;
  • Məhsul istehsalı üçün, istehsal xəttlərini almamaq;
  • Özəl marka sahibinin, gələcəkdə öz istehsalını qura bilməsi imkanları;

İstehsalçı üçün müsbət tərəfləri:

  • İstehsal xəttlərinin tam gücdə işləməsi ilə həcmin artması;
  • İstehsal xərclərinin azalması;
  • İstehsalın rentabelli olması;
  • İri həcmdə satış həcmlərinin baş tutması;
  • İri satışlara görə, istehsal xətlərinin yenilənməsi imkanları;

Əgər ölkəmizdə, özəl marka məsələsinə ciddi yanaşılsa, istənilən sahədə dinamika hiss olunar. İnanın ki, bazarda əməlli başlı canlanma baş verər və çoxdan arzuladığımız rəqabət mühitinin formalaşmasında da əvəzsiz rolu olar.

Sizin marketinq bələdçiniz…

(100 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here