Badamlı – Qonşudan qalma dala

0
119

Mən hər zaman deyirəm:” Azərbaycanda tanınmışlardan reklam çarxlarında, brendin siması kimi istifadə etmək və sonradan da bu reklam çarxlarından da nəsə gözləmək, çox gülüncüdür”  və bu sözləri təkrar – təkrar deməyə də davam edəcəm. Ona görə ki, nə Azərbaycan 10 il əvvəlki ölkədir, nə də istehlakçılar. “Həmkarlar”ın, dəyişən istehlakçı davranışlarını ciddiyə almamaları və buna fikir verməmələri, markaların inkişafına öz mənfi təsirlərini göstərməkdədir. Məncə, Badamlı da dəyişən istehlakçı davranışlarını nəzərə almayıb. Yoxsa, artıq mineral su bazarında rəqabət apara bilmədiyi üçün, yeni seqmentlər axtarışına çıxıb?

“Badamlı” suları haqqında olan reklam çarxına dair fikirlərim

Bir çox brendlərin tanıtımları istiqamətində, məşhurlar mühim yer tuturlar. Belə ki, belə bir birlik hər iki tərəfin xeyrinə işləyən bir mexanizmdir. Məşhurların simaları reklam roliklərində, plakatlarda bir daha qabardılır, tanıtımı nəzərdə tutulan brendlər isə ulduz simaların sayəsində böyük fanat kütləsinin diqqət mərkəzinə keçir ki, bu da potensial müştəri kütləsi deməkdir. Bəs Azərbaycanda böyük fanat kütləsi olan olan məşhurlarımız var mı?, onları görən zaman, tuman paça olmağa, müğənnilərin qucağına attanan, özünü cırıb dağıtmağa hazır fanatlar necə var mı? Məncə yoxdur, olmayacaqda. Region camaatı bizim məşhurlarımız arasından çoxlarını, Bakını və Sumqayıtı keçəndən sonra, adam yerinə qoymurlar. Elə buna görə də, Azərbaycanda tanınmış simalar heç də hər zaman brendin inkişafına yardımçı ola bilmirlər. Mənə görə belə bir addım atmazdan öncə tanınmış simanın keçmişi, ölkədə və xalq arasında, cari reputasiyası nəzərə alınmalı, daha sonra nəyəsə qərar verilməlidir. Hər bir brend müştərinin etibarını, ailə, cəmiyyət dəyərlərini zədələmədən öz yükünü daşıya bilən olmalıdır. “Badamlı”nın bu məsələdə böyük səhvlərə yol verdiyi göz qabağındadır.  Zamiq və Röya kimi qalmağallarla gündəmə gələn şəxslərin, Badamlı kimi bir brendin reklam çarxında yer almaları, mənə görə uyğun seçim deyillər. Brendi təmsil edənlərin keçmişdə, öz aralarında yaşadıqları problemlərdən yazmıram. İkisinin də boşanmasından yazmıram və daha nələr, nələr. Ola bilsin fikirləşərsiniz ki, bu məsələ onların arasında olmuş problemdir, bunun Badamlıya nə dəxli? Dəxli çoxdur, özü də düşündüyünüzdən də artıq. Başa düşülməlidir ki, hər hansı bir məşhur sima brendi təmsil etdiyi andan, ət və dırnaq kimi olurlar. Brenddə problem olsa, simanın reputasiyasına, simada problem olsa, brendin reputasiyasına birmənalı olaraq təsir edir. Mən hələ, reklamda rol almış Fəlakətdən danışmıram.

 “Badamlı” brendi uzun illərdir ki, Azərbaycan xalqının verdiyi dəyərlər üzərində formalaşmış və beyinlərə klassik və müalicəvi mineral su kimi həkk olunmuş bir brenddir. Yəni, desəm ki, üçü də Azərbaycan xalqı üçün sağlamlıq timsalıdılar, nənəmin goru haqqı yalan olar. Axı elə deyil. Cənablar, siz nə etməyə çalışırısnız? Düşünmürəm ki, belə bir reklam çarxı, satışlara öz təsirini göstrəcək. Satışlar bir yana, gəlirləri necə olacaq, bu da başqa bir temadır. Sonradan isə ROİ məsələsi də ortaya çıxır.

Başqa bir məsələ…

Hər bir brendin, hədəf kütləsi var. Hər hədəf kütləsinə uyğun “brand face” seçilir və kütlələrə qarşı bütün həmlələr də, məhz həmin simalar üzərindən aparılır. Röyanın isə son bir və ya iki ildə ən azı, 4 ya 5 markanı ardıcıl təmsil etməsi məsələsi çox sualları cavabsız buraxır.

Sual:

  1. Bir neçə brendi, eyni vaxtda təmsil edən şəxs, paralel olaraq “Badamlı”nın hədəf kütləsinə necə təsir edə bilər? Məncə etməz və etməyəcəkdə.
  2. Bir şəxs eyni vaxtda neçə brendin siması ola bilər? doğrusu mənim də fikirlərim qarışdı.

Görünən odur ki, “Badamlı”da qonşudan qalma dala, prinsipi ilə belə bir gediş edib. Başqaları edibsə, hökmən bizdə etməlyik.

Bəs reklamın çəkildiyi şəhər?

Bu tamam başqa bir temadır e. Ay başıva dönüm, axı niyə belə ediblər? bu çarxın çəkilişləri üçün Batumi şəhəri seçiləndə, bunların fikirləri haralarda idi? Badamlının, başına nə iş açmağa çalışırlar? Yaxın dostum demişkən, bəlkə Borjomi kimi məşhur olmaq və dünya bazarına məhz Gürcüstandan start vermək istəyir?

Batumi və Badamlı.

Reklam çarxına baxdıqda, əvvəlcə çəkilişlərin harada çəkildyini anlamaq olmur. Ancaq sonradan bəlli oldu ki, bura nə Azərbaycandır, nə Bakı, nə də Badamlı kəndi. Bura Batumidir.

Mən “Badamlı” məhsuluna reklam çəkən dahilərə sual vermək istəyirəm.

  1. Gürcülər, “Borjomi” üçün bir dəfə də olsa Azərbaycanda reklam çarxı çəkiblər?
  2. “Badamlı” Azrbaycan məhsulu olduğu halda, bunun bizi və millətimizi sevməyən, gürcülərin torpağında çəkilməsinə nə ehtiyac var idi?
  3. Bəyəm, Sizcə Badamlı kəndində çəkilsə idi, pis olardı?

Reklam çarxından təəssüratlarım

Çarxı izləyəndə, anlamaq olmur ki, klipə baxırsan ya reklama. Reklamın əsas missiyalarından biri, istehlakçıları nəyəsə təşviq edə bilməsidir.

Ancaq paralel olaraq, reklam çarxı sanki Badamlı ilə yanaşı, Batuminin tanıtımı ilə də məşğul olur a. İnanın səmimiyyətimə, mən də Badamlını içməkdən də çox, Batumiyə getmək fikiri yarandı.

 Düzgün reklam strategiyası olan şirkətlərdə, ciddi brendlər üçün  tanınmış simalardan istifadə olunan zaman, məşhur sima hər zaman, ikinci dərəcəli olur. “Badamlı”da isə, məsələ bunun tam əksinədir. Reklam çarxında, Batuminin küçələri, Röya və Zamiq daha çox qabardılıb, nəyinki, “Badamlı”. Bunu təəssüflə yazıram. Bəlkə mən yanılıram, ancaq birmənalı olaraq, Badamlını yeni bir müstəviyə çıxartmağa cəhdlər var. Cənablar! Cəhd etməyin, alınmayacaq. Badamlıya toxunmayın, uzun illərdən bəri qazandığı dəyərləri, puç etməyin.

Təklifim var!

Gedin, reklamı yenidən çəkin. Röyasız, Zamiqsiz, Fəlakətsiz. Özü də, Badamlıda.

Sizin marketinq bələdçiniz…

(180 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here