Satış tiplərini bilmək nə qədər vacibdir?

0
183

Satış! Kimiləri üçün səviyyəsiz bir iş, bir o qədər də önəmli olmayan sahə. Zamanla, sosial şəbəkələrdə mövcud olan qruplarda birdə görürsənki, innovativ yeniliklərlə əlaqəli olan məqalələr və ya şəxsi fikirlər paylaşılır.

Misal: İnkişaf etmiş ölkələrdə filan texnologiyalar üzrə, filan yeniliklər oldu. Dadanq. Filan ölkədə nəqliyyat vasitələrinin idarə olunmasında, növbəti yenilik. Dadanq. Sonda da sual verirlər.

Bəs bizdə, Azərbaycanda niyə bu sahələr inkişaf etmir? Azərbaycanda kifayət qədər güclü və istedadlı həmvətənlərimiz var. Ancaq bir şeyi dəqiq bilməliyik ki, dünyada texnoloji inkişaf və innovasiyaların tətbiq edildiyi ölkələr artıq bəllidir və inanın ki, bu siyahıya yeni ölkələr də əlavə olunmayacaq. Bilirsiniz niyə? Ona görə ki, bu ölkələr bu siyahıya düşmək üçün, aşağısı 50-60 il vaxt sərf etmişdir. İndi demək istəyirsiniz ki, 50-60 ilə nail olunmuş bir nəticəni biz 25 ilə əldə edə bilərdik? Sanmıram. Ancaq bir qədər öz fikirlərimi əlavə edə bilərəm. Dünya ölkələri müxtəlif rejimlərin (demokratiya, monarxiya, diktatura, sosializm, kommunizm və s.) idarəçi təsirləri ilə bir təhər günümüzə qədər gəlib çatımışdır. Məhz belə idarəçi təsirlərin nəticəsində də ölkələr və xalqlar, öz inkişaf yollarını müəyyən edərək qruplaşaraq, ölkələr öz aralarında tiplərə bölünmüşlər. Ölkələr avtomobil sənayesi, texnoloji innovasiyalar, təhsil, turizm, kənd təsərrüfatı, neft və s. inkişaf etmiş və ölkə səviyyəsində ixtisaslaşmışdır. Sual yarana bilərki, bəs biz də neft ölkəsi deyilik? Razıyam, ölkəmiz bir çox təbii sərvətlərlə zəngin olan bir diyardır. Bütün bu zənginliklərə baxmayaraq, sadalanan sahələrin demək olar ki, heç birində uğur qazanmamışıq. Yəni ixtisaslaşmamışıq. Ancaq bir məsələni, dəqiq deyə bilərəm ki, bir mənalı olaraq bir sahə üzrə ixtisaslaşmışıq və bu işi biz çox gözəl bacarırıq. Bu ticarətdir. Bəli, ticarət.

Bu dəfəki məqaləmlə məhz satışın tipləri haqqında qısa məlumat verməyə çalışacam. Bir çox hallarda satışla məşğul olanlar, satışlar zamanı ciddi xətalara və nöqsanlara yol verirlər ki, bu da öz təsirlərini satışalarda göstərir.

Bəs buna səbəb nədir?

Səbəb odur ki, mütəxəsislər satışlar zamanı, satışın tipini müəyyən etmədən, bacardığı standart satış texnikaları üzərindən satış edirlər. Bu isə yolun əvvəlindən yanlışdır. Ona görə ki, hər satış növü və tipi üçün, xarakterik satış texnologiyaları mövcuddur. Satışın uğurlu olmasını da, bu tiplər müəyyən edir. Yəni ki, satış mütəxəsisləri satış zamanı, satışın tip və növünü müəyyən edə bilsə, mütəxəsis məhz tipə uyğun satış strategiyasını quraraq, satışı başa çatdırır.

Misal: Tutaq ki, siz uzun müddətdir ki, mebel satışı ilə məşğul olmusunuz. Sonradan işdən ayrılmısınız və tamamilə başqa və fərqli bir sahədə, satış mütəxəsisi kimi fəaliyyətə başlamısınız. Deyək ki, tikinti sektoru, əmlak sektoru və s. Sizcə, uzun müddət mebel sektorunda satış təcürəbənizin olmasına baxmayaraq, tamamilə fərqli sahədə uğurlu satış etmə ehtimalınız nə qədər ola bilər? Məncə çox az. Məhz elə buna görə də, satışın tiplərini bilmək olduqca vacibdir. Belə ki, satış prosesi zamanı, satışın tipini müəyyən edə bilən peşəkar satıcı, satışı uğurla başa vura bilər.

Satışın tipləri

  1. Aktiv satışlar – Bu satış tipində, inisiator satıcıdır. Yəniki satıcı özü müştəri axtarışına çıxır.

Misal: Reklam agentləri, əmlakçılar, sığorta agentləri, kredit agentləri, distrubusiya şirkətlərinin satış təmsilçiləri və s. Müştərini alışa vadar edən tərəflər, aktiv satıcılardır.

  1. Passiv satışlar – Bu satış tipində isə, inisiator müştəridir. Yəni, müştəri özü axtarışa çıxır.

Misal: Mebel alışları, qızıl alışları, müxtəlif elektornik avadanlıqlar, avtomobil və s.

  1. Bir başa satışlar – Bu satış tipi, bir başa istehlakçıya yönəldilmiş satışdır. Yəni nəzərdə tutulan məhsullar bir başa məhsulun istehlakçısına satılır.

Misal: Marketlərdə məhsulların üzərində əlavə hədiyyəli satışlar, meyvə – tərəvəz satışları, mobil telefon və s.

  1. Bir başa olmayan satışlar – Məhsul və xidmətlərin, vasitəçilərlə aparılan satış tipidir.

Misal: Hər hansı bir brendin distributor və ya diler vasitəsi ilə satılması.

  1. İki taktikalı satış tipi – Burada iki mütəxəsis iştirak edir. Biri satıcı qismində, digəri isə texniki mütəxəsis.

Misal: Bu daha İ.T mütəxəsisi ola bilər, sənaye sahəsi ola bilər, tikintinin texniki göstəricilərinin müəyyən edilməsində mühəndisin xidmətlərindən yararlanmaq və s.

Bəli, hörmətli oxucu. Əgər sən satış mütəxəsisisənsə, satışda uğur qazanmağın tək bir adı var. O da satış tiplərini bilməkdən və situasiyanı nəzarətdə saxlamaqdan keçir. Mütləq şəkildə satışın tiplərini bilməkdə faydalar var və mən də qismən də olsa satışın tipləri haqqında məlumat verməyə çalışdım. Faydalı olması ümidi ilə.

Sizin marketinq bələdçiniz…

 

(195 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here