Təkanvermə (push) marketinq strategiyası

0
63

Mən hər zaman 4P marketinq modelini dəstəkləyən tərəf olmuşam və hesab edirəm ki, bu hələ uzun müddət də belə davam edəcək. Ona görə ki, 4P marketinq modeli sadəcə (product, price, place, promotion) kimi ifadələrdən ibarət deyil. Məsələ burasındadır ki, 4P– nin hər biri ayrı ayrılıqda, müxtəlif marketinq strategiyaları ilə sıx əlaqədədir. Elə buna görə də hesab edirəm ki, hər bir “P” ayrı – ayrılıqda müxtəlif növ marketinq strategiyaları ilə sıx əlaqəli şəkildə tətbiq edildiyi halda, müəsissə 4P – nin effektivliyini və şirkət üçün faydalılığını hiss edərək, istənilən xidmət və məhsulunun inkişafına nail ola bilər. Təkanvermə (push) marketinq strategiyası da, 4P modelinin, 3P-si ilə sıx əlaqəli olan və eyni zamanda da həm (PR) strategiyalarının daha effektiv şəkildə hazırlanmasında əvəzsiz bir marketinq alətidir.

Təkanvermə (push) marketinq strategiyası

İstehsalçılar və tədarükçülər, məhsulları marketlərə topdan qiymətlərə təklif edir. Marketlər isə məhsulları, pərakəndə qiymətlərlə istehlakçılara satırlar. Bu marketinq strategiyası zamanı, istehsalçı və tədarükçülər marketlərə həm endirimlər təklif edirlər və həm də marketləri ehtiyacları olan reklam – POSM materialları (voblerlər, vitrin qiymət kağızları, bannerlər və müxtəlif stendlər və s.) ilə də təmin etməyi öz üzərlərinə götürürlər.

Təkanvermə (Push) marketinq strategiyasından nə vaxt istifadə olunur?

Bu marketinq strategiyasından – bazara yeni məhsul daxil olanda, mövcud məhsullara tələbin azalması, satışlarda düşüşlər müşahidə olunduğu zaman, satışların stimullaşdırılması zamanı və yaxud da, anbar qalıqlarında nəzərdə tutulduğundan daha çox məhsul olduğu zaman.

Təkanvermə (push) marketinq strategiyasının sxemi

Vasitəçilər: Topdansatış mərkəzləri, pərakəndəçilər, ticarət mərkəzləri, müxtəlif depolar (aptek tədarükçüləri) və s.

Təkanvermə (push) marketinq strategiyasında məqsəd

Satışlara və vasitəçilərə (topdançılara və pərakəndəçilərə) dəstək verərək – (yerlərdə promo aksiyaların təşkili, müxtəlif cür bonuslu satışlar, endirimlər və s.) brendin tanınmasını təmin edərək, bazarının genişlənməsinə nail olmaq. Bir sözlə, təkanvermə (push) marketinq strategiyası, ticari marketinq alətlərindəndir.

Təkanvermə (push) marketinq strategiyasının alətləri

  • Endirimli qiymətlər;
  • Satış göstəricilərinə görə vasitəçilərin mükafatlandırılması;
  • Satışlara dəstək aksiyaları (alış-verişə görə bonuslar);
  • Brendə dəstək üçün konkursların təşkili;
  • Brendin tanınması üçün pulsuz nümunələrin paylanılması;
  • Geriqaytarma;
  • Zəmanətli satış;
  • Reklam materialları (POSM);
  • Brendə aid suvenirlər;

Təkanvermə (push) marketinq strategiyasının üstün tərəfləri

  • Təkanvermə marketinq strategiyası ilə zəif tanınan brendə dəstək olmağın mümkünlüyü. Baxmayaraq ki, brend zəif tanınır, istehlakçılar buna baxmayaraq, məhsulu “push” strategiyanın təsiri ilə elə satış nöqtəsindəcə, düşünmədən alırlar. Yəni impulsiv alışlar.
  • Bir çox hallarda azbüdcəli kimi görünür və elə buna görə də satışlarda nailiyyətlər əldə etmək olur;

Təkanvermə (push) marketinq strategiyasının zəif tərəfləri

Vitrinlərdə mövcud olmaq, heç də yaxşı satışlar olacaq anlamına gəlmir. Məhz buna görə də, istehlakçıların diqqətini çəkmək və onların özlərindən satışa dəstək olmaları üçün, təkanvermə (push) marketinq strategiyasından istifadə etmək qaçılmaz olur.

İstehsalçı və ya tədarüküçlər tərəfindən brendin tanınmasına dəstək verilmədiyi təqdirdə, brend öz rəqabətqabiliyyətliliyini itirir ki, bu da aşağı satışlara gətirib çıxardır. Bu arada da, yaxşı məhsul özünü satar misalına da inanmayın.

Tez – tez keçirilən aksiyalar məhsul və ya brendin dəyərini həm vasitəçilər və həm də istehlakçılar arasında da aşağı salır. Ona görə ki, vasitəçilər adətən brendin inkişafında deyil, öz maraqlarının təmin olunmasında daha çox maraqlıdırlar. Başqa bir tərəfdəndə, tez – tez verilən endirimlər gəlirlərə də mənfi təsir göstərir. Sonda onu demək istəyirəm ki, biz marketerlər uğurlara ancaq və ancaq bir halda imza ata bilərik. Bu hal, müxtəlif növ marketinq model və strategiyalarını həm praktiki və həm də nəzəri tərəfdən bildiyimiz və qavradığımız halda baş tutacaqdır.

Sizin marketinq bələdçiniz…

(151 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here