Dartma (pull) – marketinq strategiyası nədir?

0
51

Satışların düşməsi, məhsulların vitrinlərdə qalması, iadələrin artması və s. kimi hallarla demək olar ki, əksər şirkətlərimiz mütəmadi qarşılaşırlar və buna bir çözüm axtarırlar. Təbii ki, marketinq fəaliyyəti olan və xüsusilədə ticari marketinq strategiyası olan şirkətlərdə sadalanan problemlərin qarşısını almaq olur və riskləri minimuma salmaq olur. Hansı yolla mümkündür? gəlin birlikdə tanış olaq.

Dartma (Pull) – marketinq strategiyasının dəstəyi ilə rəqabətli bazarda dirənmək mümkündür. Əgər sizin dartma (pull) marketinq strategiyanız yoxdursa, rəqabətli bazarda ciddi dirəniş göstərmək şansınız demək olar ki, aşağı olacaqdır. Əvvəlki məqaləmdə qeyd etdiyim kimi, Push marketinq strategiyasından ən çox istehslaçılar, vasitəçilərə yönəlik istifadə edirdilərsə. Dartma (pull) marketinq strategiyası vasitəsi ilə adətən istehlakçılara yönəlik, hazır məhsullar irəlilədilir. Bir qayda olaraq istehlakçılar bazarı, rəqabət aparan şirkətlər üçün, əsl döyüş meydanıdır.

Dartma (pull) marketinq strategiyasının sxemi

  • İstehlakçılar və alıcılar

Misal1: Uşaq bezlərini bu sxemə uyğun şəkildə izah etmək olar. Belə ki, uşaq bezlərinin istehlakçıları, uşaqlar. Alıcı isə valideynlər və yaxud, uşaq bezlərini alan tərəfdir.

Misal2: Yaxud da, şirkət maşınları. Nəqliyyat vasitəsinin istehlakçısı sürücü, alıcısı isə, şirkətdir.

Dartma (pull) marketinq strategiyasında hədəf

Satışlara qədər, istehlakçıları məlumatlandırmaqla, məlumat ötürməklə, istehlakı stimullaşdırmaq. Qısası, istehlakçılar tərəfindən, vasitəçilərə təzyiqlər. İstehlakçı əldə etmiş olduğu informasiyanın təsiri ilə məhsulu və ya xidməti axtarmağa, soraqlamağa başlayır.

Dartma (pull) marketinq strategiyasının özəlliyi

  • Kütləvi reklamlar
  • Bir başa satışlar
  • Direct marketing
  • İstehlakçılara yönəlik keçirilən, promo aksiyalar
  • Tanıtımın inkişaf etdirilməsi

Dartma (pull) strategiyasının alətləri

  • Dadızdırma (dequstasiya), semplinq – marketlərdə, küçələrdə və s. yerlərdə, istehlakçıların daha gur və aktiv olduqları məkanlarda, istehalkçılara yönəlik ticari marketinq aksiyalarının keçirilməsi.
  • Bonuslar
  • Konkurslar
  • Kuponlar
  • Loyallıq proqramları;
  • Lotoreyalar;
  • Reklam suvenirləri və s.
  • Endirimlər;

Dartma(PULL)nın üstünlüyü

İstehlakçıları yeni olan bir şeyi test etməyə stimullaşdırır;

Rəqiblərin istehlakçılarını, öz məhsuluna tərəf çəkə bilir;

Loyallıq proqramlarının işlənməsində effektivdir;

Dartma (pull) strategiyanın çatışmayan cəhətləri

  • Böyük büdcə tələb edir;
  • Bəzən olur ki, məhsul hələ yoxdur, ancaq olmayan məhsulun alışa təşviq etmə reklamları gedir;

Buna, Dadlılar brendinin, 3+1 kofe məhsullarını misal çəkmək olar (bu strategiyanın mənfi fəsadları haqqında növbəti məqaləmdə)

  • Vasitəçilər, məhsula olan tələbat artımını hər zaman müəyyən edə bilmir və s;

Son zamanlar şirkətlərimizdə, dartma marketinq strategiyasından geniş istifadə olunur. Ancaq təəssüf ki, bu çoxluqda deyil. Satışlara bir başa təsiri olan dartma (pull) marketinq strategiyasından yararlanmaq hər zaman faydalıdır. Elə isə faydalı olanı edin.

Sizin marketinq bələdçiniz…

(218 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here