Bu kino ki var, çox qəliz məsələdir…

0
55

Bu yaxınlarda Gəncə şəhərində idim. Şəhərdə olduğum müddətdə “Cinema Plus”u da ziyarət etmək qərarına gəldim. Əslində məqalənin yazılmasına da, elə “Cinema Plus” özü səbəb oldu. Bəri başdan “şərti şumda kəsək, xırmanda yavalaşmayaq”. Məqalə tənqidi məqalə deyil. “Cinema Plus”un simasında mən əmin oldum ki, hələ uzun müddət regionlarda kinoteatrlarda yayımlanan kino sevdası baş tutmayacaq.

Gəncəyə çatıdığım günün axşamı elə də yorğun olmadığım üçün kinoya getmək qərarına gəldim. Əlavə olaraq iki nəfəri də dəvət etdim. Düzü onları film seyr etməyə dəvət edəndə dostlar təəccüb etdilər. Nə kino? Sual özü məni də çaşdırdı desəm yalan olmaz. Getdik kinoteatra. Qırmızı xalı ilə qalxırsan yuxarı mərtəbəyə və sanki Hollywooddasan. Kinoteatrın zallarına söz ola bilməz. Təmir və şərait super, ağız dolusu əhsən deyə bilərəm. Ancaq belə bir şəraitin olmasına baxmayaraq, ciddi müştəri qıtlığını da müşahidə etdim. Onu da nəzərinizə çatdırım ki, mən şənbə və bazar günləri Gəncədə idim. Yəni istirahət günlərində kinoteatrda müştəri qıtlığının olması mənə maraqlı gəldi və müşahidə aparmaq qərarına gəldim. Ona görə ki, o boyda kinoteatrda müştəri qismində sadəcə biz idik. Afişada elan olunan filmlərdən sadəcə “İşıqlar sönür” (И гаснит свет) filmi normal idi, təbii ki mənə görə. Nə başınızı ağrıdım, əslində mənim başım ağrıdı. Film başlamağı ilə mənim də tərcüməçiliyim başladı. Tərcüməçi qismində olduğuma görə demək olar ki, filmin ləzzətini elə də tuta bilmədim. Biz filmdən çıxandan sonra “Cinema Plus” tərəfindən aparılan qəribə bir soruğunun da iştirakçısı oldum. Bir xanım yaxınlaşdı və məndən necə bir filmlərə baxmaq istədiyimiz haqqında sual vermək istədiklərini dedi və başladı sual verməyə. Elə ilk sualdan məni babat gülmək tutdu. Sual belə idi – Siz hind filminə baxmaq istərdiniz? Xanımın xətrini qırmadan suallara cavab verdim. Keçək müşahidələrə:

  1. “Cinema Plus” qəti şəkildə yerli camaatın tələblərini nəzərə almır.
  2. Əvvəldə görməli olduğu işləri, işin ortasında görməyə cəhd edir. Yəni şəhər sakinlərinin ehtiyaclarının müəyyən olunması məsələsi. Müştəri qıtlığı fonunda yenidən sorğuların keçirilməsi cəhdləri. Mənə görə bu sorğular və araşdırmalar hələ kinoteatr fəaliyyətə başlamazdan əvvəl keçirilməli idi.
  3. Kino seanslar Bakı ilə eynidir, məncə bu çox yanlış bir yanaşmadır. Bakılıların vərdişi ilə Gəncəlilərin vərdişləri arasında yerlə göy arası qədər fərq var. Yəni demoqrafik vəziyyətin nəzərə alınmadığı gün kimi meydandadır.
  4. Filmlərin 90% – dən çoxunun rus dilində olması. Ona görə ki, Gəncəlilər arasında rus dili elə də aktual dil deyil. Hesab edirəm ki, müştəri qıtlığına ciddi mənada təsir edən amillərin başında məhz filmlərin rus dilində olmaları gəlir. Gəncədə Rus dilini bilənlər var, buna söz yox. Ancaq böyük kütlənin sırf Azərbaycan dilində danışması məsələsi nəzərə alınsa daha yaxşı olardı.
  5. Azərbaycan dilində olan və ya türk dilində olan filmlər azlıq təşkil edir. Ya da ertələmələr çoxluq təşkil edir. Mənə görə bunun tam tərsini etmək lazımdır. Regionlarda Azərbaycan dilində və türk dilində olan filmlərin yayımı intensiv olmalıdır. Ona görə ki, günlük film elanlarında 2 gündə nə Azərbaycan, nə də türk dilində olan filmlərə rast gəlmədim.
  6. “Cinema Plus” 4P-nin elə 4-cü P-də ciddi xətalara yol verir. Yəni ki, tanıtım (promotion) məsələsi çox zəifdir. Mən hələ 4C dən heç danışmıram. Mən deyəndəki ay balam gəlin 4P modelini sistemli şəkildə tətbiq edək, sonra başqa marketinq modelləri sevdasına düşək. Amma nədənsə bəzi həmkarlar 4C-nin tətbiqində israr edirlər. Heç uzağa getmirəm, hər kəs facebook sosial şəbəkəsinin gücünə bələddir və son dövrlərdə markalaşma və digər informasiyaların ötürülməsində bu sosial şəbəkənin effektivliyinin şahidiyik. Niyə bunu vurğuladım? Ona görə ki, Gəncədə kifayət qədər Facebook istifadəçisi var və hesab edirəm ki, bundan faydalanmaq lazımdır. Ancaq nədənsə Cinema Plus bu məsələdə zəiflik göstərir. Yəni SMM fəaliyyəti çox zəifdir. Facebook-da iki səhifədə təmsil edilir – CinemaPlus Khamsa; CinemaPlus Gəncə – birincidə nisbətən gələn müştərilər aktivlik göstərməyə çalışırlar. Ancaq buna baxmayaraq səhifə çox zəif idarə olunur. Mənə görə bu barədə düşünsələr çox gözəl nəticələrə nail olmaq olar. Əks halda sanmıram ki, Cinema Plus bir brend kimi özünü Gəncə şəhərində doğrulda bilər. Ona görə ki, şəhərdə Cinema Plus – u mənə xatırladacaq heç bir şeyə də rast gəlmədim.

Fikirimcə Cinema Plus tərəfi ümumiyyətlə Gəncə şəhərini ciddi mənada araşdırmadan orada açılış edib. Nəyin üzərindən getdiyini isə təxmin etmək bir o qədər də çətin deyil. Bəlkə də yanılıram, ancaq mənə elə gəldi ki, işlər Gəncənin ölkəmizin ikinci ən böyük şəhəri olması üzərindən aparılıb. Ona görə ki, kinoteatrda olduğum müddətlərdə mövqelənmə məsələsində ciddi mənada boşluqların olduğunun şahidi oldum. Şəhərdə və şəhər sakinləri arasında Cinema Plus haqqında ciddi mənada məlumat qıtlığı var. Necə deyərlər, səsini çıxartmayanın heç kəs səsini eşitməyəcək.

Ruslar demişkən “ тем боле “ rebrendinq kimi kifayət qədər ciddi və məsuliyyətli addım atmış bir tərəfin belə boşluqlara yol verməsi doğru deyil. Mən bildiyim qədəri ilə rebrendinqdən sonra aktivlik daha çox olmalıdır. MMF2016 da, rebrendinq haqqında bildirilən fikirlərdən heç bir şey hiss edilmir. Yəni o boyda marketinq mütəxəsislərinin tənqidi fikirlərinə görə həmkarları, ruslar demişkən “не прав”, səhv çıxartmağa çalışan tərəfin əminliklə etdiyi çıxışından “Cinema Plus”da heç bir iz və əlamət belə yoxdur.  Yəni gəlin bir – birimizi və ən əsasıda istehlakçılarımızı aldatmayaq. Binanın və ya zalın tikilməsi və ya super təmiri heç də müştərilərə yüksək səviyyədə xidmət olunur anlamına gəlmir. Adi sorğunu belə çox aciz və qeyri peşəkar səviyyədə təşkil etmələrini ancaq qeyd kimi yazıram. Təəssüf ki, belə alınıb. Unutmayaq ki, Bakı Azərbaycan demək deyil. Ancaq Azərbaycan elə Azərbyacan deməkdir.

Sizin marketinq bələdçiniz…

 

(90 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here