Həmtəsisçisi olduğum brendlərdən birinin uğuru haqqında ( birinci yazım)

0
197

Bu məqaləmdə də görmüş olduğum işlərdən biri haqqında sizlərlə öz təcrübəmi paylaşmaq istəyirəm. Məqalə həmtəsisçisi olduğum brendlərdən biri “Вкусняшка” brendi haqqındadır. Gələcək yazılarımda isə sizlərlə təsisçisi olduğum “KreKi”, “Сладок” vafliləri və həmtəsisçisi olduğum “Colibri” vafli məhsulları haqqında praktiki bilgilərimi paylaşacam.  Burada həm brend, həm də onun yaranmasına səbəb olanlar və brendin qazandığı uğurlar haqqında praktiki məlumatı paylaşacam. 2009 – 2011 –ci illərdə marketinq menecer kimi Bəhrə Biskvit Fabrikində  çalışmışam. Fabrik həm biskvit və qənnadı məhsullarının istehsalı və həm də öz məhsullarının satışı ilə məşğul olurdu. Bildiyiniz yüküm iki qat idi. Həm istehsala yönəlik marketinq fəaliyyəti ilə və həm də ticari marketinqə yönəlik fəaliyyətlə məşğul olmaq məcburiyyətində idim. Həmin vaxtlarda bizim topdan satış nöqtələrində və Bakı ətrafı kəndlərdə satışlarda ciddi problemlərimiz var idi. Beləliklə də qarşımda iki əsas problemin həlli dururdu.

Birinci – Topdan satış nöqtələrindəki vəziyyəti stabilləşdirmək.

İkinci – Bakı ətrafı kəndlərdə həmin bölgəyə baxan satış qrupuna dəstək olmaq.

Topdansatış nöqtələrində araşdırmalardan sonra məlum oldu ki, bu bazarın lider məhsulu və bizim satışlara ciddi maneəçilik törədən, Qazaxstandan idxal olunan “Рулетто” brendidir. Məhsul topdansatış müştərilərinə 0,32 qəpiyə təklif olunurdu. Təbii ki, əsas rəqib müəyyən olunduqdan sonra üz tutdum istehsalata. Bir həftəlik gərgin işdən sonra, sağ olsunlar o vaxt mənə 0,28 qəpiyə məhsul verməyə imkan var dedilər və işlərə başlandı. Keyfiyyət məsələsində də diqqətli olduq. Mənə də lazım olan elə bu idi. Həm qiymət və həm də normal keyfiyyət. Təxminən 2 aydan sonra “Вкусняшка”  brendi ilə topdansatış bazarlarına hücuma keçdik. Təxmin edildiyi kimi, elə birinci həftədə ciddi satışlar başladı. O vaxt bizim topdansatış nöqtələri üzrə bir nəqliyyat vasitəmiz var idi deyə, gündə iki dəfə firmaya qayıdırdı. Məhsulumuz o qədər uğurlu oldu ki, regionlardan da sifarişlərin sayı çox artmışdı. Hətta bir dəfə bizim texniki şöbənin rəisi var idi, Asif. Yanımda deyirdi ki, ə bu “Вкусняшка”nı fikirləşəni əlimə verələr, boğaram. Soruşdum ki, niyə ay Asif? Deyirdi ki, qardaş inanki bu məhsul çıxandan avadanlıqlar dincəlmədən çalışır. Təbii ki, belə bir söz məhsulun bazarda ciddi mövqe tutacağına artıq bir siqnal idi.

Təxminən bazara buraxılandan 3 aydan sonra “Вкусняшка”  brendi topdansatış nöqtələrində ən çox satılan bir məhsul kimi öz yerini tutdu və rəqib məhsulu demək olar ki, ciddi tonajlarla çox geridə buraxdı.

Bəs niyə brendin adı “Вкусняшка” oldu?

Məsələ burasındadır ki, o vaxtlar milli adda olan məhsullara bir o qədər də etibar və güvən yox idi. Eyni zamanda da, topdansatış nöqtələrində rus adlı məhsullara tələb daha çox idi. Bu minvalla da “Вкусняшка”  brendi yarandı.

“Вкусняшка”  brendi ilə satışa buraxılan məhsulları indi çox rahatlıqla pərakəndə marketlərdə də tapmaq mümkündür. Baxmayaraq ki, strategiyada topdan məhsulu kimi nəzərdə tutulmuşdu. Əslində bunun da səbəbləri var idi. Bu barədə ikinci yazımda ətraflı yazacam.

Sizin marketinq bələdçiniz…

 

(216 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here