Restaylinq, yoxsa rebrendinq?

0
19

Bu dəfəki məqaləm rebrendinqlə səhv salınan restaylinqlə bağlıdır. Restaylinq (ing. Restyling) – Brendin kosmetik dəyişikliyidir. Burada loqotipin yenilənməsi, ticarət markasının emblemindəki dəyişiklik, firma üslubunun dəyişilməsidir. Zamanla yerli şirkətlərimizin brendlərə yönəlik dəyişiklik etdiklərinin şahidi oluruq. Ancaq çox təəssüf ki, bəzən rebrendinqə aid olmayan dəyişiklikləri və yenilikləri məhz brendin yenilənməsi kimi təqdim edirlər. Qablaşmanın və ya adın üzərində aparılan sadə dəyişikliklər restaylinqdir. Restaylinq, rebrendinqdən fərqli olaraq brendin, ya da şirkətin bazardakı mövqeyini uzun müddət qoruyub saxlamaq gücündə deyil. Bir sözlə restaylinq özü rebrendinq adlı böyük prosesin tərkib hissəsidir. Brendin atributlarının kommunikativ aspekti –  Loqotip (Brendin adı, şrift, brendin rəngi, brendin şüarı) istehalkçılara təsir etmə gücünə malikdir. Belə ki, istehlakçı brend və istehsalçı haqqında ona lazım olan məlumatları məhz buradan alır.

Bəs restaylinq nəyə lazımdır?

İstehlakçıların davranışlarında baş verən dəyişiklikər və vərdişlər zamanla onların yenilənməyən brendlə olan kommunikasiyalarına da təsir göstərir. Hətta əvvəldə daha yaxşı işlənmiş və bütün tələblərə cavab verən dizayn, firma üslubu zamanla istehlakçı nəzərində köhnəlir. Səbəbləri – zamanla üslubu minimal səviyyədə belə olsa, dəyişilməyən brendlər istehlakçı nəzərində dəyərini, effektivliyini,  itirirlər.

Necə müəyyən edlməlidir?

Marketinq menecerin və ya brend menecerin ciddi nəzarəti altında olan brendlər analiz edildikləri zaman bu boşluqlar üzə çıxır və minimum da olsa dəyişilmə qaçılmaz olur. Bir sözlə uzun müddət bazarda mövcud olan və özünə məxsus mövqeyi olan brendlərin restaylinqə getmələri tövsiyə olunandır. Bunun təsirini sizə öz təcrübəmdən də yaza bilərəm. 2009- cu ildə Bəhrə Biskvit Fabrikində marketinq menecer kimi çalışdığım ərəfələr idi. Müəssisədə çoxdan istehsal olunan “Unikal” adı ilə çəki biskvit və keks məhsulları satışa çıxarılırdı. Qutunun rəngi qırmızı və ağ idi. Satışları da normal idi və bunun təsirindən müəssisədə bir arxayınlıq var idi və qablaşmanın dəyişilməsi haqqında mən hər dəfə söz salanda toplu şəkildə məni susdururdular. Təklifim üzərinə, məhsulun bahalaşacağını bildirirdilər. Qısası mövzunun aktual olan vaxtında restaylinqə gedilmədi. Bəs nə baş verdi? Bazara yeni oyunçular daxil oldular və daha rənga – rəng və daha iştahverici dizaynları ilə bizim Bakı ətrafı kəndlərdə çəki kateqoriyasında olan satışlarımıza ciddi mənada zərbə vurdular. Ancaq bu haldan sonra bunun səbəbləri araşdırılmağa başlandı və məcburi şəkildə bir o qədər də fərqli olmayan restaylinqə getdilər ki, bu da çox faydasız və uğursuz oldu. Ona görə də brendlər və satışları, əsasəndə müəssisə üçün lokomativ rolunda olan məhsul və ya brendlərin zamanla kosmetik dəyişilmələrinə ehtiyac var.

Bəs bu kosmetik və minimal dəyişiklik müəssiəyə və istehlakçıya nə verə bilər?

Brend istehlakçı nəzərində daha estetik, daha üslublu, daha cəlbedici və yenilikçi təəssüratını yaradır. Bu da brendin əvvəlki obrazını daha da gücləndirir. İstehlakçı beynində formalaşmış brend fəlsəfəsi yenidən canlanır və hədəf kütlə üçün aktuallığını itirmir.

Əgər doğrudan da biz öz məhsul və brendlərimizi uzunömürlü etmək istəyiriksə, onda bizim üzərimizə düşən onların qeydinə qalmaqdır. Brendlər ancaq belə olduğu halda faydalı olacaqdır.

Qeyd: Restaylinq zamanı brendin əvvəlki obrazı qorunub saxlanılmalıdır. Məqalənin başlığında olan şəkil bunun bariz nümunəsidir. Yəni brendin əsas obrazı bir o qədər ciddi dəyişikliyə uğramır. Bu brendin loyal istehlakçıları üçün olduqca vacibdir. Əks halda loyal istehlakçıların brendi rahat tanımalarında yarana biləcək problemlər qaçılmaz olacaqdır.

Sizin marketinq bələdçiniz…

 

(146 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here