Məhsul etikası nədir?

0
189

Biz marketinq mütəxəsisləri məhsul yaradanda, paralel olaraq bir etika yaratdığımızı da unutmamalıyıq. Sual – Bəs məhsulun etikasının olduğunu necə müəyyən edə bilərik? Çox sadə yolla. Məhsulun təhlükəsizliyi, ekoloji təmiz olması, ətraf mühit üçün təhlükəli olmaması və s. Bu barədə fikirləşməmisinizsə bunu edin. Hədəf kütlələrinizə sizin məhsulların onlar üçün təhlükəsiz olduğunu isbat edin. Bu barədə onlarla məhsulunuzun fayadalarını paylaşın. Ona görə ki, istehlakçılar məhsul istehlakında son dərəcə ehtiyyatlı davranırlar. Deyək ki, siz dəbdə olan aksessuar yaradırsınız, praktikada bu cür məhsulların həyat tsikli adətən qısa müddətli olur. Yəni dəb tez – tez dəyişir. Ancaq siz hər hansı bir su qızdırıcı istehsal edirsinizsə bu alətin həyat tsiklinin qısa müddətli olması yol verilməzdir. Bir sözlə bu alət uzunömürlü olmalıdır. Bunlar hamısı istehslakçılarda məhsul haqqında bir fikir formlaşadırır. Məhz bu fikirlər istehlakçılarda məhsul etikasını formalaşdırır. Sadə bir nümunə – “BP” şirkətinin yanacaq doldurma mərkəzlərini misal çəkmək olar. Ümumiyyətlə “BP”-nin rəng konsepti yaşıl rəngdir. Şirkət bu rəng vasitəsi ilə o öz müştərilərinə bir mesaj ötürür. “BP” yaşıl rəng vasitəsi ilə yanacaqlarının ekoloji təmiz olduğunu və yanancaqdoldurma mərkəzlərinin ətraf mühiti çirkləndirmədiyini bildirir. Bunun bariz nümunəsi kimi “BP” yanacaqdoldurma mərkəzlərinin ətrafında daima yaşıllığın olmasıdır. Belə yanaşma məhsul etikasının ən gözəl nümunələrindən biridir. İstənilən halda istehlakçıların leyhinə istehsal olunan məhsul hər zaman gəlir verir və məhsul sahibinə işləməyə başlayır. Elə isə məhsul yartdığımız zaman onun istehlakçılarda yaradacağı fikirləri, təsirləri nəzərə alaraq onun etikasına diqqət edək. Ancaq belə olan halda biz marketinq mütəxəsisləri məhsul və ya brend haqqında hazırlamış olduğumuz “PR” strategiyasını doğru şəkildə qura bilərik.

Sizin marketinq bələdçiniz…

(134 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here