Məqaləyə, cəmiyyətimizdə kök atmış bir fikirlə başlamaq istəyirəm. Əslində bunu bir çoxlarımız bilirik. Kimlərsə buna inanır, kimlərsə isə yox. Mən inanmayanlardanam. Fikir belədir – Bütün pis işlər ancaq yaxşıların başına gəlir. Ancaq nə etməli, məqaləni məhz bu fikir üzərindən yazmağa çalışacam. Elə bu minvalla hesab edirəm ki, uğursuz işlər yaxşı brendlərin (məhsulların) də başına gəlir. Bəzi brendlər (məhsullar) zəif dizaynlarına görə, daxili və xarici faktorlara görə, ya da güclü rəqiblərə görə və s. Bir çox hallarda isə bazara çıxmazdan əvvəl sahibkarın verdiyi şəxsi qərarlar da brendi uğursuzluğa düçar edir. Ancaq əsas səbəblər aşağıdakılar ola bilər:

  • Məhsul istehlakçıların real ehtiyaclarını ödəmir. Ruslarda yaxşı bir deyim var: Sən yaxşı siçan tələsi düzəldə bilərsən, siçan olmadıqdan sonra o kimə lazımdır?
  • Brendin və ya məhsulun unikallığı yoxdur. Bu sadəcə başqa bir məhsulun kopiyasıdır. Məhsulun kopiyası nə qədər uğurlu olsa da bu, brendin özəl unikallığı olmur. Qısası, sizin məhsulunuzun bazarda mövcud olanlar üzərində bir avantajı yoxdursa, bu barədə narahat olmaq lazımdır.
  • Ola bilsin ki, istehsal etdiyiniz məhsul önəmli olsun. Ancaq bazara uyğun olmayan vaxtda daxil olması məhsulun uğursuzluğuna təsir edir. Ona görə ki, siz məhsulu hazırladığınız ərəfələrdə bazarın şərtləri, istehlakçıların davranışları dəyişə bilər.
  • Texniki problemlər ola bilər.
  • İstehsaldan əvvəl dərindən araşdırılmayan və təhlil olunmayan məhsullar. Şirkətlər adətən bu tip məhsulları qoruyub saxlaya bilmirlər.
  • Məhsul hələ istehsal olunmayıb və yaxud istehsala hazırlandığı ərəfələrdə reklam olunmağa başlayır. Belə bir yanaşma bir çox hallarda məhsulun uğursuzluğu ilə nəticələnir.
(101 dəfə baxılıb)