Özünüzün güclü tərəfinizi rəqiblərinizə yönəlik əsas strategiyaya çevirin. Bununla da siz rəqiblərinizin sizə ani hücumlarına qarşı effektiv müdafiə baryerlərinizi qurmuş olacaqsınız. Siz əsas gəlirinizin hardan gəldiyini analiz etmisiniz mi? Çalışdığım şirkətlərin əksəriyyətində demək olar ki, bu halla çox rastlaşmışam. Şirkətə pul axını var və belə də olmalıdır. Ancaq bu pulların sku bazında hansı məhsuldan və ya hansı brenddən gəldiyini bilən çox az şirkətlər vardır. Əksəriyyətimiz bilirik ki, şirkətin portfelində strateji məhsullar olduğu qədər, önəmli və hətta gəlir verməyən məhsullar belə mövcuddur. Belə olan halda nə etməli? Satışları təhlil edərək biznesin ən güclü tərəflərini müəyyən etmək mümkündür. Ancaq bu yolla siz biznesinizin sizə gəlir gətirən cəhətlərini müəyyən edərək, rəqib hücumlarından müdafiə edə bilərsiniz. Özünü doğruldan satış mütəxəssilərinə dəstək olmaq bu effektiv baryer qurmaq üçün ən əlverişli yanaşmalardan hesab edilir. Bununla da onlar şirkətə gəlir gətirməyə davam edəcəklər. Rəqiblərinizin hərəkətlərinə kəskin və açıq reaksiya göstərməyin. Bu biznesiniz üçün təhlükəli və riskli ola bilər. Ehtimal var ki, bu rəqiblərinizin sizin üçün hazırladıqları bir tələdir və onlar bilərəkdən sizin kəskin reaksiya göstərməyiniz üçün qıcıqlandırıcı addımlar atırlar. Bu yaxınlarda facebook səhifəmdə belə bir status paylaşmışdım. Sizin buraxdığınız səhvlər, rəqibləriniz üçün ən gözəl hədiyyədir. Belə etdiyiniz halda onlar zamanla həm sizin bazarınızı və həm də bazarda mövcud olan biznesinizi idarə etməyə başlayacaqlar.

Bilməli olduğumuz əsas şeylər…

  • Biz əslində 3 tərəfdən hədəfdəyik: Əsas rəqiblərimiz, rəqib olma potensialı olan bazar oyunçuları və müştərilərimizi təkliflərimizdən yayındıra biləcək mərdimazarlar;
  • Davamlı olaraq rəqiblərin izində olmaq. Bu sizə biznesi yaxşılaşdıra bilməyimizə kömək edəcək;
  • Bazar araşdırmaları və rəqiblərin davamlı analizi;

Məncə rəqiblərimizlə ehtiyatlı olsaq baş ağrılarımız da bir o qədər az olar.

Sizin marketinq bələdçiniz…

(87 dəfə baxılıb)