Yəqinki bir çoxlarınız “Samsung Galaxy Note 7” smartfonlarında baş vermiş yanma və partlama kimi problemlərlə bağlı yayılmış xəbərlərdən məlumatlısınız. Bu problemə cüzi də olsa məqalə yazmaqla yerli praktikaya uyğun şəkildə aydınlıq gətirməyə çalışacam. Bu hadisə biz marketerlərə nə verə bilər? Biz bu hadisədən necə bir nəticə çıxarda bilərik? Bu problem, bu yaxınlarda facebook səhifəmdə paylaşdığım bir statusla çox əlaqəlidir. Status belə idi: Sizin rəqiblərinizə bəxş edə biləcəyiniz ən böyük hədiyyə, buraxmış olduğunuz səhvlərdir.

Bəli, Samsung şirkəti belə bir hədiyyəni əsas rəqibi olan Apple şirkətinə bəxş elədi. Yaranmış bu problem Samsung şirkətinə qısa bir müddətdə, geri qaytarılma xaricində, nə az nə çox düz 22 mlrd dollar zərər vurub. Telefonların geri qaytarılması isə şirkətə düz 1 mlrd dollara başa gələcəkdir. Burada maraqlı nüanslar çoxdur. Bilmirəm fikir verdiniz ya yox, Note7-nin partlaması məsələsi, yeni İphone modelinin təqdimatı gününə təsadüf etdi. Note7 üçün faciəli qara PR, İphone üçünsə..onu da siz fikirləşin.

Məsələyə bir qədər də yaxınlaşmış olsaq Note 7 əksəriyyətimizin də fikirləşdiyi kimi yanan və ya partlayan tək və ilk smartfon deyil. 2015 –ci ildə İphone telefonlarının istismarı zamanı istifadəçilərdə üzyanmaları qeydə alınmışdı. 2009-cu ildə isə NOKİA şirkəti 46 mln telefonu qısa qapanma ucbatından geri qaytarmışdı. Təbii ki, bu açıqlama Samsung şirkətinə bir haqq qazandırmır. Məsələni qısa da olsa birlikdə incələyək. Mən 8 ilə yaxındır ki, istehsal marketinqi ilə məşğulam. Bu texnoloji istehsal olmasa da, demək olar ki, istehsal alqoritmləri aşağı – yuxarı eynidir. Az da olsa 4P modelini canlandıraq. Mənə görə yaranmış problemlərdə bizim marketer həmkarlarımızın rolu da az deyil. Mən burada heç də özümü Samsung şirkətinin marekterləri ilə qiyaslamaq fikirində deyiləm. Buna yerli təcrübə əsasında fikir bildirmək istəyirəm. Yaxşı yadımdadı ölkəmizin ən iri istehsalçı və distribyutor şirkətlərindən birində çalışırdım. Sahibkar məhsulların tez bir zamanda bazara çıxmasını tələb edirdi, mən isə dirəniş göstərirdim ki, məhsullar foks qruplardan və kor dadızdırmalarından ürək açan nəticələrlə çıxmır. Beləcə 2 il həmin xəttən çıxan məhsul sadəcə test olunur və texnoloqların da dəstəyi ilə təkmişləşirdi və hazırda həmin məhsullar bazardadır və mənə görə uğur qazanacağı da danılmazdır. Bir çoxlarına 2 il çox görünür. Ancaq məhsulun və brendin uzun vadəli uğurunun təminatı üçün sərf olunan vaxtdır. Hazırda bir neçə layihə üzərində işlər gedir. Yubanmalar ola bilər, ancaq bir məsələdə vardır ki, məhsullar tam test olunmmamış bazara buraxılmayacaq. Ona görə ki, məsələnin kökündə xarici bazarlar və xüsusilə Rusiya bazarı durur. Bunun üçünsə hesab edirəm ki, şirkət bazara tələsik girməkdənsə, daha keyfiyyəti ilə etibar qazana biləcəyi münbit zamanda məhsulu satışa çıxardarsa daha effektiv olar.

Fikirimcə Note 7 modeli tam test olunmadan və nəticələr tam olaraq analiz edilmədən satışa buraxılmışdır. Nəticə isə göz qabağındadır. Mənə görə bu hadisə Samsung Galaxy Note 7 modelinə və ümumiyyətlə Note seriyalı telefonların bazarına ciddi zərbə vurdu. Apple şirkəti isə yaranmış “real marketing time” dan maksimum yararlanıb, Note modellərinin istehlakçılarını da ələ ala biləcək.

Samsung şirkətinin başına gələn hadisə real olaraq onu göstərdi ki, həqiqətəndə bir şirkətin buraxmış olduğu səhv ona zərər, rəqiblərə isə gəlir gətirir.

Sizin marketinq bələdçiniz…

 

(96 dəfə baxılıb)