Məhsulun yolu. Bu nədir?

0
180

Zamanla məhsullar və ya brendlər istehlakçıların nəzərində qocalır, köhnəlir və bu səbəbdən də şirkətlər bu tip məhsulları zamanla istehsalından və ya satışından çıxardırlar. Ancaq elə məhsullarda vardır ki, həyata bağlanır və inkişaf edir. Bu cümləyə öz praktikamdan bir brendin adını qeyd edə bilərəm. Bu brendin adı “Borowski`s” biskvit məhsullarıdır. Bir zaman maliyyə şöbəsi və istehsalat tərəfindən orta istehsal gücü olan sexin bağlanması təklifi verilmişdi. Ancaq aparılan təhlillər onu göstərirdi ki, bu məhsulların inkişaf potensialı vardır. Sahibkarların da dəstəyi ilə köhnəlmiş avadanlıqlar yeniləri ilə əvəz olunaraq, biskvit istehsalı sexi yeni məkana köçürüldü və bu məhsullar üçün yeni dönəm başladı. Hazırda bu məhsullar “Сладёна” çətir brendi altında “Borowski`s” brendi ilə vitrinlərdə təmsil olunurlar. Məhz elə buna görə də məhsullar haqqında olan strategiyada buna önəm verilməlidir. Əks halda məhsul və ya brend tez qocalacaq, tez köhnələcək və istehlakçı zehnində məhsul haqqında formalaşmış iri məhsul və brend bədənini tez tərk edəcəkdir. Məhsulu öz yolunda inkişaf etdirmək istəyiriksə onun tərkibini yox, məhsulu tanıtma metodlarının xüsusiyyətlərini dəyişmək lazımdır. Məhsulun keyfiyyətində problem olmaya bilər. Ümumiyyətlə məhsulların istehlakçılar tərəfindən kütləvi şəkildə qəbulu köklü analiz edilərsə, o zaman məhsula və ya brendə əlavə dəyərlər qatmaqla, məhsulun inkişaf yolunu bir növ hamarlaşdırıb, daha çox gəlir gətirməsini təmin etmiş olarıq. Qısası məhsulun gizlin və ya nəzərdən qaçan potensialını kəşf etmiş olarıq. Bir sözlə məhsulu köhnəlmiş və dağılmış yoldan daha sürətli hərəkət edə biləcəyi inkişaf yoluna yönəltmiş olarıq. Bu isə bir halda mümkündür. Bu məhsulun inkişaf potensialının olması məsələsidir. Potensial varsa inkişaf mümkün olacaq.

Misal1: Əyləncə mərkəzləri attraksionları ilə uşaqlara daha çox həyəcan verə biləcəyi halda, gün ərzində biletləri bütün ailə fərdlərinə satmağa çalışırlar. Qısası reklamın bütün xüsusiyyətləri valideynlərə yönəlikdir. Belə ki, attraksion işlədənlər belə addımların fonunda hesab edirlər ki, əgər onlar valideynlərə yönəlik reklamlara getsələr, onda onlar uşaqları həmin əyləncə mərkəzlərinə gətirəcəklər. Burada önəmli bir nöqtəyə diqqət ayırmaqda fayda var. Kimin müştəri, kimin istehlakçı olduğunu müəyyən etmək lazımdır. Elə buna görə də attraksionların nələri bəxş edə biləcəyini yox, əyləncə parkı haqqında olan tanıtma proqramlarının xüsusiyyətlərini, tərkib hissələrini dəyişməklə gəlirlər daha da arta bilər.

Misal 2: Elə götürək Facebook sosial şəbəkəsini. Bu nəhəngin necə yaranması haqqında demək olar ki, bir çoxlarımız məlumatlıyıq və bu sosial şəbəkə demək olar ki, hamımızın gözü önündə böyüdü və bütün dünyanı ələ ala bildi. Adi universitet tələbələri və qruplar arası əlaqələrin qurulması üçün yaranmış bir məhsul sonradan sosial şəbəkə ilə əlaqəsi olan hər kəsi özünə cəlb edə bildi və bu gün hər kəsin sevimli səhifəsidir. Baxın bu məhsul yoluna aid ən bariz nümunədir.

Sizin marketinq bələdçiniz…

(134 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here