Bitcoin və kriptovalyuta nədir? (2-ci yazım) Ancaq belə getsə deyəsən üçüncü məqaləni yazmalı olacam.

0
13925

Bitcoin və ya kriptovalyuta nədir?

2008-ci ildə Satoshi Nakomoto tərəfindən hər hansı bir banka, rəsmi quruma bağlı olmadan yaradılan və kompüter şəbəkəsi ilə idarə olunan şəbəkə biznesidir. Buradakı pul dövriyyələri və ya pul transferləri, üçüncü tərəfin iştirakı olmadan istifadə olunan elektron pul sistemidir. Yəni burada hər şey virtualdır. Bu sistemə qoşulmaq üçün əsasən iki valyutadan dollardan və ya avrodan istifadə olunur. Bitcoin`i elektron qəpiklər də adlandırırlar. Bitcoin kompüter şəbəkəsi mərkəzi server və ya bank dəstəyi olmadan çalışır. Heç kimsə Bitcoin’ə sahip deyil, ona nəzarət edə bilməz və ya bilmir. Bitcoin – Kriptovalyuta (virtual valyuta).Bitconin digər valyutalardan fərqli tərəflərindən biri də onun vahid emissiya mərkəzinin olmamasıdır. Elə ilkin şübhələr də buradan özünü büruzə verir. Bu rəqəmsal ödəniş şəbəkəsi bilirsiniz kimlərə sərf edir və ya edəcəkdir? Bu suala yazacağım cavabdan sonra bu sahəyə meyilli olanlar bəlkə də etiraz edəcəklər. Ancaq kriptovalyuta haqqında əldə etdiyim məlumatları yazmaq məcburiyyətindəyəm.

Bəs kriptovalyuta nə deməkdir?

Mütəxəsislər bitcoin`i əsasən 4 variant üzərə klassifikasiyalaşdırblar.

  1. Kriptovalyuta
  2. Virtual valyuta
  3. Rəqəmsal valyuta
  4. Elektron ödəmə

Ancaq bunların arasındakı variantlardan ən çox kriptovalyuta variantından istifadə edilir. Bu da təsadüfi deyildir. Beləki kriptovalyuta sözü yunan kökənli sözdür.( Kripto – gizlin və qrafia – yazıram) bu sistemə qoşulanlar başqaları üçün tam konfidensial qalır. Məhz gizlin əməliyyatların aparılması imkanları bir çox dövlət və mütəxəsisləri bu sistemə qarşı qoymuşdur. Daha çox mübahisəlidir desək düzgün olardı. Bitcoin`i bəzi mütəxəsislər gələcəyin pul vahidi kimi qiymətləndirirlər. Bəziləri Bitcoin`i ölkə iqtisadiyyatının inkişafına mənfi təsir edəcəyinə diqqət çəkməyə çalışır. Mübahisələr isə hələki bitmir. Araşdırmalardan müəyyən etdim ki, bitcoinin müsbət tərəfləri var. Ancaq mənfi tərəfləri daha çoxdur. Bitcoin`cilər bu sistemin uğurunu onunla əlaqələndirirlər ki, artıq bank erası bitib və bank sistemini əvəz edəcək tək sistem məhz Bitcoin olacaqdır. Ümumiyyətlə bank sisteminin çökdüyünü və bankçılıq erasının bitdiyini iddia etmək obsurd bir fikir və ya obsurd mövqedir. Böhran var mı? Var. Banklara təsir edir mi? Edir. Ancaq bu o demək deyil ki, bu sistem çökə bilər. Nəysə.

Bitcoin vasitəsi ilə nələr edilir və ya edilə bilər?

Çirkili pulların yuyulmasında,  hesabların gizlədiləməsi, anonimlik, qeyri leqal və qanunda qadağan olunmuş məhsulların dövriyyəsi (narkotik, silah, müxtəlif növ kontrabanda məhsullar, terrora dəstək, külli miqdarda vergidən yayınma, qeyri qanuni pulların yuyulması) məsələsində maraqlı olan tərəflərə sərf edir. Hazırda kriptovalyutanın dövriyyəsi milyardlarla ölçülür. İllik təqribən 2,3 mlrd ABŞ dolları. Bəs bu qədər dövriyyə nəyin və nələrin hesabına əmələ gəlir? Bitcoinin dəyərinin sürətli artımı və rəsmi pul vahidlərinə təhlükə yaratması nə ilə əlaqəlidir? Yəni bu biznesin xammalı nədir? Məhz mötərizədə sadalananlar bu valyutanın illik dövriyyəsini qısa bir zamanda milyardlara qaldıra bilmişdir. Hazırda isə təqribən 8,2 mlrd ABŞ dolları. Bu pulların mənşəyi hələ bu şəbəkə biznesində olanlara belə bəlli deyil. Elə buna görə də kriptovalyuta ilə bağlı ABŞ-ın Milli Təhlükəsizlik Departamenti Dwolla ödəniş sistemində bitcoinlərdən istifadə edilməsinə qadağa qoyub. Yuxarıda da qeyd etdiyim kimi ABŞ valyutanı çirkli pulların yuyulmasında istifadə edilməsi ilə əlaqələndirir. Səbəbi anlamaq elə də çətin deyil. Ona görə ki, Bitcoin əməliyyat sisteminin mərkəzi serveri və administrativ idarəetməsi yoxdur. Bunun özü sistemin strukturunun risklərinin olduqca çox olmasına dəlalət edir. Yəni bu sistemə yatırılan pulun bir anın içərisində yoxa çıxması hər an baş verə bilər. Ancaq burada başqa bir problem var ki, bəzən bu sistemə qoşulanların əksəriyyəti buna ya diqqət etmirlər, ya da diqqət etməmələri üçün onları yayındırırlar.

Bəs bu problem nədir?  

Hazırda bitcoin heç bir ölkə tərəfindən tənzimlənmir və ya hər hansı bir valyutaya bağlanmamışdır. Qeyd etdiyim kimi mərkəzi serverin və administrativ idarəetmənin olmaması, bu sistemə yatırım edənlərin pul dövriyyələrinin idarə edilməsinə nəzarət mexanizmlərinin olmaması, kriptovalyuta elektron ödəmə sisteminin ən riskli tərəfləridir. İndi bunu daha sadə şəkildə izah edirəm. Təsəvvür edin ki, siz bitcoinə 5.000 avro pul yatırtmısınız və aylar keçdikçə sizin elektron ödəniş şəbəkəsində bir neçə dəfə artır və yığılan məbləğ də 30.000 avro təşkil edir. Yaxşı rəqəmdir elə deyil mi? Hə, bax indi burada sizin dizinizin yerə gəlməsi an məsələsi ola bilər. Belə ki, əgər sizdən biriniz şəxsi elektron cüzdanınızın kodunu unutsanız və yaxud kodunuz yansa, bu kodun bərpası və ya yenilənməsi məsələsi mümkünsüz olacaqdır. Beləliklə də siz vaxtilə yığdığınız pullarınızı bir dəfəlik itirirsiniz. Bunun da başlıca səbəbi yuxarıda da qeyd etdiyim kimi mərkəzi serverin və konkret administrativ dəstəyin olmamasıdır. Kimsə desə ki, yox bizim server dünyanın ən etibarlı serveridir və burada parolların yanması və unudulan parolların bərpası mümkündür. Başa düşün ki, ya o adam özü bu sistemi dərindən bilmir, ya da sizə bilərəkdən yalan danışır.

Kriptovalyuta haqqında təqdimat aparanların metodikası haqqında

Bu sistemi sizə təqdim etdikləri zaman nitqlərinə başlamazdan əvvəl – Microsoftla, Google`la, Facebook`la, Apple`la, Ebay`la ölçürlər. Bu nəhənglərin uğurlarını neçə illərdən sonra əldə etdikləri halda. Sanki bu şirkətlər və ya brendlərin nail olduqları nəticələr, bir uğursuzluqdur. Bitcoin`nin isə öz uğuruna cəmi 7-8 ilə çatdığını durmadan qeyd edirlər.

Burada Sabri Ülkərin ona verilən karlı biznes təklifnə qarşılıq dediyi sözünü qeyd etməyim məncə yerinə düşərdi: “ Sabri bəy deyir, biz 10 qəpik qazanca öyrənmiş adamlarıq, artıq pula bizim nə mədəmiz, nədə ağlımız hazır deyil. Bizim işlərdə zəhmət olar. Həm biz süd qoxusuna öyrənmişik, petrol qoxusu bizim üçün yaramaz. Mənə az karlı təklfilər gətir. Təmiz olsun, əziyyətli olsun, amma bizim olsun. Petrol bizim işimiz deyil…” Hörmətli dostumuz, İlkin Manafovun bloqundan. Diqqət edin. Bu sözləri Türkiyənin ən varlı və ən zəngin ailəsinin başçısı demişdir. Məncə burada düşünməyə dəyər.

Hörmətli oxucu! Bitcoinlə bağlı 3-cü məqaləmdə siz bu sistemə qarşı faktiki olaraq müharibə elan edən ölkələrin siyahısı və mövqeyi ilə tanış olacaqsınız. Ardı növbəti bloqda.

Sizin marketinq bələdçiniz…

(608 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here