Əziz oxucu! 3-cü yazıma çox maraqlı online araşdırma ilə başlamaq istəyirəm.  Vaxtilə Sovet zamanında yaradılmış və  Bitcoinin babası hesab edilən bir şirkət haqqında məlumat verməyim düşünürəm ki, yerinə düşərdi. Əslində bu təsadüf deyil. Belə ki, 20-ci əsrin sonlarında SSSR-i ərazisində yaradılmış bu maliyyə şəbəkə sistemi birə – bir, Bitcoin`lə eynidir. “MMM” maliyyə piramida sisteminin əsasını kağız əskinaslar (surraqat valyuta) təşkil edirdi, Bitcoin`də isə qəpiklərdir. «МММ» 1989 – cu ildə keçmiş Sovet ərazisində Serqey Mavrodi tərəfindən yaradılmış maliyyə piramida şirkətdir. Şirkət fəaliyyətini 1994-cü ilə qədər davam etdirə bilmişdir. Bu Rusiya tarixində qeydə alınmış ən böyük piramida şirkətidir. Bu şəbəkə biznesinə cəlb olunanların sayı 15.000.000 nəfərin üzərində olmuşdur.

Beləliklə də 1993-cü ildə “MMM” piramida şirkəti özünün ilk emissiya aksiyalarını qeydiyyatdan keçirdir. 1000 rubulluq nominal kağız halında 1994-cü ilin Fevral ayından satışa çıxarılır. Bu nominallar vasitəsi ilə sistemə qoşulanlar yeni nəğdsiz ödəmə imkanlarını əldə etmiş olurdular. Anlayacağınız, Mavrodi artıq 1989-cu ildə nəğdsiz ödəmələr sisteminin əsasını qoyanlardan biri kimi də tarixə düşə bildi. Elə Mavrodinin pul əskinasının üzərində həmin yazını oxumaq da mümkündür. Həmin aydan etibarən isə “MMM” piramida şirkəti öz nominallarını müəyyən marja qarşılığında şəbəkədə olanlar öz aksiyalarının alqı və satqısı ilə məşğul ola bilərdi. Bu qərardan sonra “MMM” şirkətinin aksiyalarının dəyəri durmadan artırdı. Maraqlıdır elə deyil mi? Bitcoinlə necə də bənzəyirlər. “MMM” in fəaliyyətdə olduğu dönəmə nəzər saldıqda, əslində Bitcoin sistemini daha sadə şəkildə anlamaq olur. Bəs necə oldu ki, “MMM”in aksiyalarının dəyəri alqı-satqı qərarından sonra artmağa başladı? Yaxud da Bitcoin maliyyə şəbəkəsində dövriyyədə olan qəpiklərin dəyəri necə artır? Necə deyərlər bu gün 50 avroya olan qəpik 3 ay sonra 150 avro olur? Maliyyə piramidalarında surraqat valyutaların (süni pullar) dəyəri balanslaşdırılaraq tələb və təklif əsasında müəyyən olunur.

Bəs bu qeyd edilənlər necə işə salınır?

Əslində bu taktika bir çox yerdə işə keçir. Yəni hər bir ailə və ailə üzvləri belə bir halla tanışdır və zamanla haya – küyə düşərək, ticarət nöqtələrinin tələlərinə düşmüşük. Bu taktika məhz maliyyə piramidaları ilə çalışan şirkətlərdə daha aktualdır. Bu sistemlərin yaratmış olduğu süni valyutaların dəyəri bir xırda bir prinsip üzərində durmadan dəyər qazana bilir. Bu gün dünənkindən daha bahadır” devizi. Məhz bu şayələr piramida daxilində iri məbləğlərdə pul dövriyyələrinin artımına səbəb olur. Bitocində olduğu kimi “MMM” şirkətində də nominallar əskinasların sayı məhdud idi. Dövriyyənin artımını görən Mavrodi, artıq “MMM” üçün növbəti 1 milyardlıq aksiyanın dövriyyəyə buraxılması üçün, Rusiya Federasiyasının maliyyə Nazirliyinə müraciət edir. Baxmayaraq ki, birinci emissiyasına Sovet dönəmində izn verilmişdi. Bu dəfə Rusiya hökuməti buna lisenziya vermir. Məhz bu hadisədən sonra isə “MMM” məqsədyönlü şəkildə dövlət tərəfindən çökdürdüldü. Beləliklə də 20-ci əsrin sonlarında böyük maliyyə piramidası əsasında qurulmuş şirkət süqut etdi. Mən hətta tövsiyə edərdim ki, Mavrodi haqqında çəkilmiş çox maraqlı bədii filmə də baxasınız. Filmin adı belədir: ПираМММида. Son dərəcə möhtəşəm bir filmdir. Youtube kanalından tam versiyanı izləyə bilərsiniz. Bu film birə bir Bitcoini canlandırır. baxın peşiman olmazsınız. 🙂

Kriptovalyutaya qarşı bəzi ölkələrin rəsmi mövqeyi…

Rusiya Federsiyası – Mərkəzi Bank ölkə ərazisində kriptovalyuta sisteminin mövcud olmasına baxmayaraq, 2014-cü ilin Noyabr ayında Bitcoinin təhlükəli valyuta olması haqqında rəsmi bəyanat vermişdir. Bu elektron sistem rəsmi olaraq qadağan olunmasa da, RF mərkəzi bankın rəsmi bəyanatı verməsi də səbəbsiz deyildir. Belə ki, qarşılaşa bilincək bütün riskləri bu sistemin istifadəçiləri üzərinə buraxır. Bir sözlə dövlət rəsmi şəkildə məsuliyyət daşımadığını bəyan vermişdir. Hətta bu yaxınlarda Rusiya Prezidentinin göstərişi ilə ölkə daxili və ölkə xarici pul dövriyyələrinə nəzarət mexanizminin daha sərt şəkildə tətbiqi ilə bağlı fərman imzalamışdır. Verilən fərmandan sonra Maliyyə nazirliyi, surroqat (süni) valyutalar vasitəsi ilə olan köçürmələrə görə 1.000.000 rubl cərimə tətbiq edilməsi haqqında da qərar vermişdir. Buna da əsas səbəblərdən biri isə yuxarıda qeyd etdiyim “MMM” təcrübəsidir desəm yalan olmazdı. Mənə görə RF hökumətinin bu qərarı Bitcoinin bu ölkə ərazisində yayılmasına və dəyər qazanmasına öz mənfi təsirini göstərəcəkdir. Ona görə ki, qüvvəyə minən qərar, birjalar və bankların tam şəffaf fəaliyyət göstərməlirini tələb edir və bu şəkildə işləmələri üçün də Federal Təhlükəsizlik Bürosu bir başa bu zəncirə qoşulmuşdur. Əziz oxucu! Başa düşmək lazımdır ki, Bitcoin ancaq o halda dəyər qazana bilər ki, valyuta bazarlarında və birjalar üzrə lider olan tərəflər onu tanısınlar. Başqa bir tərəfdənsə hökumətin tələbinin kökündə şəffaflığın olması, Bitcoin üçün ciddi problemlər yaradacaqdır. Bir çoxları deyirlər ki, dünyanın ən dəyərli valyutası məhz bitcoin olacaqdır. Hətta dollardan belə. Pardon. Dollar mı dediniz? Nəysə artıq bu obsurd fikirə cavab yazmağa zamanım yoxdur.

ÇXR – Dünya iqtisadiyyatının inkişafına öz tövfəsini verən Çin Xalq Respublikası isə demək olar ki, Bitcoin elektron ödəmə şəbəkəsinin ölkə ərazisində inkişaf etməsinə və ya kök atmasına dünya ölkələri arasında ən sərt şəkildə qarşı duranı və mane olanıdır. Belə ki, Çinin kriptovalyutanın ölkə ərazisində fəaliyyətinə rəsmi qadağa qoyması, Bitcoinin dəyər qazanmasına ciddi təsir edə bilmişdi. Hələ 2013-cü ilin Aprelində Bitcoin qiymətində pik nöqtəsinə qalxdığı ərəfələrdə.  Qiymətinin 260 ABŞ dollarına qədər qalxdığı dövr idi. Lakin Çin hökümətinin Bitcoinə qarşı apardığı qadağan edici qərarlar çox qısa bir zamanda Bitcoinə ciddi təsir göstərərək, anında Bitconin dəyərini 120 ABŞ dollarına sala bilmişdi. Bu isə ciddi zərərlərlə nəticələndi. Beynəlxalq ekspertlərin rəyinə əsasən Çinin bu dirənişi davam edəcəyi halda kriptovalyutanın tam şəkildə inkişafının və tam möhkəmlənməsinin qarşısını alacaqdır.

Qazaxstan Respublikası

İqtisadiyyatı stabil inkişaf edən ölkələrdən olan Qazaxstanda da kriptovalyutaya qarşı mənfi və sərt mövqe vardır. Hökümət artıq Bitcoinə qarşı tədbirlər görülməsi üçün ölkənin mərkəzi bankına tapşırıqlarını da vermişdir. Bu da səbəbsiz deyil. Məsələ burasındadır ki, QMB ölkə ərazisində dövriyyədə olan nağd pulların sadəcə 40%-nə nəzarət edir. Mərkəzi Bankın təklifi çox maraqlıdır və hesab edirəm ki, ancaq belə yolla surroqat valyutaların qeyri qanuni yayılmalarının qarşısını almaq mümkün olar və eyni zamanda da özünün nəzarət mexanizmini qura bilər. Mərkəzi bank təklif edir ki, ölkə öz elektron valyutasını buraxmalıdır. Bu Bitcoindən fərqli olaraq, virtual elektron sistemə qoşulanlara həm server və həm də administrativ dəstək olma imkanlarını da ortaya qoya biləcəkdir. Mənə görə də bu daha məntiqlidir. Bu yolla yatırımcı olan tərəf daha təhlükəsiz xidmət əldə edəcəkdir. Həm də dövlət qeyri qanuni pul dövriyyələrinə nəzarət etmə imkanlarını əldə edərək. Həm büdcə gəlirlərini artıra bilər və həm də ölkə üçün təhlükə yarad biləcək hər hansı bir proseslərin də qarşısını ala biləcəkdir.

Azərbaycan Respublikası

Bitcoin şəbəkəsinin hələki sürətlə də olmasa, qismən yayıldığı regiondur. Ölkəmzidə bu maliyyə kompüter şəbəkəsinə qoşulanlar da vardır. Qoşulmaq istəyənlər də, qoşulduğuna görə peşiman olanlar da. Ölkəmiz kriptovalyuta sistemini rəsmi şəkildə dəstəkləmir. Bunun özü artıq həyəcan siqnalıdır. Yəni ortada dövlətin rəsmi zəmanəti yoxdur. Burada bütün məsuliyyət bu işə qoşulanların bir başa özlərinə düşür. Sual yarana bilər ki, axı banklara da güvən qalmayıb. Razıyam. Ancaq bunu qabardanların unutduqları bir məsələ vardır. Bu banklara pul yatırdan vətəndaşların depozitlərinin sığortası məsələsidir. Yəni, müştərinin pul qoyduğu bankın maliyyə problemləri olsa belə, rəsmi şəkildə sığortaladığı pulları geri qaytarma imkanları vardır. Bitcoin də isə bu belə deyil. Yəni sistemə qoyduğun pul vəsaitlərinin itməsi riskləri həddən ziyadə çoxdur. Bu məsələnin bir yanı. Bitcoin sistemində olan yoldaşlar bu sistemin Avropa qitəsində dövlətlər tərəfindən dəstəkləndiyini və zamanla bu sistem vasitəsi ilə öz maliyyə sistemini qurmaq istədiklərini bildirirlər. Olsun nə deyirəm ki? Ay yoldaşlar! Azərbaycan bəyəm Avropa qitəsidir? Bəyəm Avropa Birliyinin üzvüdür? Yaxud Avropa ölkəsidir? Yaxud İ.T sistemlərimzi Avropa standartlarına uyğun gəlir? Ya dəstəkləyir? Azərbaycanda hələ yağan yağışın törətdiyi fəsadların qarşısını ala bilmirlər. Qaldı ki, maliyyə piramdiası əsasında yaranmış sistemin tətbiqinə dəstək verə bilsin. Başqa bir yandan da ölkənin ciddi maliyyə böhranı içərisində olması, bitcoinin ölkəmizdə baş tutacağına şübhələri artırır və paralel olaraq da ölkə üçün son dərəcə riskli bir sistemdir. Avropa qitəsində bu işin tutub tutmayacağı da hələ qəti deyil. Ona görə ki, bu günə qədər kriptovalyutanı rəsmi olaraq dəstəkləyən ölkə yoxdur. Dəfələrlə xəbərdaredici məqalələr yazmağıma baxmayaraq, oxuyanlar və tanış olanlar yenə gedib özlərini riskə atmaqla kimə? Nəyi isbat etməyə çalışırlar? Bax bunu anlaya bilmirəm. Atın tənbəlliyin daşını, özünüzə, ailənizə və ətrafınıza faydalı olacaq işlərlə məşğul olun. Ən gözəl olanı da budur.

Sizin marketinq bələdçiniz…

(299 dəfə baxılıb)