Mən bir müddət Ukraynada yaşamışam və azdan çoxdan bu ölkənin yazılmayan ictimai qayda və prinsiplərinə də bələdəm. Çox gümanki əksəriyyətimiz azərbaycanlılarla və ermənilərin birgə olan lətifələri haqqında ya eşitmişdir, ya da belə lətifələrdən bilir və yeri gələndə də dostlarla paylaşılır. Mənim isə sizə danışacağım isə lətifə yox, real olaraq başıma gələndir. 2009-cu ilin İyun-İyul ayları olardı. Bir məsələ ilə bağlı yaşadığım Odessa şəhərindən Luqansk şəhərinə gedəsi oldum. Qeyd edim ki, Ukrayna Avropa xəritəsində ən böyük ölkə hesab olunur. Ölkənin ucu var bucağı yoxdur. Onu da deyim ki, son dərəcə möhtəşəm təbiəti olan bir ölkədir. Odessa ilə Luqansk şəhərləri arasındakı məsafə təxminən 1100 km-dir. Luqanska qatarla gedəsi oldum. Hardasa 2 sutkalıq yoldur. Nəysə, biletimi aldım və yola çıxdım. Qatara minib kupedəki yerimi tutdum. Yaxşı ki, yerim yuxarki çarpayıda idi. Qatar Odessadan tərpənəndə mənim olduğum kupedə heç kəs yox idi. Təxminən 60-70 km dən sonra digər sərnişinlər də kupeyə daxil oldular. Onu da bildirim ki, Ukrayna çox millətli ölkədir və təbii ki, ermənilərdə bu ölkənin ayrılmaz sakinlərdir. Necə deyərlər, ehtiyyatlı olmaqda fayda var. Bunlar yerbə yer olduqdan sonra, tanışlıq mərasimi başlandı. Ukraynada insanlar ünsiyyətə çox açıq və çox səmimidirlər. İlk ünsiyyət üçün addımı atanda da bunların arasından yaşlı bir kişi oldu və dedi ki, adım Aşotdur. Düzü digər adları batanların, adları yadımda qalmayıb. Tanışlıq məsələsi çox qısa olduğundan və çox sürətli düşünməyə başladım. Onlar üç, mən isə tək. Yəni bildiyiniz mən kantrabasda tək ifa edəsi olmalı idim. Mən də özümü olduğu kimi Famil adı ilə təqdim etdim. Başqa yolum da yox idi. Adım sırf azərbaycanlı adı olmadığına görə hiss etdim ki, bunlar  azərbaycanlı olduğumu başa düşmədilər. Bəli, elə mənə də bu lazım idi. Necə deyərlər marketer imkanlarımdan istifadə edərək qısa bir an ərzində strategiya hazırlayası oldum. Artıq gecə düşmüşdü və bunlar eşşək kimi yeyib içirdilər, donuz uşağı hisə verilmiş donuz ətini çıxardıb ac canavar ətə kimi girişmişdilər. Təbii ki, mənə də təklif etdilər və təkliflərini qəbul etmədim. Artıq hazır olan marketinq strategiyamı işə salmaq zamanı idi. Bunlar imtina etməyimin səbəbini soruşdular və mən cavab olaraq bildirdim ki, bəs mən müsəlmanam özüm də dindar Krım Tatarıyam. Məhz bu yanaşma mənim bunlarla problem yaşamamağıma yardımçı oldu. O vaxt Krımda qatı dindarlar var idilər və demək olar ki, onlar dövlətə qarşı açıq aşikar çıxırdırlar. Bir sözlə bu kəsim ölkədə bir qorxu hissi yarada bilmişdi. Əksəriyyət bunlardan çəkinirdilər. Səbəb isə Krımın müsəlmanalara aid olmasında və İslamdan kənar olan millətlərin bu torpaqlarda yaşamaması və hətta lazım gələrsə radikal addımlar da atacaqlarını gizlətmirdilər. Əslində qismən də olsa mən yalan danışmadım. Yəqin ki, tarixdən bilirsiniz. Azərbaycan Rusiya Çar İmperiyasının tərkibində olanda, bizi milli mənsubiyət olaraq sənədlərdə Qafqaz Tatarları adlandırırdılar. Mən bunlarla sərbəst danışsaydım belə istər istəməz çox ehtiyyatlı olmaq məcburiyyətində idim. Ona görə ki, bunlardan ikisi Ermənistandan təzə gələnlərdən idilər. Ukrayna erməniləri olsaydılar problem demək olar ki, olmazdı. Ancaq bunlardan ehtiyyatlanmaq məcburiyyətində idim. Mən dindar Krım Tatarıyam dedikdən sonra hiss etdim ki, Ukraynada yaşayan Aşot erməni dilində yanındakılara nəsə dedi. Qısası ermənilər mənim tələmə düşmüşdülər. Ona görə ki, qatar Krım yarımadasına çox yaxın ərazilərdən keçirdi və yarımadaya yaxın şəhərlərdən birində də 15 dəqiqəlik dayanmalı idi. Burada da Krım Tatarları çoxluq təşkil edirdilər deyə, ermənilər sözün əsl mənasında ehtiyyatlı idilər. Nəysə, Ukrayna qatarlarında yatmaq vaxtı gələndə ümumi şəbəkədən işıqlar söndürülür və təbii ki, işıqlar söndü və biz yatası olduq. Ancaq hara yatıram, bu it uşağından nə desən gözləmək olar. Çox da Krım tatarıyam demişəm. Mən bunlardan ehtiyyat etmək də olum, bunlar da məndən. Sən demə erməni dilində bu Aşot başa salıb ki, maksimum çalışmaq lazımdır ki, yatmayaq. Yoxsa bu tatardan nə desən gözləmək olar. Həmin gecə bunlar da ehtiyyatı əldən verməmək üçün yatmayıblar. Nə gizlədim, səhərə yaxın məni yuxu tutmuşdu. Bir o yadımdadır ki, bələdçinin kupenin qapısını möhkəm döydü və mən ayıldım. Kupedə isə sadəcə Aşot qalmışdı. Ancaq gördüm ki, bu itoğlu özündə deyil, gözləri qan çanağına dönmüşdü. Soruşdum ki, bəs nolub elə bil ki, gecəni yatmamısınız.  Aşot gülümsədi və dedi ki, əslində gecəni yata bilmədik. Gülümsəyərək səbəb kimi mənim Krım tatarı olmağımı göstərdi və əlavə etdiki, gecə oyanıb bizə nəysə edəcəyindən ehtiyyat etdik. Hə dostlar, bu əhavalat mənim başıma gələn maraqlı hadisələrdən biridir. Əslində bu hadisənin mənim xeyrimə bitməsindən mənim marketer olmağımın böyük faydası oldu. Necə deyərlər, situasiyanı dəyərləndirərək, strateji və taktiki planlar hazırlayası oldum. Qısası marketinq istənilən insanın ruhunda vardır və yeri gələndə özündən asılı olmadan gözəl strategiyalar hazırlayaraq situasiyadan uğurla çıxa bilir. Yetər ki, buna cəhd edək.

Sizin marketinq bələdçiniz…

(235 dəfə baxılıb)