Marketinq planınızı deyin, sizə kim olduğunuzu deyim. 8 addımda marketinq plan necə hazırlanır? (Birinci yazım)

0
195

İstənilən şirkətin düzgün bazar fəaliyyəti üçün marketinq plan mütləqdir. Bu istər istehsal sahəsi olsun, istərsə də xidmət sahəsi. Əgər siz də marketinq plan yazırsınızsa və yazdığınız planlarda əksikliklərin olduğunu düşünürsünüzsə. Onda marketinq plan haqqında olan məqalənin birinici bölümünü oxumağınızı tövsiyə edirəm.

Düşünün ki, avtomobiliniz var və siz zamanla müəyyən km yol qət etdikdən sonra mühərrikin yağını dəyişməlisiniz. Sual çıxır – mühərrik necə bir yağla təmin edilməlidir ki, həm mühərrikin ömrünü uzatsın, həm yanacağı qənatələ işlətsin, həm də uzunmüddətli olsun? Bəli, mühərrik üçün seçilmiş düzgün mühərrik yağı avtomobilə hər tərəfli sərfəlidir. Buna görə kifayət edər ki, istehsalçıların təlimatına düzgün riayət edilsin. Düzgün yazılmış bir marketinq plan da eyni ilə müəssisənin növbəti bir ildə düzgün fəaliyyəti üçün seçilmiş bir və ya bir neçə illik (mühərrik yağıdır) planıdır. Düzgün marketinq plan müəsissəyə təkçə bir il və ya növbəti illər ərzində inkişaf və ya bazar payı vəd eləmir, düzgün marketinq plan həm də şirkətə xərclər baxımından effektiv qənaətlər vəd verir.

1

Qısa xülasə :

Bu bölümdə marketinq planın içərisində toxunduğunuz məqamların xülasəsini ardıcıllıqla qeyd etməyiniz lazımdır. Ən əsası isə marketinq planın təqdimatı zamanı səhifələrin sıra saylarını iri rəqəmlərlə yazmağı da unutmayın. Ola bilsin ki, təqdimat zamanı iştirakçılardan kimsə sizə ötürdüyünüz səhifə ilə bağlı sual versin. Siz səhifənin rəqəmini qeyd etməklə, həm təqdimat iştirakçılarına və həm də özünüzə kömək etmiş olursunuz. Misal: Tutaq ki, sizin “Rəqiblərin analizi” səhifəsi 6-cı səhifədədir, ancaq siz həmin səhifəni bir neçə dəqiqə əvvəl keçmisiniz və artıq 11-ci səhifədəsiniz. Bu an sizə sual verən deyəcəkki zəhmət olmazsa 6-cı səhifəyə dönərdiniz və siz səhifəyə çox rahatlıqla qayıda biləcəksiniz, həm də vaxt itirmədən. Bu cür qeyd edin (Səh.1; Səh.2; və s.) həm də qalın şriftlərlə.

2

Tapşırıqlar bölümü:

Bu bölmədə siz bazara təklif etdiyiniz və ya təklif edəcəyiniz məhsulların və ya istehsal xəttinin təsvirini verin. Bu bölümdə yaxşı olardı ki, məhsul və ya brend qrupları qarşısında qoyduğunuz hədəflərinizi (satış göstəricilərinizi, şirkətin strateji və korporativ hədəfləri, istehsal xəttinin gücü, istehsal həcmi və s.)  göstərəsiniz.

3

Situasiyanın analizi. Marketinq planın əsas və ən önəmli bölümlərindən biridir. Burada şirkətinizin – Müştəri bazası CRM haqqında (varsa) və bütövlükdə cari bazar haqqında qısa təsvir. Marketinq planın əsas bölümlərindən olduğuna görə bu bəndin özünü 6 hissəyə bölün:

  • Şirkətin analizi

Burada müəssisənin uzun müddətli və qısa müddətli hədəfləri təsvir olunmalıdır. Şirkətin fəaliyyəti təsvir olunduğu zaman təsvir şirkətin missiyasıvizyonu ilə üst-üstə düşməlidir.

  • Şirkətinizin güclü tərəfləri
  • Zəif tərəfləri
  • Gözlənilən bazar payı
  • İstehlakçıların analizi:

Hədəf kütlələr

Gözlənilən istehlakçı bazasının həcmi, ( potensial alıcılar kimlərdir? əgər siz desəniz ki, “hər kəs” bu düzgün cavab deyil. Ona görə ki, hər kəsin sizin məhsullların istehlakçısı olması mümkünsüzdür)

Seqmentləşdirmə

Demoqrafik baza (istehlakçılarınızın yaş qrupu, sosial vəziyyəti, cinsi, yaşam tərzi və s.)

Brendinq ( sizin məhsulunuz və ya brendiniz istehlakçılarınız üçün hansı vədləri verir? Onlar üçün əsas dəyərlər nələr olacaqdır? Sizin məhsulu və ya brendi almaq üçün səbəblər hansılardır? Hansı xüsusiyyətlərinə görə rəqib məhsullarından üstündür? Bu barədə məlumat verilməldir).

  • Rəqiblərin analizi

Bazarın durumu ( bu bölümdə rəqiblərin bazarda əsasən hansı seqmentlərə yönəlik fəaliyyətləri, rəqiblərin güzlü və ya zəif olması, iri istehsalçı və ya kiçik istehsalçı olması, rəqiblərin hansı bazarda olduqları və s.) təsvir olunmalıdır.

  • Rəqiblərin güclü tərəfləri
  • Zəif tərəfləri
  • Bazar payları

Bu dəfəlik bu qədər. Əgər marketinq planın davamını oxumaq istəyirsinizsə. Onda bloqu izləməyi unutmayın.

Sizin marketinq bələdçiniz…

 

(335 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here