4C marketinq modeli nədir? Müştəri ehtiyaclarının öyrənilməsi konspesiyası (birinci yazım)

0
55

Marketinq yarandığı dövrdən bu yana bir neçə mərhələdə konsepsiyalar şəkilində formalaşmışdır. Qısa olaraq bu konsepiyaları qeyd etməyim yerinə düşərdi. Bu konsepsiyalar:

  • İstehsal konsepsiyası
  • Satış konspesiyası
  • Marketinq konespsiyası
  • Kompleks marketinq konsepsiyası
  • İstehlakçı marketinq konsepsiyası
  • Xidmətlər marketinqi konsepsiyası
  • Alteranativ marketinq konsepsiyası
  • Daxili marketinq konsepsiyası
  • Münasibətlər marketinqi konsepsiyası
  • İnteqrasiya olunmuş marketinq konsepsiyası

Məqalədə bu konsepsiyalardan sadəcə biri haqqında yazacam. Bu istehlakçı marketinq konsepsiyasıdır. Bu marketinq modeli “4C” adlanır. 4C-Customer (alıcı), Cost (qiymət), Convenience (Rahatlıq) və Communication (Əlaqə) terminlərindən ibarətdir. Bu model müştəri məmnuniyyətinin təmin olunmasında əvəzsiz marketinq konsepsiyasıdır. “4C” marketinq konsepsiyasının müəllifi olan professor Bob Loteborn olmuşdur. Bu marketinq konsepsiyası uzun illər aktuallığını qorumuş 4P-ni əvəz edən marketinq modelidir.  20-ci  əsrin 90-cı illərində yaranmasına baxmayaraq demək olar ki, günümüzdə bu marketinq modeli ilə öz strategiyasını quran şirkətlər qazanıblar və qazanmağa da davam edirlər. Belə ki, Loteborna görə Cerom Makkartinin (E. Jerome McCarthy) müəllifi olduğu “4P” marketinq modeli artıq köhnəlmişdir. Qısa olaraq “4P” nəzəriyyəsinə nəzər salmaqda fayda var. Əslində “4C” marketinq konsepsiyası “4P” əsasında yaranmış bir teoriyadır. Cerom Makkartiyə görə marketinqin əsasını məhsulun istehsalı, ona qiymət qoyulması, satmaq üçün düzgün yerin seçilməsi və hədəf bazarda düzgün tanıdılmasıdır. Bunlar Product (Məhsul), Price (Qiymət), Place (Yer) və Promotion (Təqdimat) kateqoriyalarıdır.

 Professor Loteborn isə hesab edir ki, bu konsept 60-cı illərdə yarandığına görə müasir dövrün tələblərinə cavab vermir. Ümumən götürsək Loteborn haqlıdır. Ancaq ölkəmizdə “4P” marketinq konsepti sistemli olaraq şirkətlərimiz tərəfindən tətbiq olunmadığı üçün “4C” modelinə keçid bir qədər çətindir. P.S. mənə görə.  Çətindir ona görə ki, yerli bazarımızda bəzi hallarda bir anın içərisində demək olar ki, marketinq konsepsiyalarının hamısını görmək mümkündür. Ancaq görüntü çox xaotikdir. Bu da nəticə etibarı ilə şirkətlərin bazar fəaliyyətlərində ciddi problemlər törədir. Ən əsası isə bazara məhsul və xidmət təklif edən tərəflər öz hədəf kütlələri arasında kommunikasiyaların qurulmasına öz mənfi təsirlərini göstərir. Bu fikirlə razılaşmaya da bilərsiniz. Ancaq bu mənim subyektiv mövqeyimdir.

Necə oldu ki, “4P” marketinq modeli öz aktuallığını itirməyə başladı?

Müasir dövrdə şirkətlər və brendlər arasında rəqabət ən pik nöqtəsinə çatdı və hər şey kəskinləşdi. Əslində belə kəskin rəqabət şirkətləri deyil, məhz istehlakçıları ayıltdı. Elə nə baş verdisə bundan sonra başladı. Ümumi götürsək “4P” marketinq konsepsiyası daha çox istehsalçıların lehinə işləyən bir modeldir. Bu modeldə istehlakçı maraqları bir o qədər də prioritet deyildir. Məhz elə buna görə də Loteborn hesab edir ki, artıq zaman istehlakçıların zamanıdır və bütün fəaliyyətlər istehlakçı yönümlü olmaldır. “4P” marketinq modelinin öz aktuallığını itirməsinə səbəb olan amillərdən biri də bu marketinq konsepsiyasının artıq marketinq mütəxəsisslərinin də tələblərinə cavab verməməsi oldu. Kəskin rəqabət marketinq dünyasını istehlakçılara yönəlməyə vadar elədi. Davamı növbəti bloqda..

Sizin marketinq bələdçiniz…

 

(203 dəfə baxılıb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here